Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri lazımi idarəçilik bacarığına malik olan rəhbər şəxsdir

Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri lazımi idarəçilik bacarığına malik olan rəhbər şəxsdir


Məlumdur ki, təhsilin inkişaf etdirilməsi hər bir ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Belə bir səbəbdən də, Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişaf etdirilməsi yöndə göstərdiyi diqqət və qayğı onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu sahə hazırda keyfiyyətcə yeni və ardıcıl inkişaf mərhələsinə qədəm qoyub. Yada salaq ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu dünyaya bəyan edib “Konstitusiya aktı”nı qəbul etdikdən sonra, xalqımızın, dövlətimizin qarşısına yeni dövrün tələblərinə uyğun yeni vəzifələr qoyuldu. Belə bir səbəblər üzündən də, hər sahədə olduğu kimi ölkəmizin təhsil sahəsində də müəyyən islahat proqramlarının həyata keçirilməsinə, lazımi addımların atılmasına ciddi ehtiyac duyuldu. Bir daha xatırlayaq ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən təhsil və onun problemlərinin həlli ilə bağlı məsələlərdə o, hər zaman açıq şəkildə mövqeyini ifadə edirdi.

Faktdır ki, ulu öndər Heydər Əliyev ölkəmizdə elm və təhsilin inkişafını heç zaman diqqətdən kənarda qoymamış və daim o, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ulu Öndər bu sahədə mövcud problemlərin aradan qaldırılması və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının Azərbaycanda həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş və mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalamışdır. Məsələn, 2002-ci il oktyabrın 4-də Ulu Öndərin imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncamı, milli elm və təhsil sahəsinin inkişafında vacib amillərdən biri olaraq, məhz bu gün də qiymətləndirilməkdədir. Qeyd olunan Sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli Sərəncamı da, ölkəmizdə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yöndə xüsusi əhəmiyyətə malik dövlət sənədi olmuşdur.

Bəli, fəxrlə qeyd edə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasətin nəticəsində bu gün respublikamızda təhsilin inkişafı, onun keyfiyyət göstəricilərinin müəyyən tələblərə cavab verməsi istiqamətində lazımi addımlar atılır ki, bunlar da öz bəhrəsini verməkdədir. Qeyd edək ki, hazırda Azərbaycan təhsilinin inkişafına dəyərli töhfələrini bəxş edən çoxsaylı təhsil şöbələri var ki, onların fəaliyyətlərini, Azərbaycan təhsilinin inkişafına verdikləri töhfələrin əhəmiyyətıni heç nə ilə müqayisə etmək olmaz. Belə təhsi şöbələrindən biri də, Hacıqabul rayon Təhsil Şöbəsidir. Hal-hazırda bu təhsil şöbəsinə peşəkar idarəçiliyə, dərin elmi biliyə, yüksək insani keyfiyyətə və s. kimi göstəricilərə malik olan Bəxtiyar Hüseyn oğlu Ələkbərov rəhbərlik edir. O, 1971-ci ildə Hacıqabul rayonunda anadan olmuşdur. 1978 – 1988-ci illərdə orta təhsilini Hacıqabul şəhərində almış və 1993-cü ildə Bakı Dövlət Universitetinin fizika fakultəsini bitirmişdir. 1993 – 1996-cü illərdə fizika müəllimi, 1997 – 1998-ci illərdə məktəb direktoru vəzifəsində çalışmışdır. 2007-ci ilin oktyabr ayında Hacıqabul rayon Təhsil Şöbəsinin metodisti vəzifəsinə təyin olunan Bəxtiyar Əkbərov, 2010-cu ildə müsabiqə yolu ilə Hacıqabul rayon Təhsil Şöbəsinə məsləhətçisi vəzifəsinə təyin olunur.
