Masallı musiqi məktəbində nə baş verir?

Masallı musiqi məktəbində nə baş verir?

Tədris hissə müdiri Sevanə Rəhimovanın köhnə direktorla əlbir olaraq, müəllimlərin dərs saatını mənimsədiyi iddia edilir

Masallı Şəhər Onbirillik İncəsənət Məktəbi ilə bağlı Xalqxeber.az-a ilginc məlumat daxil olub. Həmin məlumatda vurğulanır ki, musiqi məktəbində tədris işlər üzrə müavin işləyən Sevanə Rəhimova keçmiş direktor Azər Əhədzadə ilə birlikdə korruspiya əməllərinə yol verirlər. Belə ki, dərs saatları artırılmış müəllimlərdən yığılan pulun bir hissəsi, köhnə vaxtlarda olduğu kimi Sevanə Rəhimova ilə Azər Əhədzadə arasında bölüşdürülür. Yəni hazırda Cəlilabad musiqi məktəbinin direktoru işləyən Azər Əhədzadə Sevanə Rəhimova vasitəsi ilə Masallı Şəhər Onbirillik İncəsənət Məktəbində “gizli fəaliyyət”dədir.

Bildirək ki, Azər Əhədzadənin Masallı Şəhər Onbirillik İncəsənət Məktəbinin direktoru vəzifəsindən çıxarılaraq Cəlilabad musiqi məktəbinə göndərilməsinin əsas səbəblərindən birinin direktorun Sevanə Rəhimovaya görə ailəsi ilə aralarında yaranmış söz-söhbətlər olduğu iddia edilir. Azər Əhədzadənin işində hər zaman ciddi, davamiyyətli və məsuliyyətli bir şəxs kimi tanınsada, Sevanə Rəhimova məsələsində bu ciddiyətini itirdiyi bildirilir.

Xalqxeber.az-a daxil olan məlumatda qeyd edilir ki, Azər Əhədzadənin hazırda qarşısına qoyduğu əsas məqsədlərdən biri yenidən Masallı Şəhər Onbirillik İncəsənət Məktəbinin direktoru vəzifəsinə qayıtmaq istəməsidir. Əhədzadəyə bu məsələdə dəstək verənin Sevanə Rəhimova olduğu deyilir. Qeyd edək ki, Sevanə Rəhimova orta təhsilli olsada, Azər Əhədzadənin dəstyi ilə Masallı Şəhər Onbirillik İncəsənət Məktəbində direktorun tədris işlər üzrə müavin vəzifəsində çalışır. Masallı Şəhər Onbirillik İncəsənət Məktəbində ali təhsilli, ixtisaslı şəxslər ola-ola, ali təhsili olmayan birinin rəhbər vəzifəsində işləməsi doğrudan normal hadisə deyil.
Ümid edirik ki, Mədəniyyət Nazirliyi Sevanə Rəhimovanın ali təhsili olmaya-olmaya tədris işlər üzrə direktor müavini vəzifəsində işləməsini araşdıracaq. Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
XalqXeber.Az
Mədəniyyət