Himayə olunan Ağamikayıl Cəbrayılovun Şamaxı sərgüzəştləri .

Himayə olunan Ağamikayıl Cəbrayılovun Şamaxı sərgüzəştləri .

Bu gün Şamaxıda at oynadan öz məkirli planlarını həyata keçirən ,təşkilat rəhbərləri ilə təhdid dilində danışan bir qoçu peyda olmuşdur . Redaksiyamıza olan zənglər , bizə göndərilən video çəklişlər və apardığımız araşdırmalar bunu deməyə əsas verir ki , artıq bu insana dur deməyin vaxtı gəlib çatmışdır . Bu qədər sərvətlərə malik olan - 400 başa yaxın qoyunu , 30 başdan çox iri buynuzlu heyvanı ,neçə hektarlarla torpağı olan bu şəxsin Dostluq MMC-də işə düzəlib kart alan ,amma işə getməyən bu adamın hərəkətləri doğrudanda bizi çox təəcübləndirir .
Dövlət başçımız cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki , Dostluq MMC-ni yaratmaqda məqsəd əhalinin kasıb təbəqəsini işlə təmin etməkdir . Bu şəxs isə hansısa havadarlarının əli ilə cilddən - cildə girməyi səndemə bacarırmış . Lazım gələrsə kasıb olmağıda bacarırmış . Bu azmış kimi bütün ailə üzvülərinidə bu quruma yazdıraraq işə getmədən dövlətin kasıblar üçün nəzərdə tutulmuş pulunu mənimsəyirmiş .
Şamaxı rayonu Quşçular kəndinin sakinlərinin uzun sürən şikayətlərindən ,aidiyyəti qurumlara və dövlət başçısına ünvanladığı müraciətlərdən sonra tək özü orda qalmaq şərti ilə digər ailə üzvülərinin işinə xitam verilmişdir .
Ağamikayıl Cəbrayılovun kənd camaatı arasında nüfuzu ,reytinqi sıfra bərabərdir .Hətta bizdə olan məlumata görə öz yaxın doğmaları ilədə yaxşı münasibətdə deyillər. Əksər qardaş- bacısı ilədə küsülüdür . Kəndin sakinləri onu şər adamı kimi tanıyırlar və bacardıqca ondan uzaq durmağa çalışırlar .Maraqlısı odur ki , ondan şikayət edən bəzi vətəndaşların haqlı tələbləri Şamaxının aidiyyəti qurumları tərəfindən qulaqardına vurulur ,bəzən də rədd edilir . Belə hallarda əhali arasında ümumi narazılığa gətirib çıxarır .
Ölkə başçısı İlham Əliyev cənabları öz çıxışlarında xüsusi olaraq vurğulayıb ki , vətəndaşlarla məmur arasında əsl vətəndaş münasibətləri yaranmalıdır .Onların şikayətləri hüquqi müstəvidə araşdırılmalı qulaq ardına vurulmamalıdır .
Kimsə kimin qohumu ,yaxın dostu ,tələbə yoldaşı ,sinif yoldaşı ,uşaqlıq dostu ola bilər . Bu o demək deyilki , bəzi şəxslər öz dövləti vəzifəsindən ,statusundan sui istifadə edərək kimlərisə himayə edərək havadarlıq etsin .
Hər şeydən üstün qanunun aliliyidir .Bu gün qanunların təminatçısı Azərbaycan Konstutisiyası var . Azərbaycanın dəmir iradəli Dövlət başçısı var .Qanun verici orqanlarımız var .
Biz də Pressdent.az olaraq bu məsələni daim diqqət mərkəzində saxlayaraq araşdırmalarımızı davam etdirəcəyik .
Qarşı tərəfində mövqeyini dinləməyə öyrənməyə hazırıq .
Mədəniyyət