Daxili müsahibədən müvəfəqiyyətlə keçərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 sentyabr 2020-ci il tarixli K-960 nömrəli əmri ilə, Hacıqabul rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə təyin olunan Bəxtiyar Əkbərov, çox keçmir ki, “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi də əldə edir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 29 sentyabr 2020-ci il tarixli 99 nömrəli əmri ilə Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 22 iyun 2017-ci il tarixdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 22 iyun 2017-ci il tarixlli 98 nömrəli sərəncamı ilə “Fəxri Fərman”la təltif olunur. 04 oktyabr 2019-cu il tarixdə təhsilin inkişafında xidmətlərinə, təhsilin təşkili və idarə olunması sahəsində səmərəli və peşəkar fəaliyyətinə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 oktyabr 2019-cu il tarixlli 3696 nömrəli əmri ilə “Fəxri Fərman”la təltif olunmuşdur. İşlədiyi dövrdə pedaqoji kollektivlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsi, şagirdlərin bilik və bacarıqlarının səviyyəsinin yüksəldilməsi, həmçinin təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə çalışmışdır. Rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən Bəxtiyar Əkbərov, pedaqoji işçılər, həmçinin geniş ictimaiyyəti arasında da böyük nüfuza sahibdir. O, 01 noyabr 2007-ci il tarixdən YAP-nın üzvüdür, vətənpərvərdir, etibarlıdır, dəyanətlidir, öz işini vicdanla və şərəflə yerinə yetirrən vəzifə sahibidir.
Hal-hazırda Hacıqabul rayon Təhsil Şöbəsinin tabeliyində 33 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində 11864 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1009 nəfər təhsil işçisi məşğul olur. Rayon müəllimlərindən 7 nəfəri “Əməkdar müəllim”, 5 nəfəri “Tərəqqi” medalı, 8 nəfəri “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, 2 nəfəri “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir.
Vətən Müharibəsinin başlanması ilə əlaqədar “Hərbi vəziyyət elan edilməsi” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 Nli fərmanı, “Hərbi vəziyyət dövründə təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi barədə” Təhsil Nazirliyinin 30.09.2020-ci il tarixli F-460 Nli əmrinə uyğun olaraq, rayonun təhsil müəssisələri tərəfindən distant (məsafədən) formada tədrisin təşkili təmin edilmiş və həmin vaxt internet provayderlərinin göstərdiyi xidmətlərdən istifadənin məhdudlaşdırılması nəzərə alınmışdır.
Respublikamızda həyata keçirilən "Əsgərə məktub" layihəsində rayon üzrə bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin fəal iştirakı təmin edilmişdir. Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca əhəmiyyətli rol oynayan layihə çərçivəsində şagirdlər, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən mübariz əsgərlərimizə göstərdiyi möhkəm iradəyə görə minnətdarlıqlarını və səmimi arzularını bildirmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planının icrası ilə bağlı rayonda bir sıra işlər görülmüşdür. 18 noyabr 2020-ci il tarixdə RTŞ üzrə rayonun təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilmişdir. Virtual iclasda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə, eləcə də, yuxarıda qeyd olunan əmrin mahiyyəti və müəyyən edilmiş tədbirlərin icra istiqamətləri barədə məktəb rəhbərlərinə ətraflı məlumat verilmişdir. Təhsil Nazirliyinin Fəaliyyət Planında qeyd olunmuş hədəflər əsasında Hacıqabul rayon Təhsil Şöbəsi və rayonun ümumtəhsil məktəblərinin aylar üzrə konkret tədbirləri əhatə edən genişləndirilmiş Birgə İş Planı hazırlanmış və RTŞ-nin 17 noyabr 2020-ci il tarixli 50 nömrəli əmri ilə təsdiq edilmişdir. Təsdiq olunmuş birgə İş Planına uyğun olaraq 2020/2021-ci tədris ili ərzində: - rayonun ümumtəhsil məktəbində “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası təmin olunmuş, bu məqsədlə onlayn dərslərdə bu mövzuya geniş yer verilmiş, - şagirdlərin Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri barədə müxtəlif mövzularda şagird və fənn müəllimləri tərəfindən təqdimatlar hazırlanmış, şagirdlərin bu istiqamətdə maarifləndirilməsi həyata keçirilmişdir. Bundan əlavə,
