Göygöl rayonunda aksiya təşkil olunub
- 13.12.2021, 14:57,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 250
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub .Ümummilli liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı ,bu istiqamətdə yürütdüyü dövlət siyasəti, onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətləri müharibə veteranlarının, əlillərin , şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi , onların problemlərinin həllinə vaxtında nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Dövlət başçısının apardığı siyasətə uyğun olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi-nin nəzdində fəaliyyət göstərilən tibb müəsissələrində şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə yüksək səviyyəli tibbi xidmət göstərilir. Göygöl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində də müharibə veteranlarına, müharibə əlillərinə ,şəhid ailələrinə yüksək qayğı göstərilir. Onların sağlamlığının keşiyində durmaqla Dövlət siyasətinə uyğun olaraq daim işlər aparılır .Bu baxımdan vətən müharibəsində torpaqlarımız uğrunda şəhid olmuş vətəndaşların ailə üzvlərindən 5 nəfər, 1 nəfər isə müharibə iştirakçısı Göygöl RMX PHŞ -də işlə təmin olunmuşdu, Göygöl rayonunda şəhid ailə üzvləri mütəmadi olaraq Xəstəxanada profilaktik tibbi müayinələrə cəlb edilir. Bu baxımdan 12 Dekabr 2021-ci il tarixdə aksiya təşkil edilərək 30 nəfər şəhid ailə üzvləri xəstəxanada profilaktik tibbi müayinələrə cəlb edilibdir.
Şəhid ailə üzvləri Xəstəxanada ətraflı klinik ,laborator, insturmental və ixtisaslı həkimlər tərəfindən müayinə edildikdən sonra onların bir qisminə ambulator müalicə təyin edilmiş, 3 nəfər şəhid ailə üzvündə aşkarlanan Cərrahi xəstəliyə uyğun olaraq Göygöl RMX PHŞ-də Cərrahiyyə əməliyyat aparılması planlaşdırılıb .1 nəfər şəhid anasında diz oynağının endoprotezləşməsi üçün İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində ixtisaslaşmış tibb müəsissəsinə göndəriş təşkil edilib. Digər 6 nəfər isə İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində Koronar Angioqrafiya müayinəsi aparılması üçün özəl xəstəxanalara göndəriş verilib. Aksiya növbəti həftənin bazar günü davam edəcəkdir.