Yaşlı kişidən iyrənc əməəl: Qonşunun fiziki qüsurlu qızına təcavüz etdi, hamilə buraxdı

  • 10.05.2019, 13:14,
  • Hadisə
  • Baxılıb: 271
Yaşlı kişidən iyrənc əməəl: Qonşunun fiziki qüsurlu qızına təcavüz etdi, hamilə buraxdı


Türkiyədə tükürpədən təcavüz hadisəsi baş verib.

Beş.az BiG.AZ-a istinadən xəbər verir ki, 60 yaşlı Mustafa Şahin adlı şəxs qonşusunun qızına təcavüz edib.

Belə ki, Burdurda ailəsi ilə birlikdə yaşayan 20 yaşlı fiziki məhdudiyyətli E.M adlı gənc qız qonşuları tərəfindən cinsi istismara məruz qalıb. Qız ailəsi ilə birlikdə qonşularına çörək bişirməyə gedib. Bu zaman ailələr çörək bişirərkən gənc qız otağa keçərək yatıb. Həmin zaman ev sahibi Mustafa Şahin otağa girərək qıza təcavüz edib və dərhal evdən uzaqlaşıb.

Hadisədən bir müddət sonra qızın hamilə olduğu məlum olub. Valideynləri qonşularından şikayət edib və o tutulub. Mustafa qıza toxunmadığını bildirsə də, onun bətnindəki uşaqla Mustafanın DNT-ai 99,9 faiz uyğun çıxıb.

Qızın atası M.A.M adlı şəxs həmin gün qonşusundan şübhələndiyini bildirib:

" Qızım otaqda yatmışdı. Onu yoxlamaq üçün yanına gedəndə köynəyinin açıq olduğunu gördüm. Mustafa da otaqda idi. Onun isə şalvarının zəncirbəndi açıq idi. Nə edirsən deyə soruşanda o heç nə deyərək dərhal çölə çıxdı. Ondan şübhələnsəm də, belə bir şey edəcəyinə inanmadım. Bu hadisədən sonra qonşuya gedəndə qızım əl hərəkətləri ilə etiraz etsə də, bunu nə üçün etdiyini bimirdik. Hamilə olduğunu öyrənəndə hər şey aydın oldu".

Qeyd edək ki, həbs edilən Mehmet günahı olmadığını və sərbəst buraxılmasını istəyib. Lakin ona 24 il həbs cəzası verilib
Mədəniyyət