rayonun 11 ümumtəhsil məktəbində vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliğinə həsr olunmuş videomühazirələr keçirilmiş və şagirdlərin bu istiqamətdə maarifləndirilməsi təmin edilmiş, rayonun ümumtəhsil məktəblərində “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində işlər davam etdirilmiş, rayonun 18 ümumtəhsil məktəbində ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsinə həsr edilmiş müxtəlif mövzularda onlayn “Dəyirmi masa”lar keçirilmişdir. Daha sonra, şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması məqsədilə SHXÇDX-nin Hacıqabul rayonu üzrə şöbəsi və rayonun ümumtəhsil məktəblərində çalışan hərbi rəhbərlərin iştirakı ilə onlayn görüş təşkil olunmuşdiur. Şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə rayondakı “N” saylı hərbi hissə ilə əlaqələr davam etdirilmiş, əsgər və zabitlərlə onlayn görüşlər təşkil olunmuşdur. Görüşdə rayonun ümumtəhsil məktəblərində çalışan hərbi rəhbərlərin və yuxarı sinif şagirdlərinin onlayn iştirakı təmin edilmiş və rayonun 23 ümumtəhsil məktəbində “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları və videoçarxlar hazırlanmış, şagirdlərin bu istiqamətdə maarifləndirilməsi həyata keçirilmiş, həmçinin rayonun 21 ümumtəhsil məktəbində Vətən müharibəsi şəhidlərinin anım günlərinin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması təşkil olunmuşdur. Rayonun ümumtəhsil məktəblərində “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Hacıqabul rayon Təhsil Şöbəsinin 17 noyabr 2020-c il tarixli 50 nömrəli əmri ilə təsdiq edilmiş RTŞ və ümumtəhsil məktəblərinin aylar üzrə birgə İş Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi vəziyyəti barədə onlayn Təhsilyanı Şura iclasında seçmə yolla rayonun ümumtəhsil məktəblərin rəhbərlərinin hesabatları dinlənilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Rayonun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər “Biz zəfər qazandıq” onlayn rəsm , "Qarabağ uşaqların gözü ilə" onlayn videoçarx, "Qarabağa gedən yol" onlayn şeir müsabiqələrində və "Zəfər Tariximiz" adlı onlayn respublika intellektual yarışmasında fəal iştirak etmişlər. Bir nəfər şagirdimiz "Qarabağa qayıdış" layihəsini uğurla başa vurmuş və sertifikatla təltif olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən təşkil edilmiş "Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri"nin basketbol, minifutbol və atletika idman növləri üzrə zona mərhələsində iştirak edən yeniyetmələrimiz basketbol və minifutbol idman növləri üzrə üçüncü yerə layiq görülmüşlər. 44 günlük Vətən müharibəsində 10 nəfər təhsil işçisi iştirak etmişdir. Təhsil Şöbəsində Azərbaycan Respublikasının ərazibütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş təhsil işçilərilə görüş keçirilmiş, onlara Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur. Vətən müharibəsində iştirak etmiş təhsil işçilərini ictimaiyyətə tanıtmaq məqsədi ilə məlumatlandırıcı posterlər hazırlanmış və rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsində paylaşılmışdır. 5 mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə Hacıqabul rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən və müharibə zamanı arxa cəbhədə fəallıq göstərən idman ictimayətinin bir qrup üzvü Fəxri Fərmanla təltif olunmuşdu. YAP Hacıqabul rayon təşkilatı, rayon Təhsil Şöbəsi və fəal gənclər tərəfindən şəhid ailələrinin ziyarəti həyata keçirilmişdir. Yola saldığımız 2020/2021-ci tədris ilində Dövlət Proqramlarının icrası da diqqətdə saxlanılmış və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilmişdir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Hacıqabul rayon ümumi təhsil müəssisələrində “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir və inşa müsabiqələri keçirilmişdir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”na uyğun olaraq rayonun ümumi təhsil müəssisələrində "ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri", “gənclərin fövqəladə hallarda davranışı”, “insan alveri və zorakılıq halları”, "reproduktiv sağlamlıq və ailə planlaşdırılması" və düzgün peşə seçimi kimi mövzularda mühazirələr, seminarlar, videkonfranslar və “dəyirmi masa”lar təşkil edilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq lazımi işlər görülmüşdür. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2020-ci ilə dair “İş Planı”na uyğun olaraq narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə maarifləndirmə işləri aparılmış, bu məqsədlə rəsm və inşa müsabiqələri təşkil edilmişdir.
