Fuad Səfərov qəlbən bağlı olduğu xalqına ləyaqətlə xidmət göstərən vəzifə sahibidir

Bu şəxsin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olan şəxslərə göstərdiyi diqqət və qayğı, hər zaman hər kəs tərəfindən yüksək səviyyədə qiymətləndirilir


Fuad Səfərov qəlbən bağlı olduğu xalqına ləyaqətlə xidmət göstərən vəzifə sahibidir


Məlumdur ki, hər bir hüquqi dövlətdə notariat kontorlarının rolu olduqca böyük olur və Avropa Parlamentinin “Avropa Birliyində notariat” adlı 18 yanvar 1994-cü il tarixli Qətnaməsinə əsasən, notariat mülki hüquqların və qanunla mühafizə olunan maraqların məhkəmədənkənar müdafiə forması kimi preventiv ədalət mühakiməsi institutudur. Yəni, preventiv ədalət mühakiməsi institutu dedikdə, məhkəmə mübahisələrinin yaranma ehtimalının minimuma endirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi, yalnız məhkəmələrə aiddir və bunlar məhkəmələr tərəfindən qanunla müəyyən оlunmuş qaydada həyata kеçirilir. Amma, nоtarius qanunun aliliyini, оna təqdim еdilmiş sənədlər əsasında faktların dоğruluğunu və maraqlı şəхslərin hərəkətlərini rəhbər tutaraq mübahisəsiz işləri həll еdir. Yəni, həm nоtariat, həm də məhkəmə fiziki və hüquqi şəхslərin subyеktiv hüquqlarını mühafizə еtsə də, nоtarius məhkəmələrdən fərqli оlaraq mübahisələri araşdırmır, bir sözlə nоtariat fəaliyyətinin əsasını mübahisəsiz işlərin həyata keçirilməsi təşkil еdir. Faktdır ki, tərəflər hər hansı məsələ ilə bağlı razılığa gələ bilmədikdə, nоtarius nоtariat hərəkətini həyata keçirə bilmir. Qeyd edək ki, layihəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsində (referendumda) qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin I hissəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərilməsində, notariat kontorları da müəyyən rola malik olurlar. Onu da bildirək ki, ölkəmizdə 26 noyabr 1999-cu il tarixdə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Fuad Səfərov qəlbən bağlı olduğu xalqına ləyaqətlə xidmət göstərən vəzifə sahibidir

Diqqəti cəlbedən hal ondan ibarətdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəbələ küçəsi-4 ünvanında xüsusi notarius Səfərov Fuad Nuşirəvan oğlunun rəhbərliyi altında fəaliyyət göstərən 25 saylı notariat kontorunda da, bu gün şəffaflığın artırılması, vətəndaşlara göstərilən notariat xidmətlərinin daha keyfiyyətli, daha rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, hər kəsə qarşı münasibətdə etik qaydalara, nəzakətli davranış qaydalarına əməl olunması özünü göstərməkdədir. Qüvvədə olan qanunvericiliyə əsasən, bu notariat kontorunda da vərəsəlik hüququ haqqında şəhadətnamələr verilir, müqavilələr, etibarnamələr, vəsiyyətnamələr, sənədlərdəki imzaların həqiqiliyi və s. kimi notariat hərəkətləri həyata keçirilir. Bundan əlavə, burada hər kəsə göstərilən müəyyən hüquqi xidmət növlərinin yaxşılaşdırılması məqsədilə, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində notariat fəaliyyətinin təkmilləşdirilməsi və bəzi cüzi nöqsanların aradan qaldırılması istiqamətində, məhz bu gün də lazımi addımlar atılmaqdadır. Hətta, hər kəs o halın varlığına da şahid ola bilər ki, lazım gəldikdə 25 saylı notariat kontorunda vətəndaşlara bir çox məsələlərlə bağlı obyektiv və qərəzsiz hüquqi məsləhətlər də verilir. Bundan əlavə, fiziki və hüquqi şəxslərin keyfiyyətli hüquqi yardım almaları, notariat orqanlarının nüfuzunun artırılması, notariat fəaliyyətinin səmərəliliyinin yaxşılaşdırılması, habelə insan hüquq və azadlıqlarının təmin edildiyi hüquqi dövlətin möhkəmləndirilməsi və s. istiqamətində lazımi addımları atmaq, məhz hər zaman xüsusi notarius Fuad Səfərov tərəfindən diqqətdə saxlanılır. Bəli, faktdır ki, 25 saylı notariat kontorunda vəzifə sahibi olan hər kəs qanunların tələblərinə lazımi səviyyədə riayət edir, insan hüquq və azadlıqlarına hörmətlə yanaşır, qəbul olunmuş ümumi əxlaq normalarını və etik davranış qaydalarını gözləyir, üzərinə düşən vəzifə borcunu vicdanla icra edir, özünə qarşı tələbkarlıq nümayiş etdirir, ünsiyyətdə olduqları şəxs və ya şəxslərə qarşı nəzakətli rəftarı və nitq mədəniyyəti ilə fərqlənir, daim peşəkarlıq və bacarıq səviyyəsini, elmi biliklərini artırmağa, habelə qüvvədə olan qanunları və notariat təcrübəsini dərindən öyrənməyə çalışırlar.

