Təşkilatçı müdir gözəl insan, və əsl Vətən daşı – Ağstafa rayon Təhsil şöbəsinin müdiri Zeynalov Mədəd

Təşkilatçı müdir gözəl insan, və əsl Vətən daşı – Ağstafa rayon Təhsil şöbəsinin müdiri Zeynalov Mədəd

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlamaq istərdim.
Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.
Müəllim yeganə sənətkardır ki, əsərinin üzərində imzası yoxdur. Həqiqətən də müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi. Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir.
Müəllim adını şərəflə daşıyan, ömrünü təhsilə sərf edən, xeyirxah, vicdanlı müəllimlərdən biri də 1985-ci ildə Ağstafa Rayonunda anadan olmuş Zeynalov Mədəd Ələkbər oğludur. Zeynalov Mədəd orta təhsilini Ağstafa rayon Aşağı Kəsəmən kəndində almış, Sumqayıt Dövlət Univetsitetinin Coğrafiya fakültəsini bitirmişdir. Müəllim fəaliyyətinə öz doğulduğu kənddə Coğrafiya müəllimi kimi başlayır.
Peşə fəaliyyətinin ən məsuliyyətli pilləsinə 2018-ci ildə direktorların işə qəbulu müsabiqəsindən sonra qədəm qoymuşdur. Müsabiqədən uğurla çıxan Mədəd müəllim 2019-cu il Mart ayının 4-də A Ələkbərov adına Köçəsgər kənd tam orta məktəbinə direktor təyin olunmuşdu. Köçəsgər kənd tam orta məktəbi 350 nəfərlik şagird kontingetindən və 50-yə yaxın müəllim heyətindən ibarət böyük bir məktəbdir. Böyük məktəbin böyük məsuliyyəti olar. Mədəd müəllim bu məsuliyyətin yükünü şərəflə daşımışdır. Onun məktəbdə apardığı tədbirlər sayəsində məktəbin uğurları daha da artmışdır. 2018-2019-cu tədris ilində məktəbin buraxılış sinfindən 11 nəfər ali məktəbə sənəd vermiş, onlardan 6-sı ali məktəbə, iki nəfəri kollecə daxil olmuşdur. 2020 ci il Ağstafa rayon İcra hakimiyyətinin Başçısı cənab Seymur Orucovun əmri ilə Ağstafa rayon Təhsil şöbəsinin müdiri təyin edilmişdir.
Cənab Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı təhsilin hər sahəsində özünü göstərir. Yeni məktəblərin tikilməsi, təmirə ehtiyacı olan məktəb binalarının təmiri, müəllim əməyinin qiymətləndirilməsini buna misal göstərmək olar. Mədəd müəllimin də əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib
Ailəlidir, bir qız övladı var.
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən – Ağıstafa rayon Təhsil şöbəsinin müdiri Zeynalov Mədəd Ələkbər oğlu barədə bəhs edirik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edirik.
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ağıstafa rayon Təhsil şöbəsinin müdiri Mədəd müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahibidir.
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir təhsil məmuru haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma…Ağıstafa rayon Təhsil şöbəsinin müdiri vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən təhsil MƏMURlarındandır.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Mədəd Zeynalovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Mədəd müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir direktor sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir direktordur. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.Bu xüsusiyyəti onun əsl pedaqoq olduğunun sübutudur.

YAZIYA KİCİK BİR SÖZARDI


Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!
Ağıstafa rayon təhsil şöbəsinin müdiri Mədəd Zeynalov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Mədəd müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ağıstafa rayon Təhsil şöbəsinin müdiri Mədəd Zeynalovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı,müdir gözəl insan və əsl Vətən daşı!

P.S. Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.

Bu sözləri Pressdent.az saytına Ağıstafa rayon Təhsil şöbəsinin müdiri Mədət Zeynalov söyləyib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan rayon ziyalısı deyib: “Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığımız müqəddəs müharibənin xalqımızın böyük və ehtişamlı Qələbəsi ilə sona çatması xalqın və haqqın Qələbəsidir. Sivil xalqlar tarixləri boyu müharibəni heç vaxt dəstəkləməyiblər. Azərbaycan dövləti də həmişə sülh missiyasını yerinə yetirib, münaqişələrdən qaçaraq əmin -amanlığın tərəfdarı olub. Amma çox təəssüf ki, qəsbkar qonşularımız hərbdən başqa yol qoymadılar. İşğal etdikləri torpaqlarımızdan xoşluqla çəkilmək istəmədilər. Hər bir səbrin də bir həddi-hüdudu olur. Müharibə lənət sayılsa da, azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilib. Azərbaycanın apardığı bu müharibə də müqəddəs müharibə-Vətən müharibəsi idi və qələbə ilə bitməsi də tarixi yekun oldu.
Mədəniyyət