Ötən tədris ilində "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq rayonun bütün ümumi təhsil müəssisələrində "dəyirmi masa"lar, mühazirələr, inşa və şeir müsabiqələri təşkil olunmuş, Nizami Gəncəvinin əsərlərindən hazırlanmış səhnəciklər nümayiş etdirilmişdir. Eyni zamanda şagirdlərimiz "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" rəsm və inşa müsabiqəsində, "Nizami Gəncəvi-880" onlayn rəsm, "Söz dünyasının günəşi" və "Nizami Gəncəvi əsərləri təsviri incəsənətdə" respublika baxış müsabiqələrindən uğurla iştirak etmişlər. Rayon Təhsil Şöbəsi tərəfindən ötən tədris ilində VIII sinif şagirdləri arasında onlayn formada "Nizami Gəncəvi - 880 illik dəyər" adlı intellektual bilik yarışması keçirilmişdir.
Ötən tədris ili ərzində rayonun təhsil müəssisələrində çalışan şəxslərin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə rayon Təhsil Şöbəsi tərəfindən onlayn seminar müşavirələr təşkil edilmişdir. Təhsil müəssisələrində psixoloji xidmətin təkmilləşdirilməsi və təşviqi məqsədi ilə rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən psixoloqlar, uşaq birliyi təşkilatı rəhbərləri və məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavinləri ilə (təşkilatçılarla) "Məktəbdə psixoloji işin təşkili" mövzusunda maarifləndirici vebinar keçirilmişdir. Rayon Təhsil Şöbəsinin rəhbərliyi ilə təhsil müəssisələrində çalışan gənc müəllimlərlə onlayn görüş təşkil edilmiş, gənc mütəxəssisləri düşündürən fəaliyyət istiqamətləribarədə fikir mübadiləsi aparılmışdır. 2020/2021-ci tədris ilində buraxılış imtahanlarına hazırlığın mövcud vəziyyətini öyrənmək, şagirdlərin faktiki bilik səviyyəsini müəyyənləşdirmək, və nəticələri daha da yaxşılaşdırılması üçün fəaliyyətin planlaşdırılması məqsədilə rayon Təhsil Şöbəsi tərəfindən 13 mart 2021-ci il tarixdə rayonun ümumtəhsil müəssisələrində təhsil alan IX sinif şagirdlərilə onlayn sınaq imtahanları aparılmış, nəticələri təhlil olunmuş və məktəb rəhbərlərinə müvafiq metodiki istiqamətlər verilmişdir. Ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri məktəbdə aparılan təlim-tərbiyə işlərinin aynasıdır. 2020/2021-ci dərs ilində XI sinfi bitirən 386 nəfər şagirddən rayon üzrə respublikanın ali və orta ixtisas təhsil müəssisələrinə 247 nəfər sənəd vermişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 166 nəfər (43%) qəbul olunmuşdur. Əvvəlki illərin məzunlarından 2021-ci ildə 15 nəfər ali məktəblərə qəbul olunmuşdur. Bütövlükdə, bu il rayon üzrə 181 nəfər ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanlardan 5 nəfəri 600-dən yuxarı, 24 nəfəri 500-dən yuxarı bal toplamışdır. 2020/2021-cu dərs ilində rayon üzrə tam orta təhsil səviyyəsinin təmayüllər üzrə davam etdirilməsi diqqətdə saxlanmış, 5 məktəbdə təmayül sinifləri yaradılmışdır. 