78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədov bir neçə gündür kütləvi informasiya vasitələrinin diqqətindədir. BAXAR.AZ xəbər verir ki, vergi əməkdaşlarını döydürməkdə adı keçən İqbal Məmmədovun sosial şəbəkələrdə mülklərinin siyahısı dərc olunmaqdadır. İddialara görə İqbal Məmmədovun mülklərinin siyahısı aşağıdakı kimidir:
1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).
2. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət Mərkəzi də bura daxildir).
3. Şamaxı rayon, Göylər kəndinin yaxınlığında ferma.
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil.
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.
8. Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti).
9. Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm” şirkəti).
10. Lerik rayonunda donuz ferması.
11. Lerik rayonunda dəvəquşu ferması.
12. “Piran broyler” şirkəti (qardaşı Çingiz Məmmədov idarə edir).
13. Piran kənində şeben və kərpic fabrikləri.
14. Şüvəlan və Novxanıda villa.
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər.
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektləri və mənzillər.
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda 2 villa.
Qeyd edək ki, İqbal Məmmədovun oğlu Türkiyə telekanallarından birinə verdiyi açıqlamada bu mülklərin onlara məxsus olmasını təsdiqləmişdi. Məsələ ilə bağlı İqbal Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.