Kanalda boğulan gəncin valideynləri: "Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək"
- 03.05.2019, 09:57,
- Gündəm
- Baxılıb: 235
Facebook
Вконтакте
Одноклассники
Google+
Samur-Abşeron kanalında Siyəzən rayonu, Zarat kənd sakini 19 yaşlı İmamyar Ələkbərovun batmasından dörd gün ötür.
BEŞ.AZ məlumatına görə, axtarış tədbirləri hələ də nəticə verməyib.
Ailə üzvləri bildirir ki, İmamyarın tapılması üçün kanalda suyun azaldılmasına ehtiyac var.
“Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək”, – deyə İ.Ələkbərovun ailəsi aidiyyəti qurumlara səslənib.
Dörd gündür Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışları davam etdirir.
Qeyd edək ki, İmamyar ailənin tək övladıdır.