Dövlətləri dünyaya tanıdan onların mədəniyyəti, təbii sərvətləri ilə yanaşı dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərdən biri də tarixə adını “Tarix yazan Sərkərdə” kimi yazdıran Cənab Ali Baş Komandanımız İlham Əliyevdir.
Dövlət başçımız müsahibələrində Azərbaycan həqiqətlərini, tarixi ədaləti bərpa etməyimizi vətənpərvərlik və diplomatik peşəkarlıqla bəyan edirdi.
O, düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydu. Hərtərəfli məlumata sahib olan prezidentimiz xarıci jurnalistlərlə olan müsahibələriylə də dünyaya səs saldı. Azərbaycan xalqı olaraq bu müsahibələrə baxdıqca, belə bir prezidentimiz olduğu üçün daha çox qürur duyuruq. Cənab Prezident yorulmadan bütün döyüş əməliyyatlarına başçılıq etməklə bərabər, həm xarici mediaya verdiyi müsahibələri, həm də mövcud vəziyyəti olduğu kimi xalqımıza çatdırmaqla böyük bir uğura imza atdı.
Müstəqil Demokratik Azərbaycan Respublikasının banisi Ümummilli Liderimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin şah əsəri sayılan Yeni Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dünya liderləri içərisində diplomatik və siyasi fəaliyyəti ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Ali Baş Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük haqq savaşından zəfər çalaraq Qarabağımızı işğaldan azad etdi. Qələbəmizi Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Şəhidlərimiz 30 il həsrətdə qalan torpaqlarımızı öz qanları ilə suvararaq vətən-torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldılar. Mədəniyyət paytaxtımız olan Şuşada yanan “Qələbə Tonqalı” şəhidlərimizin, qazilərimizin və döyüşçülərimizin vətənə olan sevgisinin əvəzolunmaz məşəlidir.
Cənab Prezident.
Sizə Prezident seçkisində parlaq qələbə münasibətilə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırıram. Azərbaycanda bayramlar bir-birini əvəz edir. Sizin rəhbərliyinizlə şanlı ordumuz Zəfər tarixi yazdı, bütün dünya azərbaycanlılarına Qələbə sevinci yaşatdı. Bu gün Azərbaycan xalqı xoş əhvali-ruhiyyə ilə gözəl günlər yaşayır. Əldə olunan bütün uğurlar Sizin düşünülmüş siyasətinizin nəticəsidir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, Vətən, xalq naminə görəcəyiniz işlərdə uğurlar, fəaliyyətinizdə həmişə qələbə arzulayıram".
Biz Azərbaycan xalqı sizinlə fəxr edirik.
Dilarə Mövlayeva
Göygöl rayon Təhsil İşçilərinin Azad Həmkarlar təşkilatının sədri