"Zəfər Günü Şanlı Tariximizdir."

  • 31.10.2024, 13:43,
  • Gündəm
  • Baxılıb: 100
"Zəfər Günü Şanlı Tariximizdir."

Çoxəsrli tariximiz şanlı döyüş yolu ilə zəngindir.
Tarix boyu yadelli işğalçılara qarşı uzunmüddətli mübarizədə Azərbaycan xalqı öz dövlətçiliyini qoruya bilib.
2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işgaldan azad edərək şanlı tarix yazdı.
Qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxartdı.
Artıq tarixə çevrilmiş2020-ci il Azərbaycan xalqı üçün istər siyasi,istər diplomatik,istərsə də digər sahələrinə ugurla yadda qaldı.
İlin ən mühüm uguru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbənizdir.
Tarixi Zəfərimiz qürur mənbəyimizdir.
44 günlük savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə noyabrn 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Allah Qazilərimizə şəfa versin.
Allah Ordumuzu qorusun.

Zöhrə Səmədova.
Mədəniyyət