Azərbaycanlı eks-deputat Saakaşvilinin partiyasından getdi: - “Borçalıya münasibətin qəbuledilməz hal alması...”
- 09.09.2021, 09:31,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 81
Facebook
Вконтакте
Одноклассники
Google+
“Partiya daxilində Borçalıya lazım olduğu dəyərin verilmədiyini və başqa məsələləri nəzərə aldım”.
Bu fikirləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasından (VMHP) istefa verən qonşu ölkə parlamentinin eks-deputatı Azər Süleymanov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, VMHP daxilində yaranmış xoşagəlməz atmosfer bu addımın atılması ilə nəticələnib:
“Artıq bir neçə həftədir ki, partiya sıralarını tərk etmişəm və ümumiyyətlə, bir müddət siyasətdən kənarda qalmağı düşünürəm. Əlbəttə, partiyadan getməyimin müəyyən səbəbləri var.
Onların ən əsası partiya daxilində Borçalıya münasibətin qəbuledilməz hal almasıdır. Bildiyiniz kimi, Gürcüstandakı seçkilərdə soydaşlarımızın mütləq əksəriyyəti VMHP-yə səs verirdi. Mən özüm seçkilərdə otuz mindən çox səs almışdım.
Amma təəssüf ki, bu məqamlar nəzərə alınmadı. Hesab edirəm ki, partiyadakı bu xoşagəlməz vəziyyət həm də Mixail Saakaşviliyə qarşı yönəlib. Məndən başqa, partiyada müxtəlif səviyyələrdə təmsil olunan bir çox azərbaycanlı siyasətçilər də təşkilatdan getməyə qərar veriblər. Gələcəkdə yeni partiya yaratmaq barəsində indidən bir söz deyə bilmərəm”.