Heç kimə sirr deyil ki, ölkə başçısı İlham Əliyevin korrupsiya və rüşvətxorluqla mübarizədə geniş işlər görür.
Sübut kimi, prezident dövlət tədbirləri və nazirlər ilə görüşlərdə bildirib ki, "korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır.
Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistemdə xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir.”
Son zamanlar medianın gündəmindən düşməyən mövzulardan biri də təhsil sahəsidir. Çünki əgər, gənc nəslin təlim-tərbiyəsinə fikir verilməsə, deməli gələcəyimiz qeyri-müəyyənliyə doğru gedər və sonu görünməyən uçuruma düşərik...
Bu baxımdan yanaşsaq, ölkəmizdə xeyli inkişafın olduğunu görər və gələcəyimizin etibarlı əllərdə olduğunu dərk edərik. Ölkəmizdə 5000-nə yaxın orta təhsil müəssisəsinin olduğu bildirilir ki, bu da dövlətimizin təhsilə verdiyi önəmli diqqətdən xəbər verir.
İndi isə gəlin, konkret olaraq, Yevlax şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdən, onun "inkişaf yolu"ndan danışaq...
Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı tam orta məktəbin direktoru, özünü hər yerdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun adamı kimi qələmə verən Sədaqət Şükürovanın başı məktəbdə uşaqlardan pul yığımına o qədər qarışıb ki, artıq o, prezidentin korrupsioner məmurların haqqında dediyi sərt sözləri qulaqardına vuraraq, "burda mənəm, Bağdadda isə kor xəlifə” deyir.
Bu barədə xeberfakt.az saytının redaksiyasına müraciət edən şikayətçi müəllimlər bildirirlər ki, bir neçə müəllim istisna olmaqla demək olar ki, hamı Sədaqət Şükürovadan qorxur. Dərs saatlarını öz bildiyi kimi pay-püşk edən direktor müəllimlərin adına dərs yazaraq pulunu mənimsəyir.
Məktəbdə dərnəklər keçirilmir, hətta jurnalları belə aylarla yazılmır. Direktor məktəbi biznes sahəsinə çevirib, yalnız pul toplamaqla məşğuldur. Onun məktəbin necə idarə olunmasından xəbəri yoxdur-pullarını toplayır, vəssalam.
Bütün işləri isə müavinlər həyata keçirir. Məktəbdə kütləvi narazılıq hökm sürür.
Məktəbə gələn bütün şagirdlərdən məcburi olaraq uniformaya keçməsi tələb olunur. Bu da o deməkdir ki, məktəbin direktoru ilə tikiş evi ilə "razılaşma" əldə edib.
2 nömrəli məktəbin problemlərini saymaqla bitməz. Hansı birisini deyəsən?
Bir sözlə Sədaqət Şükürova həmyerlisi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova arxalanaraq Yevlaxda "at oynadır".
Güman edirik ki, Təhsil naziri, hörmətli Emin Əmrullayev və Yevlax Şəhər Təhsil İdarəsinin müdiri Namidə Abbasova Sədaqət Şükürova barəsində tədbir görəcəklər.
Qeyd edək ki, Səqadət Şükürova "Özünə qalmaqallı ad günü keçirən məktəb direktoru", "YAP sədrinin müavini ilə eşq yaşayan məktəb direktoru" kimi tanınıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə xeberfakt.az