Faktdır ki, Fuad Səfərovun rəhbərlik etdiyi 25 saylı notariat kontorunda notariat fəaliyyətləri həyata keçirilərkən heç kəsə hansısa üstünlük verilmir, üçüncü şəxslərin təzyiqinə, siyasi şəraitin təsirinə imkan yaradılmır, yalnız və yalnız qanunvericiliyin tələblərinə riayət olunur, ən əsası müraciət edən şəxs(lər)in qanuni mənafelərinin qorunması təmin edilir. Əldə etdiyimiz bəzi məlumatlara görə, bu notariat kontorunun rəhbərliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tapşırığına əsasən, daim peşə ixtisasını artırmaqla məşğul olur, notariat fəaliyyətinə aid məsələlərin araşdırılması ilə bağlı tələb olunan sənədləri, yazılı və şifahi məlumatları vaxtlı-vaxtında aidiyyatı üzrə təqdim edir, notariat palatasının ümumi yığıncaqlarında, iclaslarında, təşkil edilən təcrübə mübadiləsində, təlim-tədris və digər tədbirlərdə fəal iştirak edir, üzvlük haqlarını və qanunla müəyyən edilmiş digər məcburi ödənişləri vaxtlı-vaxtında ödəyir, həmçinin nazirliyin digər göstərişlərini ən yüksək səviyyədə yerinə yetirir. Bütün bunların nəticəsidir ki, bu gün insanların çoxu notariat hərəkətlərini həyata keçirmək istəyərkən, məhz 25 saylı notariat kontoruna üz tuturlar və bu ünvandan da məmnun halda geri dönürlər. Söz yox ki, vətəndaş məmnunluğunun kökündə bu kontora rəhbərlik edən Fuad Səfərovun peşəkarlığı, səmimiyyəti, hər şeydən öncə qanunların ailiyinə hörmətlə yanaşması əsas rol oynayır.

Bəli, hal-hazırda 25 saylı notariat kontorunun xüsusi notariusu Fuad Səfərov öz xoşbəxtliyini, səadətini doğma Vətəninə, qəlbən bağlı olduğu xalqına ləyaqətlə, şərəflə xidmət etməkdə görür. Digər tərəfdən, bu şəxs özünün işgüzarlığı, peşəkarlığı və s. kimi göstəriciləri ilə əksər vəzifə sahiblərindən fərqləndiyi üçün, bu gün nəinki Bakı şəhərində, hətta ətraf şəhər və rayonlarda da təcrübəli vəzifə sahibi olaraq tanınır. Faktdır ki, xüsusi notarius Fuad Səfərov heç bir təmanna güdmədən, vəzifədə olub-olmamasına fərq belə qoymadan Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyiə xidmət göstərməyi hər zaman özü üçün şərəf bilir. Belə bir səbəblər üzündəndir ki, heç bir qüvvə heç zaman bu şəxsi tutduğu yolundan döndərə bilmir. Bəli, o, özünün idealı hesab etdiyi ulu öndər Heydər Əliyev kimi, layiqli və ləyaqətli insanlara hər zaman dəyər verməkdən xüsusi zövq alır. Bütün bunların kökündə, məhz 25 saylı notariat kontoru notariusunun yüksək elmi savada, xüsusi qabiliyyətə və lazımi göstəricilərə malik olmasıdır. Onu da unutmaq olmaz ki, bu şəxs rəhbərlik etdiyi kontorda hər kəsə qarşı olduqca diqqət və qayğı ilə yanaşır və zaman-zaman atdığı addımlarının nəticəsidir ki, hal-hazırda kollektiv üzvlərindən hər birinin dövlətimizə, möhtərəm Prezidentə olan inamı artmaqda davam edir. Bu şəxsin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olan şəxslərə göstərdiyi diqqət və qayğı, hər zaman hər kəs tərəfindən yüksək səviyyədə qiymətləndirilir.

Diqqəti bir məqama da yönəldək ki, xüsusi notarius Fuad Səfərov rəhbərlik tərəfindən ona etibar edilən bütün işlərdə hər zaman özünü layiqincə doğruldub və bu danılmaz həqiqətdir. Bir sözlə, bu şəxsin indiyə kimi atdığı addımlar onu sübut edir ki, 25 saylı notariat kontorunun işgüzar kollektivi, məhz bundan sonra da onlara göstərilən etimadın məsuliyyətini daha dərindən dərk edib, məhz yeni-yeni uğurlara imza atacaqlar. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.

Hazirladi: Elxan ƏLİYEV
Mədəniyyət