ERMƏNİ TƏXRİBATI BİR DAHA İFLASA UĞRADI

Hər kəsə güntəki aydındır ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində 12 iyuldan başlayan və iki gün ərzində davam edən erməni təxribatı, bir daha işğalçı ölkənin hansı cılız simaya, hansı cılız hissiyata sahib olduğunu təsdiq etdi. Yəni, həmin günlərdə Tovuz rayonunun sərhəd kəndlərində, ələlxüsus Ağdam və Əlibəyli kəndlərində, həmçinin digər yaşayış məntəqələrinə yaxın ərazilərdə düşmən tərəfi müəyyən təxribata əl atmaqla hansısa məkrli planlarını həyata keçirmək niyyətinə düşmüşdü. İşğalçı ölkənin bu cür iyrənc addımlarına şanlı Azərbaycan ordusunun döyüşkən qüvvələri tutarlı cavab verdilər və 2016-cı ilin aprel hadisələri zamanı verdikləri “ibrət dərsi”ni bir daha onlara “xatırlatdılar”. Onu da vurğulamaq yerinə düşər ki, ötən illər ərzində Azərbaycanın Silahlı Qüvvələri kifayət qədər təkmilləşmiş, döyüş ruhu birəbeş artmış, hər cür texniki avadanlıqlarla, silah növləri ilə təmin olunmuş, bir sözlə lazımi təminatları tam şəkildə ödənilmişdir. Ona görə də, bu gün ordumuzda ruh yüksəkliyi, döyüşkənlik əzmi ən yüksək səviyyədədir. Bütün bunların kökündə ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının varlığı durur. Yəni, onu vurğulamaq istəyirəm ki, ötən illər ərzində cənab Prezidentin, bütövlükdə dövlətimizin ordumuza qarşı yanaşması, məhz bugünkü uğurlarımızın əsası oldu.
ERMƏNİ TƏXRİBATI BİR DAHA İFLASA UĞRADI

Onu da qeyd edim ki, Azərbaycan ordusunun 12-14 iyul günlərində əldə etdiyi parlaq qələbələr, erməni işğalçı ordusunu və ölkənin siyasi rəhbərliyini tam şəkildə çıxılmaz duruma saldı. Yəni, ötən illər ərzində riyakar mövqeyini ortaya qoyan, yerli ictimaiyyətlə bərabər, beynəlxalq ictimaiyyəti də hər an aldatmağa çalışan işğalçı ölkənin baş naziri Nikol Paşinyan və onun komandası, həmin günlərdə yaşadıqları uğursuzluqları öz xalqından gizlətməyə çalışsalar da, son anda onlar geniş xalq kütləsinin ciddi müqaviməti ilə üz-üzə qalmalı oldular. Çox keçmədi ki, erməni xalq küçələrə axışıb etiraz səslərini ucaltdılar, Nikol Paşinyandan və onun komandasından baş verən ölüm faktlarının hesabatlarını tələb etdilər. Bu cür ciddi etiraz və müqavimətin qarşısında çıxılmaz duruma düşən Ermənistanın siyasi rəhbərliyi nə qədər “oyun qaydası” oynasa da, heç də düşdüyü vəziyyətdən çıxa bilmədi. İki gün ərzində 100-dən çox canlı qüvvəsini itirən, xeyli sayda hərbi texnikası sıradan çıxarılan Ermənistanda olmazın qarşıdurma yaşandı. Belə bir halın varlığı onu söyləməyə əsas verdi ki, xalq riyakar ermənistan hakimiyyətini heç cür qəbul etmir və qəbul etmək istəyində də deyil. Onu da bildirim ki, 12-14 iyul günlərində işğalçı erməni ordusunun növbəti dəfə uğursuzluğla düçar olması, Ermənistanın riyakar siyasi rəhbərliyini məsələlərin əsl mahiyyətini gizlətməyə, sərsəm və yalan məlumatlar səsləndirməyə vadar etdi. Məsələn, düşmən tərəfinin ölənlərin sayı barədə məlumatları məqsədli şəkildə gizlətməsi, həmin gün Ermənistanda ciddi qarşıdurmanın baş verməsi ilə nəticələndi. Yəni, işğalçı ölkədə etiraz aksiyaları başladı, fəallar sosial şəbəkələrdə Nikol Paşinyan hakimiyyətini ciddi tənqid etdilər. Bir faktı da qeyd edim ki, bir çox tədbirlərdə özünü gülünc vəziyyətə salan, açıq-aşkar şəkildə savadsızlığını ortaya qoyan, ara-sıra sərsəm bəyanatlar verən Nikol Paşinyan və onun komandası, artıq yerlərdə ironiya ilə qarşılanır və tam əksəriyyət onların yalanlarına heç də inanmırlar.
