Vüqar Kərimovun Lənkərandakı "qara kassa"sı söz sahibidir

Vüqar Kərimovun Lənkərandakı "qara kassa"sı söz sahibidir

Lənkəran Regional Meşə Tədərrüfatı Mərkəzində olan etibarlı mənbəmizin azinfo.tv xəbər saytına verdiyi məlumata görə, Lənkaran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə dolaylarında "yaşıl soyqırım" gedir.
Belə ki, Mərkəzdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun adamlari- baş meşəbəyi Abuturab Bağırov və mühafizə üzrə müavin Elşad meşələrə qənim kəsiliblər. Onların arasında mübahisələr tez-tez düşür .
Vüqar Kərimov bilmirsə qoy bilsin, Abuturab Bağırov Elşada deyir ki, "bütün meşələrə rəhbərlik məndə olduğu üçün meşələrdən qanunsuz kəsilib satılmış ağaclardan əldə edilmiş pullar üç yerə bölünməlidir-Vüqar Kərimov, sən bə mən. Elşad deyir ki, "xeyir, sən əkinlərinə bax , mühafizə məndə olduğu üçün iki yere bölünməlidir- Vüqar Kərimov və mən.
Elşadın kimliyini bilməyənlər , qoy bilsin Elşad Astara meşələri üzrə baş mütəxəssis işləyib. Baş mütəxəssis olduğu dövürdə Vüqar Kərimovun himayəsi altında Astara meşə fondu torpaqlarindan sitrus meyvə bağları salınmasından ötəri 1000 hektarlarla torpaqları vətəndaşlara satan bir şəxsdir. Torpaq alveri bele aparılıb-Torpaq vətəndaşa satılıb vətəndaş aldığı torpağı cəpərləyir, sitrus ağaclarını əkir, bir ildən sonra ona həmin ərazidə "daxma tiksin" deyilir. Daxma tikərkən ancaq və ancaq köhnə taxtadan istifadə olunmalı, daxmanın üstündəki dam örtüyü (şifer) hökmən köhnə olmalıdır .
Sual olunur: niyə?
ona görə ki, şikayət olunduqda desinlər ki, vətəndaş bu evi indi tikməyib ki, evin damına bir baxın şiferlərden görünür ki, 10-15 il bundan öncə tikilib. Baxın , bu üsulla torpaqları satmiş, əldə etdiyi qazancı "agsaqqli" olan Vüqar Kərimova öturmuşdü.
Beləliklə tikililəri onların dövründə tikilmədiyini bildirib, köhnə tikili kimi aktlaşdırırlar, amma bunu da unudurlar ki, müasir texnologiyalar hesabına hər il sputnikdən çəkilmiş ərazilərin xəritələri yenilənir və orada hər bir tikili açıq- aydın görünür . Bu arada onu da qeyd edim, biləsiniz ki, Astarada köhnə şifer təzə şiferdən üç dəfə bahadır. Məhz buna görə.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq
Mədəniyyət