20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyini verən Mehriban Paşayeva Lerikdəki Şəhidlər xiyabanını ziyarət etdib. Lerik sakinlərinin də iştirak etdiyi ziyarətdə Mehriban Paşayeva şəhidlərin xatirəsinə ucaldılmış abidənin üzərinə gül dəstələri qoyub və Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.Deputatlığa namizəd Mehriban Paşayeva Lerik rayonunda Azərbaycanın Milli Qəhrəmanı Valeh Əlizaid oğlu Müslümovun da abidəsini ziyarət edib. O, yerli sakinlərlə birgə Milli Qəhrımanın ruhuna dualar oxuyb. Sonra şəhidin evinə gedib ailəsilə görüşüblər.Deputatlığa namizəd Lerikdəki digər şəhid ailələri ilə də görüşüb. Belə ki, Mehriban Paşayeva Lerik rayonunun Osnagaküçə kənd sakini, 90 yaşı keçmiş şəhid anası Qızxanım nənənin görüşünə gedib. Daha sonra Osnagaküçə kəndində yaşayan digər şəhid anası Nənəxanım nənə ilə görüşüb və onu 80 illik yubileyi münasibətilə təbrik edərək möhkəm cansağlığı arzulayıb.Mehriban Paşayeva şəhid anaları ilə görüşündə onlara səbr arzulayaraq Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.