Vüqar Kərimov yenə də İŞ BAŞINDADIR... - "..."dur" deyən tapılacaqmı?!"
- 16.03.2022, 14:33,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 159
Facebook
Вконтакте
Одноклассники
Google+
Təbiətimiz gözümüzün önündə məhv olur, amma nədənsə aidiyyatı orqanlar buna susur.
Son bir il ərzində Respublikamızın meşələri kütləvi şəkildə qırılır, meşə torpaqları isə ev yeri kimi sakinlərə satılır. Şikayətçilər bu işin başında bir başa Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun olduğun bildirirlər.
Pressdent.az xəbər verir ki, Azinfo.tv-yə etibarlı mənbədən verilən məlumata görə, Lerik meşələri doluluğuna görə Respublikamızın ən sıx meşələri olub.
Orada vaxtilə doluluğu 0.8-0.9 olan meşələr , hazırda 0.4-0.6 intervalındadır. Yəni meşələrin doluluq faizi aşağı düşüb (seyrəlib). Hətta peykdən çəkimiş fotoşəkillər bunu deməyə əsas verir. Meşələrdə olan qiymətli və kəsilməsi qadağan olan ağaclar bir başa Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində olan el arasında "Şpal Sərraf" ləqəbilə tanınan "Qara kassa"sı Sərraf Quliyevin əli ilə kəsilir. Deyilənə görə hazırda Sərraf Quliyev 3 vəzifə aparır və hətta Mərkəzdə Həmkarlar Təşkilatının sədridir. Necə olur ki, heç bir təhsil və savadı olmayan adamı bu böyük vəzifəyə qoyublar. Sərraf bir neçə il öncə Masallıda kı, sexlərə meşə materiallarından "şpal" daşıyırdı. Sərrafı bu vəzifəyə gətirib onu himayə edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovdur.
Görəsən Vüqar Kərimova "dur" deyən tapılacaqmı?!
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.