Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Vurğun qəsəbəsində keçirib.
- 05.08.2022, 09:09,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 114
Facebook
Вконтакте
Одноклассники
Google+
Müvafiq qrafikə uyğun olaraq Vurğun qəsəbə tam orta məktəbində təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi vətəndaşları maraqlandıran məsələləri yerində araşdırıb operativ qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Qəbulda təklif və müraciətlə çıxış edən qəsəbə sakinləri diqqətlə dinlənilib və onların qaldırdıqları məsələlər nəzarətə götürülüb. Hər bir məsələ ətrafında məsul şəxslərlə birlikdə müzakirələr aparılıb və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.