Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizin qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışır. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür.
Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi Ulu Öndər Heydər Əliyevin strateji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi. Diplomatiya sahəsindəki nəzəri biliklərini Ulu Öndər Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazan¬dığı təcrübi vərdişlərlə zənginləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşan Prezident cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorlu¬ğun, keçmişlə gələcəyin üzvi bağlılığına, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bugünü və saba¬hına sonsuz, sarsılmaz sədaqət İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident cənab İlham Əliyev ölkədə sabitliyi qorudu. Bunun üçün, ilk növbədə, qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəyliyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam mənəvi mühi¬ti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qorumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı. Bunlar bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunma¬sında “İlhamla irəli!”- devizi, sabaha, gələcəyə inam hissi dayanırdı.
Prezident seçildiyi ilk gündən İlham Əliyev praqma¬tik dövlət xadimi kimi iqtisadiyyatın bütün sferalar üzrə inkişafına nail olmağın zəruriliyini bəyan edərək, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırıl¬ması və qeyri - neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addım¬lar atdı. Ölkədə qeyri-neft sektorunda iqtisadi dirçəlişə nail olunması istiqamətində sahibkarlıq ənənələrinə yiyələnilməsinə geniş meydan verilməsini, onlara səmərəli dövlət qayğısının həyata keçirilməsinə şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi bəyan etdi. Ən əsası, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi təmin olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa tarixi müraciətində vurğulamışdır ki , xalqımız mənə inanırdı, ona görə də dəfələrlə demişdim ki, nəyi necə və nə vaxt eləməyin məqamını mən yaxşı bilirəm. Xalqın bu inamına arxalanaraq Ali Baş Komandan kimi ölkə başçısı İlham Əliyev həmin günün gəlib çatdığını bəyan etdi və möhtəşəm qələbəmizin əsas memarı kimi tarix yazdı. Dövlət baş¬çısı, Ali Baş Komandan İlham Əliyevin tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının iradəsinin, arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı.
Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Azərbaycanın hərbi-siyasi və dip¬lomatik sahədə uğurları birbaşa Prezident cənab İlham Əliyevin fenomenal istedad sahibi olma¬sının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir.
Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur. Cənab İlham Əliyev xalqın alternativsiz lideri, xilaska¬rıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadar¬larının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Prezident İlham Əliyev ölkə iqtisa¬diyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır. Məhz Prezident cənab İlham Əliyevin düşünülmüş rəhbərliyi, çevik və uzaqgörən siyasəti, həyata keçirdiyi çoxaspektli düşünülmüş islahatlar XXI əsrdə müstəqil Azərbaycan dövlətini dünyanın inkişaf etmiş dövlətlərinin sıralarına çıxarmışdır. Bu möhtəşəm zirvə müstəqil Azərbaycan dövlətinin yüksək inkişafının İlham Əliyev gerçəkliyidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada müasir dövrün liderlik modelinin ən real gerçəkliyidir.
Fariz Sadıqlı,
Salyan rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi