Qayınanasını yataq otağına salıb zorladı, sonra... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

  • 11.05.2019, 17:06,
  • Hadisə
  • Baxılıb: 286
Qayınanasını yataq otağına salıb zorladı, sonra... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ




Masallı rayonunda qayınanasına təcavüz etməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Xəqani Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəqani Əhədov 6 aprel 2015-ci il tarixdə, saat 23 radələrində bibisi, eyni zamanda qayınanası olan Səmayə Səlimovanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) yaşadığı evə gəlib.

Arvadından ayrıldı, qayınanasını günahkar bildi

O, arvadı Ləmanın bir neçə ay əvvəl ondan ayrılmasına görə qayınanasını günahkar hesab edib və sonuncu ilə mübahisə edib.

Qayınanası Xəqani Əhədovun evindən getməyini istəyib. Xəqani Əhədov qayınanasından qisas alıb, onu zorlamaq qərarına gəlib.

O, bu niyyətini həyata keçirmək üçün qayınanasını aldadaraq bəylik kostyumunun evdə olduğunu və özü ilə aparmaq istədiyini bildirib. Səmayə Səlimova onun bəylik kostyumunu gətirmək üçün yataq otağına keçib.

Yataqda təcavüz

Bu zaman Xəqani Əhədov mətbəxdən bıçaq götürərək qayınanasının arxasınca yataq otağına keçib. Orada əlindəki bıçağı nümayiş etdirərək, onunla cinsi əlaqədə olacağını və onu yaxınları içərisində rüsvay edəcəyini bildirib, cinsi əlaqədə olmayacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib.

Daha sonra Xəqani Əhədov qayınanasını yumruqla vurub və zorla əynindəki paltarı soyundurub. Onu yatağa yıxaraq zorla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Xəqani Əhədovun barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham elan edilib.

Xəqani Əhədov qeyd edib ki, uzun müddətdir narkotiklərdən istifadə edir, narkomaniya xəstəsidir.

Cəza: 8 il

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Xəqani Əhədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Mədəniyyət