Nicat Həsənzadə - "Təşkilatçılığın çətin tərəfləri nələrdir ?!"

  • 08.06.2020, 14:03,
  • Gündəm
  • Baxılıb: 441
Nicat Həsənzadə - "Təşkilatçılığın çətin tərəfləri nələrdir ?!"


"Biz Group" - Şirkətlər qrupunun rəhbəri, aparıcı, təşkilatçı Nicat Həsənzadə öz rəsmi facebook və tvitter hesablarında, "Təşkilatçılıqda yaranmış problemlər və işin çətin tərəfləri haqqında " danışıb.
Məqaləni sizə olduğu kimi təqdim edirik :

Təşkilatçılığın çətin tərəfləri nələrdir ? Bu işi görmək çətindirmi ? Tədbir zamanı nələrə diqqət etməliyik ? Tədbir zamanı yarana biləcək problemlər nələrdir ? Təşkilatçılıq asan görünsə də, özünəməxsus çətinlikləri nələrdir?

Bəli. Bu da sizin üçün bir-birinə bənzəyən bir çox sual.

Bu sualların isə hamısının birləşdiyi bir nöqtə var ki, ətrafımızda olan insanların bildirdiyi fikirlər də, bu da işin nə qədər asan və ya nə qədər çətin olduğunu düşündürür. Mən isə çox uzatmadan bir kəlmə ilə deyirəm ki, bu iş həqiqətən çox çətindir. Uzaq durun və özünüzə uyğun bir iş tapın mütləq. Bu iş elə bir iş olmalıdır ki, sevərək, sıxılmadan, bezmədən heç kəsə yalan danışmadan edə biləsiniz.

Təbii ki, bu cavabı məndən eşidənlərin çoxu xəyal qırıqlığı yaşadı. Bu məyusluqdan sonra isə əminəm ki, belə düşünənlər də oldu aranızda :

- Özünə rəqib istəmir ona görə belə deyir
- Onsuzda yetərincə production var və başqası da qoşulmasın deyə belə deyir
- Əlbəttə ki, sən vaxtında işini qurmusan indi heç kəsi gözün götürmür
- Bu sənə elə gəlir. Mən production qursam, əlimdə heçnədir bu iş
- Əgər çətindisə sən niyə edirsən bəs? Buyur cavab ver ! :)

Bir tərəfdən bu dediklərinizdə haqlısız ama o qədər də asan deyil dedikləriniz. Çünki həqiqətən də biz köhnə şirkətlər olaraq, artıq yeni iş bilməyən rəqiblər istəmirik. Bildiyiniz kimi bu dəqiqə həddən artıq yeni şirkətlər yaradılıb ki, o şirkətlərin çoxu da həqiqətən iş bilmir və təşkilatçılıq adına ciddi ləkə vurur.

“Əgər çətindisə sən niyə edirsən bəs?” – sualına isə az əvvəl cavab verdim. Böyüklərimizin dediyi bir söz var ki, “Ən gözəl və qazanclı iş, öz bildiyin işdir!”
Biz də bu işi ona görə edirik ki, biz artıq 10 ilə yaxındır bu işi görürük və heç bir zaman portfelimizdə yarım qalan bir iş olmayıb.

İndi isə keçək əsas məsələyə..

Ən çox qarşılaşdığımız bir sualla başlamaq istəyirəm. Təşkilatçılıq nə qədər keyifli bir işdir ?

Təşkilatçılıq həqiqətən keyifli bir işdir. Əgər sən işini düzgün edirsənsə, layihə seçimin doğrudursa, çalışdığınız insanlar hər xırda şeydən sizə yeni bir iş çıxartmırsa, təbiət səndən tərəfdirsə, bir yerlərdə bir hüzün günü qeyd olunmursa, tədbir günü biri özünə ziyan verməyəcəksə, ölkə üzrə işıqlar sönməyəcəksə, ölkədə devalvasiya olmasa və ən əsası bir neçə oxşar tədbir eyni günə rast gəlməyibsə, həmin gün əhvalın yerindədirsə çox gözəl və keyifli bir iş ortaya çıxara bilərsən.

Amma ki, hər işdə olduğu kimi bu işdədə hər zaman bir "ƏMMA” var. İstər mənfi istərsə də müsbət tərəfə.

