Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış Prezident

  • 06.07.2024, 11:54,
  • Gündəm
  • Baxılıb: 99
Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış Prezident

İsmayılov İsmayıl Əbil oğlu 01.07.1959-cu ildə Şamaxı rayonu Dağ Kolanı kəndində anadan olub. Hal-hazırda Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yaşayır.
1997-ci ildən Mənzil Təsərrüfat İdarəsində işləyib. Müxtəlif vəzifələrdə sahə rəisi, mexanik, təmir tikinti sahəsində rəis vəzifəsində işləyib.
2020-ci ildə Şirvan şəhərində MTT-nin rəisi vəzifəsinə çalışır.


***


İlham Əliyevin siyasəti Azərbaycan Respublikasının siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”

İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasəti Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur.Daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır.

Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanıb. Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında mühüm bir addım atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu.Dövlət başçısı İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi.Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran siyasətçilər tərəfindən də müsbət qiymətləndirilir.Eyni zamanda onu da vurğulayaq ki, tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir.Razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar.qeyd edilən məsələlərin həlli istiqamətində Ermənistandan müsbət siqnallar gəlmir. Azərbaycan xalqı 8 Noyabr Zəfər Gününün bir illiyini böyük atəşfəşanlıqla-qalibə uyğun səviyyədə keçirdiyi reallıqda Ermənistanda revanşizm baş qaldırır. Ermənistan tərəfi Azərbaycan Prezidenti İlham Əliyev və hökumət nümayəndələrinin Şuşa şəhərində keçirdiyi Zəfər Günü mərasimlərinə qarşı diversant-terrorçu hərəkətlərə yol vermişlər.Ermənistanda hərbi canilər Köçəryan və Sarkisyan “milli müqavimət hərəkatı” yaratdıqlarını bəyan ediblər.

Ali Baş Komandan İlham Əliyevin Türk Şurasının İstanbul Zirvə Görüşündə səsləndirdiyi xəbərdarlığı Ermənistan tərəfi heç zaman unutmasın: “Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”.Tarixi Zəfərimizin simvolu olan “Dəmir Yumruq” yerindədir.

Bu gün fəxrlə deyə bilərəm ki, Ali Baş Komandanın siyasəti nəticəsində Azərbaycan Respublikası dünya miqyasında öz sözünü deyi və deyəcək!
Mədəniyyət