Bir qrup cəmiyyət üzvləri və jurnalistlər itkin şəhid ailəsini ziyarət edib

Bir qrup cəmiyyət üzvləri və jurnalistlər itkin şəhid ailəsini ziyarət edib

Pressdent.AZ xəbər verir ki, Cəlilabad rayonun Qarazəncir kəndində şəhid Mirzəağa Eyvazovun
ailəsinə baş çəkilib, ailə üzvləri ilə görüş təşkil edilib. Görüşdə “Dəmir Yumruq” Alfa Cəmiyyətinin sədri Ülviyyə Vasifqızı, əməkdaşları, “Azərbaycan Şəhid Ailələri Veteranlar” birliyinin mətbuat katibi Pərvanə Amanova, ATATV.AZ xəbər portalının rəhbəri Rasafil Bayramov, şəhidin ailə üzvləri, qohumları və qonşuları iştirak edib.
Səmimi Eyvazovlar ailəsinin süfrəsi ətrafında cəm olan qonaqlar, doğmalar şəhidin ömür yolan nəzər salıb, onun birinci Qarabağ savaşında keçdiyi döyüş yolundan, mərd xasiyyəti və vətənpərvərliyindən söz açıblar. Bildirilib ki, şəhid Mirzəağa Eyvazov 1967-ci ilin aprelin 5-də
Cəlilabad rayonun Qarazəncir kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Elə minbir zəhmət və əziyyətlə böyüyən Mirzəağa orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Nigar xanımla ailə həyatı qurur və bu izdivacdan onların Kamil adlı oğul övladı dünyaya gəlir. Ancaq Kamili doyunca görmək və onu böydüb başa çatdırmaq ona nəsib olmur. 1990-cu illərin əvvələrində Qarabağda başlanan müharibə onu da özünə çəkir. Mirəzağa Eyvazov əsgər kimi Qarabağdakı müharibəyə qoşulur və orda əsl qəhrəmanlıqlar göstərir. 1992-ci ilin 15 iyun tarixində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından qəhrəmancasına şəhid olur. Lakin itkin düşdüyündən onun nəşini tapmaq mümkün olmur. Adı bu günə qədər itkin düşmüş şəhidlər arasındadır.

“Dəmir Yumruq” Alfa Cəmiyyətinin sədri Ülviyyə Vasifqızı cəmiyyət sədri olaraq tez-tez şəhid ailələrinə baş çəkdiyini və ailə üzvlərini yad etdiyini bildirdi. Onun sözlərinə görə, bu addımı özünə müqəddəs məslək seçib. Şəhidin ailə üzvləri və doğmalarına tək-tək xoş sözlərini ifadə edən cəmiyyət sədri şəhidlərin xidmətini, adını yüksək qiymətləndirdi.
Digər çıxışçılar da şəhidin həyat yoldaşına, övladına və doğmalarına təsəlliverici ifadələrlə dəstəyini bildirib, onların problemləri ilə maraqlanıblar. Şəhid Mirzəağa Eyvazovun həyat yoldaşı və oğulu da öz növbəsində qonaqlara təşəkkürünü bildirərək şəhidin adına rayonda bulaq kompleksinin tikilməyini arzu etdilər. Onlar şəhidin adının rayonda ötən 30 ildə əbədiləşdirilməməsindən narahatdırlar. Cəmiyyət üzvləri, əməkdaşları da söz verdi ki, bu məsələ ictimaiələşdiriləcək və yaxın zamanda həllinin tapılması istiqamətinə çalışılacaq.

Qeyd edək ki, Qarabağ döyüşlərində Eyvazovlar ailəsinin altı qohumu şəhid olub.
Şəhid Mirzəağa Eyvazovun qardaşı oğulu 44 günlük savaşda iştirak edərək xüsusi “Tərifnamə” və dörd medalla geri dönüb.

Mədəniyyət