“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlamaq istərdim.
Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.
Müəllim yeganə sənətkardır ki, əsərinin üzərində imzası yoxdur. Həqiqətən də müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi. Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir.
Müəllim adını şərəflə daşıyan, ömrünü təhsilə sərf edən, xeyirxah, vicdanlı müəllimlərdən biri də 1985-ci ildə Ağstafa Rayonunda anadan olmuş Zeynalov Mədəd Ələkbər oğludur. Zeynalov Mədəd orta təhsilini Ağstafa rayon Aşağı Kəsəmən kəndində almış, Sumqayıt Dövlət Univetsitetinin Coğrafiya fakültəsini bitirmişdir. Müəllim fəaliyyətinə öz doğulduğu kənddə Coğrafiya müəllimi kimi başlayır.
Peşə fəaliyyətinin ən məsuliyyətli pilləsinə 2018-ci ildə direktorların işə qəbulu müsabiqəsindən sonra qədəm qoymuşdur. Müsabiqədən uğurla çıxan Mədəd müəllim 2019-cu il Mart ayının 4-də A Ələkbərov adına Köçəsgər kənd tam orta məktəbinə direktor təyin olunmuşdu. Köçəsgər kənd tam orta məktəbi 350 nəfərlik şagird kontingetindən və 50-yə yaxın müəllim heyətindən ibarət böyük bir məktəbdir. Böyük məktəbin böyük məsuliyyəti olar. Mədəd müəllim bu məsuliyyətin yükünü şərəflə daşımışdır. Onun məktəbdə apardığı tədbirlər sayəsində məktəbin uğurları daha da artmışdır. 2018-2019-cu tədris ilində məktəbin buraxılış sinfindən 11 nəfər ali məktəbə sənəd vermiş, onlardan 6-sı ali məktəbə, iki nəfəri kollecə daxil olmuşdur. 2020 ci il Ağstafa rayon İcra hakimiyyətinin Başçısı cənab Seymur Orucovun əmri ilə Ağstafa rayon Təhsil şöbəsinin müdiri təyin edilmişdir.
Cənab Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı təhsilin hər sahəsində özünü göstərir. Yeni məktəblərin tikilməsi, təmirə ehtiyacı olan məktəb binalarının təmiri, müəllim əməyinin qiymətləndirilməsini buna misal göstərmək olar. Mədəd müəllimin də əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib
Ailəlidir, bir qız övladı var.