Bakı Biznes Universitetində “Mədəni irsimiz – dünən və bu gün” mövzusunda tədbir keçirilib

  • 13.12.2024, 22:46,
  • Gündəm
  • Baxılıb: 18

   
Bakı Biznes Universitetinin "Humanitar Elmlər" kafedrası və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Mədəni irsimiz – dünən və bu gün” mövzusunda tədbir keçirilib. Tədbir birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə işğal altında olmuş Azərbaycan ərazilərindəki tarixi, mədəni və dini abidələrə qarşı törədilən vandalizm aktlarını ictimaiyyətə çatdırmaq, xüsusilə Qarabağ bölgəsinin işğaldan azad olunmuş ərazilərindəki abidələrin keçmişi və bugünkü vəziyyətini nümayiş etdirmək məqsədilə təşkil olunub.
Tədbiri giriş sözləri ilə açan BBU-nun “Humanitar elmlər kafedrası”nın müdiri, professor Sabir Əmirxanov mədəni irsin qorunmasının önəmini vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb. Daha sonra Soyqırımı Memorial Kompleksinin əməkdaşı Nazilə Məmmədova fəaliyyəti, məqsəd və funksiyaları barədə tədbir iştirakçılarına məlumat verib. O, Kompleksin yalnız tarixi faktları qorumaqla kifayətlənməyib, həm də müasir dövrdə bu məlumatların necə saxlanılması və gələcək nəsillərə təqdim olunmasını diqqətə çatdırıb.
  Tədbirdə həmçinin tarixçi alimlər, tələbələr və mədəniyyət xadimləri iştirak ediblər. Bakı Biznes Universitetinin "Humanitar Elmlər" kafedrası dosenti, Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Erməni təcavüzü zamanı dağıdılmış Azərbaycanın tarixi və maddi-mənəvi irsi” mövzusunda məruzə edib. Dos. S.Talıblı Ermənistan Respublikasının və onu dəstəkləyən qüvvələrin hərtərəfli dəstəyi ilə təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın tarixi, maddi-mənəvi abidələri, yni zamanda Qarabağın tarixi, Qarabağ xanlığı, Qarabağın icitmai-siyasi, sosail-iqtisadi, mədəni-mənəvi vəziyyəti, Ermənistanın Azərbaycanın tarixi, mədəni-mənəvi abidələrinə qarşı terroru, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı Beynəlxalq və regionların təşkilatların mövqeyi, erməni təcavüzü nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə, Azərbaycan Respublikasının atdığı addımlar və s. məsələlər haqda elmi məruzə etdi. F.ü.f.d. Məhsəti Cəfərova “Müasir dövr və milli mənəvi dəyərlərimiz” mövzusunda çıxış edərək, müasir dövrdə milli mənəvi dəyərlərimizin qorunmasının vacibliyini vurğulayıb. Kul.e.d., prof. İlqar Hüseynov “Qarabağın tarixi mədəniyyət abidələrinə qarşı erməni vandalizmi” adlı məruzəsində Qarabağda ermənilərin törətdikləri mədəni və tarixi soyqırımı əməllərini detallı şəkildə təqdim edib. T.ü.f.d. Aygün Kamandari “İrəvan xanlığının zəngin maddi və mənəvi mədəniyyət tarixi” mövzusunda çıxış edərək, İrəvanın tarixdəki əhəmiyyətini və oradakı mədəni irsin qorunmasının vacibliyini izah edib.
Daha sonra çıxış edən tələbələr 1918-ci ildə baş vermiş soyqırımı hadisələrinin Azərbaycan xalqının mədəni irsinə necə təsir etdiyini və bu hadisələrin tarixi əhəmiyyətini qeyd ediblər. Tədbirdə 100-ə yaxın tələbə iştirak edib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Mədəniyyət