Direktor vəzifəsi vakansiyadan gizlədilən daha bir Kəlbəcər məktəbi!
- 27.06.2021, 12:51,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 209
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboy rayon Meşəli kəndində "fəaliyyət" göstərən Kəlbəcər rayon 100 nömrəli tam orta məktəbin direktoru Musayev Fəxrəddinin heçbir fəxri adı yoxdur. Hətta diaqnostik qiymətləndirmədə mümkün 60 balın 6 toplamışdır. Məktəbdə təhsil alan şagirdlərin akademik göstəriciləri aşağı olmasına baxmayaraq çalışmanın yaş həddinə çatmış (iki ildir) Musayev Fəxrəddin Kəlbəcər rayon Təhsilinin keçmiş müdiri Zeynalov Fazil və 8 saylı ƏMHM-nin rəisi Qəhrəmanov
Fəraidlə "qarşılıqlı razılaşma" nəticəsində kreslosunu qoruyub saxlamışdır.
Musayev Fəxrəddin oğlu atasının sayəsində saxta diplom alaraq həmin məktəbdə "müəllim" işləyir. Hesab edirəm ki, direktorun fəaliyyəti hərkəs üçün aydın oldu.
2019-cu ildə vakansiyaya təqdim olunmuş 100 nömrəli tam orta məktəbə başqa bir namizəd direktorların işə qəbulu imtahanlarında keçib həmin məktəbə təyinat alsada Musayev Fəxrəddin buna mane olmaqla niyyətinə çatmışdır. 2019-cu ildən sonra həmin məktəb vakansiyadan gizlədilmişdir. Musayev Fəxrəddinin əsas məqsədi məktəbdə işləyən digər bir oğlunu həmin məktəbə direktor təyin etdirməkdir.
Mövzuya qayıdacağıq
Buda saxta diplomnan həmin məktəbdə işləyən oğlu Fuzuli Musazadə