Ölkə başçısı cənab İlham Əliyevin Qazaxıstana səfəri təkcə Azərbaycan üçün deyil, Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirak edən dövlətlər üçün də əlamətdar oldu. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bir daha xatırlatdı, azərbaycançılığın, türkçülüyün dönməzliyinin təsdiqi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında həm də 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə təsisatlandığını da qeyd etdi.
Qeyd edək ki, Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən əsrin son rübünün tarixini belə xatırlatması təkcə Azərbaycan tarixinə deyil, dünyanın siyasi xəritəsində istənilən haqsız dəyişikliklərin nələr törətdiyini xatırlatmadır.
Xüsusilə qeyd etməliyik ki, son illərin Azərbaycan gerçəkliklikləri dünyəvi prosesləri bəşərilik niyyətlərinə istiqamətləndirdi. Bəşəri dövlətlərin xarici siyasəti ilə. Azərbycan da belə bir siyasətə malik olan dövlətlərdəndir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olsa da niyyətindən əl çəkmirdi. Cənab İlham Əliyev çıxışında dedi: “2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dövlətləri birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqlədi: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Belə bir mötəbər tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə səsləndirdiyi önəmli mesaj sabahların həm siyasi münasibətlərinin, həm də iqtisadi münasibətlərinin mesajıdır: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.
Ən əsası, Astanada tarixləşən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü son illərin ən vacib toplantılarından biridir və Türk Dövlətləri Təşkilatının bundan sonra daha intensiv fəaliyyət göstərəcəyinin zəmanəti oldu.
Yaşar Məhərrəmov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Sukanal sahəsi ərazi partiya təşkilatının sədri