Bu cür hadisələr işğalçı ölkəni sarsıtsa da, bizim ölkəmizdə isə fərqli mənzərə yaşandı. Yəni, Tovuzun cəbhəboyu ərazilərində şanlı ordumuz düşmən üzərində üstünlüyünü əldə etdikcə Bakıda, Sumqayıtda, Xırdalanda və digər yerlərdə geniş xalq kütləsi küçələr axışdı və cənab Prezidentə, Silahlı Qüvvələrimizə həmrəylik nümayiş etdirdilər. Yaşanan belə bir mənzərə onu sübut etdi ki, düşmən ölkədən fərqli olaraq Azərbaycan Respublikasında xalq-iqtidar birliyi möhkəmdir, heç cür sarsılmazdır. Baş verənlər onu sübut etdi ki, bu cür həmrəylik aksiyaları cənab Prezidentə, zabitlərimizə, əsgərimizə verilən gücdür, əvəzsiz dayaqdır. Bəli, hazırda xalqımız dövlət başçısının yürütdüyü müdrik siyasəti ürəkdən dəstəkləyir, lazımınca da müdafiə edir. Bütün bunlara baxmayaraq, həmin günlərdə yaranmış vəziyyətdən hansısa maraqlarını həyata keçirməyə çalışanlar da tapıldı. Yəni, keçirilən həmrəylik nümayişində gecə saatlarında bir qrup şəxs və ya şəxslər polisin dağılma tələbinə əməl edib evlərinə getsələr də, bəzi şəxslər isə, polisin bu yöndə çağırışına əməl etməyib Milli Məclisin binasına daxil olurlar. Onlar Milli Məclisin binasına daxil olduqdan sonra, oradakı avadanlıqlara və s. zərər vurub, hətta jurnalistlərə qarşı zorakılıq tətbiq etməkdən də çəkinmirlər. Belə bir təxribata əl atanlar cənab Prezidentə, dövlətimizə, ordumuza göstərilən dəstək aksiyasının istiqamətini dəyişdirib Milli Məclisin foyesində “Allahu-Əkbər” şüarları da səsləndirirlər. Bəli, həmin an Azərbaycan polisi və digər güc strukturlarının əməkdaşları bu cür təxribatların qarşısını qətiyyətlə almağı bacardılar. Həmin günlərdə baş verənləri təhlil etməklə belə bir qənaətə gəlmək olur ki, bu cür təxribata qol qoyanlar, məhz beşinci kalonun nümayəndələridirlər. Məhz, onlar bu cür iyrənc addımlarının qarşılığında cəzalarını aldılar, bu gün də almaqdadırlar. Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyevin rəhbərlik etdiyi bugünkü Azərbaycan dövlətii olduqca güclü dövlətdir və hər cür təxribatların qarşısını almağa da hazırdır.
Bundan əlavə onu da qeyd edim ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində əmələ gələn qarşıdurmaların, baş verən ölüm faktlarının bütün məsuliyyəti bugünkü Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Çünki, Nikol Paşinyan və onun komandası hələ də riyakar mövqelərindən daşınmayıblar və müəyyən təxribati işlərlə məşğul olurlar. Onlar onu da undurlar ki, aparılan bu haqq mübarizəsində Azərbaycana heç cür qalib gələ bilməyəcəklər və gectez ələ keçirmiş olduqları torpaqlarımızı geri qaytarmağa məcbur olacaqlar. Bir anlığa diqqət yetirək ki, 12 iyulda ermənilərin qol qoyduqları təxribat əməllərindən sonra, dünyanın bir çox dövlətləri ölkəmizə qarşı həmrəylik nümayiş etdirdilər, Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Bu cür yanaşmalar onu göstərir ki, həmin ölkələr Ermənistanın işğalçılıq siyasətini görürlər və belə bir səbəb üzündən də, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.
