Cavid Qurbanovun qohumunun saxta diplomu….
- 11.06.2021, 14:19,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 229
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkələrdə Kəlbəcər rayon Təhsil Şöbəsi 2 saylı məktəbdə baş verən qanun pozuntuları haqqında kifayət qədər məlumatlar yer alır.
Bunlardan biri haqqında, daha dəqiq desək, Kəlbəcər rayon 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması barədə saytımızda da məlumat vermişdik. Bütü bunlardan sonra məktəbin direktoru Azad Əsgərovun vəzifəsindən uzaqlaşdırılması barədə məlumat almışdıq. Lakin Kəlbəcər rayon Təhsil Şöbəsi 2 saylı məktəb haqqında şikayətlərin ardı-arası kəsilmir. ATİA.AZ-ın redaksiyasına daha bir məlumat daxil olmuşdur. Mənbənin verdiyi məlumatda Kəlbəcər rayon 2 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Əmrahova Sevda Allahverdi qızının diplomunun saxta olması barədə iddia olunur. Belə ki, Sevda müəllimənin 1989-cu ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinə daxil olub 1994-cü ildə həmin Universiteti “ibtidai sinif müəllimi” ixtisası ilə bitirdiyi qeyd olunur. Lakin verilən diplomda əllə saxta düzəliş edilərək “sinif müəllimi” sözü pozulub yerinə əllə “Azərbaycan dili və ədəbiyyat” müəllimi yazıldığı təqdim olunan sənəddə açıq-aydın görünür.
Sevda Əmrahova həmin özünün əllə yazdığı “diplom”la bu günə qədər adı gedən məktəbdə “Azərbaycan dili və ədəbiyyat” müəllimi kimi fəaliyyət göstərir. Bu barədə göndərilən sorğuya gələn cavabda həmin seriya nömrəli diplomun “ibtidai sinif müəllimi” ixtisası üzrə verildiyi bildirilir. Dövlət sənədini saxtalaşdırılması göndərilən şəkildə açıq-aydın görünür. Sonra şikayət olunduğunu görən və bundan təşvişə düşən Sevda xanım dərhal Qazax Müəllimlər İnstitundan “Azərbaycan dili və ədəbiyyat” ixtisası üzrə yeni bir diplom alır. Qeyd edək ki, həmin vaxt ərzində Sevda xanımın həftəlik 35-40 saat dərs rejimi ilə vaxt edib Qazaxda təhsil alması heç də inandırıcı deyil. Həmin diplom haqqında verilən sorğuya da müsbət cavab alınmamışdır.
Yəqin ki, aidiyyati qurumlar bu məsələni araşdırıb daha dəqiq cavab verəcəklər.
Məlumat üçün bildirək ki, Sevda Əmrahova Azad Əsgərovun həyat yoldaşı və Cavid Qurbanovun qohumudur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(atia.az)