2020/2021-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində şagirdlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. Müsabiqənin rayon mərhələsində qalib seçilmiş Hacıqabul şəhər 8 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ağayeva Aydan Ramil qızı “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində həvəsləndirici yerə layiq görülmüşdür. Ötən dərs ilində şəhər 5 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri aparılmış, bütün yeni zəruri inventar avadanlıqlarla təchiz edilmişdir. Yeni dərs ilinə hazırlıq dövründə Təhsil Nazirliyi tərəfindən şagirdlər üçün 136 adda 31385 nüsxə dərslik göndərilmiş və məktəblərə çatdırılmışdır. Facebook sosial şəbəkəsi üzərindən rayon Təhsil Şöbəsi tərəfindən canlı yayım keçirilmiş təhsil sahəsində həyata keçirilən yeniliklər, əldə olunmuş nəticələr barədə ictimaiyyətə məlumat verilmiş və prosesdə yaranan suallar cavablandırılmışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin, müharibə veteranları, əlillər və onların ailə üzvləri, həmçinin hərbçi ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi məqsədilə cəmi 5 vəzifə üzrə vakant yerə 23 nəfər təyin olunmuşdur.

Bəli, bütün bunların nəticəsidir ki, ötən illər ərzində yeni-yeni texnologiyaları, müasir idarəçilik qaydalarını tətbiq etməklə lazımi uğurlara qovuşan Hacıqabul rayon Təhsil Şöbəsi, bu gün də təhsilimizin inkişafına yeni-yeni töhfələrini bəxş etməkdədir. Yəni, Bəxtiyar Ələkbərovun yüksək peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəriciləri, ən əsası savadlı olması, ümumiyyətlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi və s., olduqca əhəmiyyət kəsb etməkdədir. Ona görə də inanırıq ki, Bəxtiyar müəllimin işgüzar fəaliyyəti, daşıdığı vəzifəsinin məsuliyyətini lazımınca dərk etməsi, gənc nəslin təlim-tərbiyyəsində, sağlam ruhda böyümələrində, Vətən üçün layiqli övlad olmalarında mümkün olan imkanlarından bacarıqla istifadə etməsi, bundan sonra da onun adının və fəaliyyətinin məşhur olmasına səbəb olacaq.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərovun başlıca amalı xalqına, dövlətinə layiqincə xidmət etməkdir, gələcəyimiz hesab etdiyimiz gənclərimizin sağlam ruhda böyümələrinə çalışmaqdır, onların elmə-təhsilə yiyələnmələri üçün mümkün imkanlarından bacarıqla istifadə etməkdir. Bəli, bugünkü təhsilimizin inkişaf etdirilməsində Bəxtiyar müəllimin və onun kimi peşəkar, savadlı, bacarıqlı, xalqını sevən, lazımi idarəçilik qabiliyyətinə malik olan ziyalılarımızın üzərinə çox böyük məsuliyyət yükü düşür. Hər kəs tam şəkildə əmin ola bilər ki, indiyə kimi şərəfli Azərbaycan ziyalısını adını daşımış Bəxtiyar Ələkbərov, məhz bundan sonra da daha böyük uğurlara imza atacaq və o, gənc nəslin təlim-tərbiyyəsində, gələcək həyata hazırlanmalarında lazım olan imkanlarından bacarıqla istifadə edəcək.

Fuad Əliyev
Mədəniyyət