Bakıda saxta 50 və 100 manatlıq tapıldı
- 26.04.2019, 13:03,
- Hadisə
- Baxılıb: 366
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda saxta pul dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BEŞ.AZ bildirilib.
Verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır