Bakıda ofisiant müştərini ürəyindən bıçaqladı

  • 13.05.2019, 11:07,
  • Hadisə
  • Baxılıb: 163
Bakıda ofisiant müştərini ürəyindən bıçaqladı



Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mirzağa Məmmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Beş.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub.

Yeni çıxarılan hökmə görə, M.Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində baş verib. Kafedə ofisiant işləyən M.Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.

M.Məmmədov şübhəli şəxs qismində saxlanılıb və daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib.
Mədəniyyət