ERMƏNİ TƏXRİBATI BİR DAHA İFLASA UĞRADI

Bəlli bir həqiqətdir ki, Azərbaycan tərəfi indiyə kimi münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının tərəfdarı olub və bu gün də bu yöndə addımlarını atmaqdadır. Ermənistan tərəfi isə münaqişənin həlli məsələsində qərəzli mövqe ortaya qoyub və hər zaman təxribat xarakterli addımlarını atıb. Diqqət yetirək ki, 12 iyulda döyüş əməliyyatları başlayarkən düşmən ordusu ləngimədən təxribata əl atdı və mülki insanları atəşə tutdular. Məsələn, həmin günlərdə Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlu aldığı bədən xəsarətlərindən dünyasını dəyişdi. Bu cür addımlar atmaq, yəni mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları, azyaşlıları və s. qətlə yetirmək, birbaşa erməni faşizmi, erməni barbarlığı deməkdir. Bəli, bu gün Ermənistan atdığı addımları ilə özünün terrorçu dövlət olduğunu ortaya qoyur və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarında danışıqların formatını kobud şəkildə pozur. Fakt budur ki, bu gün də düşmən tərəfi artilleriya qurğularını mülki insanların yaşadıqları kəndlərin yaxınlığında məqsədli şəkildə yerləşdirir ki, Azərbaycan ordusu cavab atəşi açdıqda, onlar da mülki insanları atəşə tuta bilsinlər. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, hələ də ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar Ermənistanın atəşkəsi pozması, mülki əhalini ağır silahlardan bombalması haqda məlumatlı olsalar da, hansısa bir qurum və yaxud da dövlət Ermənistana qarşı təzyiqlərini gücləndirmirlər. Diqqət yetirək ki, BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın işğalçı ordu birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 12 noyabr 1993-cü ildə 884 saylı, 30 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı və 14 oktyabr 1993-cü il tarixdə isə 874 saylı Qətnamələri təsdiq etsə də, çox təəssüflər olsun ki, bu gün də həmin qətnamələr icra olunmayıb. Bu Qətnamələrin icra olunmamasının müəyyən səbəbləri var.
Bəli, bu gün xalqımız “ağı qaradan” seçməyi bacarır və kimin kim olduğunu yaxşı dərk edir. Yəni, hər kəs görür ki, cənab Prezident illərdir ki, belə bir problemi sülh yolu ilə, qan tökmədən, heç bir şəhid vermədən nizama salmağa çalışır. Belə bir vaxtda hər bir azərbaycanlının əsas borcu ölkə rəhbərinin yanında olmaqdır, cənab İlham Əliyevə həmrəylik nümayiş etdirməkdir. Çünki, bizim həmrəyliyimiz, məhz bizim gücümüzün qüdrətini ortaya qoyur. Odur ki, həmrəy olmalıyıq ki, ümumi işlərimizdə qalib ola bilək. Tovuz hadisələri zamanı Bakının mərkəzi küçələrində yaşanan izdiham bir daha onu sübut etdi ki, xalq ölkə rəhbərinin yanındadır, cənab Prezidentlə həmrəydir. Bu gün ölkə rəhbəri cənab İlham Əliyev elə bir müdrik idarəçiliyini həyata keçirir ki, atılan hər bir addımda xalqımızın, dövlətimizin ümumilli maraqları öndə tutulur. İnanırıq ki, biz çox yaxın vaxtlarda cənab Prezidentin rəhbərliyi altında itirilmiş torpaqlarımızı geri qaytarılmasına nail olacağıq, şanlı ordumuzun qüdrəti düşmən ölkəyə “gözdağı” olacaq.
Bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, mən də bir vətəndaş olaraq ölkəmizin haqq işini müdafiə edirəm və cənab Prezidentin DQ probleminin sülh yolu ilə həl olunması istiqamətində atdığı addımları dəstəkləyirəm. Sözsüz ki, belə bir problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün, Vətənini sevən, xalqına bağlı olan hər bir vətən övladının da üzərinə böyük yük düşür. Yəni, hər kəs Qarabağ həqiqətlərinin dünya ölkələrinə çatdırılması məqsədilə əlindən gələni əsirgəməməlidir, məhz bu yöndə həm təbliğatçı, həm də təşviqatçı olmalıdır. Odur ki, mən hər bir Azərbaycan vətəndaşını bu yöndə mübarizəyə səsləyib, cənab Prezidentin müdrik siyasətini müdafiə etməyə, dövlətimizin yanında olmağa dəvət edirəm.

Leyla Süleymanova
Ədliyyə Nazirliyi, Xətai rayon qeydiyyat şöbəsinin rəisi
Mədəniyyət