Hər kəsə güntəki aydındır ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində 12 iyulda başlayan və dörd gün ərzində davam edən erməni təxribatı, bir daha işğalçı ölkənin hansı cılız simaya, hansı cılız hissiyata sahib olduğunu açıb ortaya qoydu. Yəni, həmin günlərdə Tovuz rayonunun sərhəd kəndlərində, ələlxüsus Ağdam və Əlibəyli kəndlərində, həmçinin digər yaşayış məntəqələrinə yaxın ərazilərdə düşmən tərəfi müəyyən təxribatlara əl atmaqla, məhz hansısa məkrli planlarını həyata keçirmək niyyətinə düşmüşdülər. İşğalçı ölkənin bu cür iyrənc addımlarına şanlı Azərbaycan ordusunun döyüşkən qüvvələri tutarlı cavab verdilər və 2016-cı ilin aprel hadisələri zamanı verdikləri “ibrət dərsi”ni bir daha “onlara xatırlatdılar”. Onu da vurğulamaq yerinə düşər ki, ötən illər ərzində Azərbaycanın Silahlı Qüvvələri kifayət qədər təkmilləşmiş, döyüş ruhu birəbeş artmış, hər cür texniki avadanlıqlarla, silah növləri ilə təmin olunmuş, bir sözlə lazımi təminatları tam şəkildə ödənilmişdir. Ona görə də, bu gün ordumuzda ruh yüksəkliyi, döyüşkənlik əzmi ən yüksək səviyyədədir. Faktdır ki, bütün bunların kökündə ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının varlığı durur. Yəni, onu qeyd etmək istəyirəm ki, ötən illər ərzində cənab Prezidentin, bütövlükdə dövlətimizin ordumuza qarşı yanaşması, məhz bizim 44 gün ərzində parlaq qələbələr əldə etməyimizə səbəb olan əsas amil oldu.
Müzəffər Azərbaycan ordusunun istər 12-16 iyul günlərində, istərsə də 44 gün ərzində davam edən Vətən müharibəsində əldə etdiyi parlaq qələbələr, işğalçı erməni ordusunu və bu ölkənin siyasi rəhbərliyini tam şəkildə çıxılmaz duruma saldı. Yəni, ötən illər ərzində riyakar mövqeyini ortaya qoyan, yerli ictimaiyyətlə bərabər, beynəlxalq ictimaiyyəti də hər an aldatmağa çalışan işğalçı ölkənin baş naziri Nikol Paşinyan və onun komandası, həmin vaxtlarda yaşadıqları uğursuzluqları öz xalqından gizlətməyə çalışsalar da, son anda onlar geniş xalq kütləsinin ciddi müqaviməti ilə üz-üzə qalmalı oldular. Çox keçmədi ki, erməni xalq küçələrə axışıb açıq formada etiraz səslərini ucaltdılar, Nikol Paşinyandan və onun komandasından baş verən ölüm faktlarının hesabatlarını tələb etdilər. Bu cür ciddi etiraz və müqavimətin qarşısında çıxılmaz duruma düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi nə qədər “oyun qaydası” oynasa da, hələ də düşdüyü vəziyyətdən çıxa bilmir.
Faktdır ki, ötən illər ərzində Azərbaycan tərəfi daim münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına tərəfdar olub. Ermənistan tərəfi isə münaqişənin həlli məsələsində qərəzli mövqe ortaya qoymaqla, hər zaman təxribat xarakterli addımlarını atmaqda davam etdi. Hətta, hərbi əməliyyatların getdiyi vaxtlarda mülki əhalini ağır silahlardan atəşə tutdular, günahsız qocaları, azyaşlıları və s. qətlə yetirdilər ki, bu da birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu. Ötən illər ərzində Ermənistan atdığı addımları ilə özünün terrorçu dövlət olduğunu ortaya qoydu və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarında danışıqların formatını daim kobud şəkildə pozdu. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar Ermənistana qarşı heç bir təzyiq göstərmədilər.
Bəli, hər kəs görürdü ki, cənab Prezident daim problemin sülh yolu ilə, qan tökmədən, heç bir şəhid qurban vermədən nizama salınmasına çalışırdı. Elə ki, 44 gün ərzində davam edən Vətən müharibəsi başladı, o zaman hər kəs ölkə rəhbərinin yanında olduğunu bildirdi. Bizim həmrəyliyimiz, məhz bizim gücümüzün qüdrətini ortaya qoydu. Yəni, həmrəy olduq ki, Vətən müharibəsində parlaq qələbə əldə edə bildik. Bu gün də xalq ölkə rəhbərinin yanındadır, cənab Prezidentlə həmrəydir. Hazırda cənab İlham Əliyev elə bir müdrik idarəçiliyini həyata keçirir ki, atılan hər bir addımda xalqımızın, dövlətimizin ümumilli maraqları daim öndə tutulur. Bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, mən də bir vətəndaş olaraq ilk günlərdən ölkəmizin haqq işini müdafiə etdim və möhtərəm Prezidentin DQ probleminin həlli istiqamətində atdığı addımları dəstəklədim. Artıq biz “məğlub xalq” adını üzərimizdən götürmüşük. Sözsüz ki, belə bir adın üzərimizdən götürülməsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, müdrik dövlət xadimi, qətiyyətli iradəsi ilə işğalçı erməni ordusuna sarsıdıcı zərbələrin vurulmasında əvəzsiz rol oynayan cənab İlham Əliyevin əvəzsiz rolu oldu. Bu yöndə atılan addımlar, əldə olunan parlaq qələbələr münasibətilə ölkə rəhbərimiz başda olmaqla, bütövleükdə xalqımızı ürəkdən təbrik edirəm. Eyni zamanda hər bir Azərbaycan vətəndaşını cənab Prezidentin müdrik siyasətini müdafiə etməyə, dövlətimizin yanında olmağa dəvət edirəm. Bu tarixi qələbə 44 günlük savaşda əldə etdiyimiz ən böyük uğur oldu. Bu tarixi qələbə xalqımızın döyüş ruhunu, yenilməzliyini ortaya qoydu. Ona görə də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla xalqımızı, onun döyüşkən ordusunu ürəkdən təbrik edirəm, bundan sonrakı tariximizdə xalqımıza sülh və əmin-amanlıq arzu edirəm.
Ramail Musa oğlu Atayev
Gəncə İncəsənət məktəbinin direktoru