Siz hər şeyi mükəmməl bir formada dəqiqliklə hazırlayıb proqram halına salırsınız. Cəmi 3-5 saat olacaq bir tədbir üçün aylar əvvəldən hazırlaşırsınız. Tədbirə həm ciddi görüşlərlə, həm hağız üzərində sxemini qurmaqla, həm komanda halında düşüncələrlə, həm fiiziki həm də beyin olaraq yorğunluqlarla bitirinə yaxın çox maraqlı bir problem ortaya çıxır və xəyallarınızla birlikdə maddi vəziyyətiniz də suya düşər. Buna misal olaraq ölkə üzrə hazırlanmış bütün tədbirlərin bir anda yaranmış Covid-19 pondemiyası ilə əlaqədar olaraq təxirə salınması. Həm də elə bir təxirəsalınma ki, sonu bəlli deyil.

Həqiqətən də dərindən düşünəndə belə problemlərin olduğunu rahatlıqla görə bilərik.

Amma bunun da “ƏMMA”sı olduğu kimi çarəsi də var. Soyuqqanlı olmaq və düzgün atılmış bir addım hər zaman sizi 1-0 məğlubiyyətdən 2-1 qalibiyyətə gətirib çıxara bilər.

Təşkilatçılığın bir çox növləri var. Verəcəyim nümunələr çox sadə və rahat anlaşılan nümunələrdir. Təbi ki, təşkilatçılığın növlərindən asılı olaraq çətinliklər və problemlər dəyişə bilər. Buna görə də, bəzi təşkilatçılıq sahələrində yaranabiləcək problemlərdən bir neçə sadə nümunə verəcəm.

Nümunə 1 – Toy təşkilatçılığı

Problemin yaranama səbəbləri :

- Tanımadığınız birinin içkili halda özünü bəyin atası və ya bəyin özü kimi hiss etməsi.
- Toy günü öncədən toy sahibləri ilə danışılıb razılaşdırılmış hər hansısa bir fotoqraf, videoqraf, musiqiçi və ya xoreoqrafların gəlib çıxmaması və s.
Ən qorxulusu və bəzi hallarda çox böyük problem yaradan məsələlərdən biri isə toyun görüntülərinin silinməsidir. Buna görə də bu məsələlərdə daha dəqiq və bir çox nüsxə saxlamağınız məsləhət görürlür.

Nümunə 2 – Məkan açılışı təşkilatçılığı

Problemin yaranama səbəbləri :

- Texniki problemlər
- Bəzi səbəblərdən açılış günü gələcək əlavə avadanlıqların tıxac və ya başqa səbəblərdən gecikməsi
- Dekorasiyanın həmin gün zədə görməsi və başqa birəbir alternativlərin olmaması
- Xüsusi bəzədilmə tələb edilən məsələlərdə avadanlığın təsadüfən xarab olması, ən yaxın avadanlığın da 2 saat sonra gələbilmə problemi və s.

Nümunə 2 – Məhsul təqdimatı

Problemin yaranama səbəbləri : Təcrübəsiz məkan komandası və ya məsuliyyətsiz rəhbərlik

- Məhsul təqdimatı üçün öncədən hazırlanmış hosteslər, kloun və s. əsas heyətin tədbir gününə 1 gün qalmış imtina etməsi
- Məhsulun təqdimatı üçün qurulmuş panelin və ya monitorun problemli olması
- Düşdüyünüz gərgin vəziyyətdə komanda işçilərinin çətinliyə tap gətirə bilməməsi və işini yarımçıq buraxıb getməsi
- Məkanda öncədən düşünülüb amma danışılmayan bəzi resursların tədbir günü yarım qalması və s.

Bu yuxarıda qeyd etdiyim nümunələr sadəcə bəzi tədbirlərdə bir çoxumuzun başına gələn sadə nümunələr idi. Bu işin bir də digər tərəfi var ki, orda artıq işə bəzi anşılmazlıqlar və ya tədbirdə olan xüsusi bir dəvətliniz üçün gələn hüquq mühafizə orqanlarının əməkdarşlarının misalını gətirmək olar.

Onlardan başqa həm də, bu sahədə qeyd etdiyim uğursuzluqlardan başqa bir çox fırıldaqçı “təşkilatçılar” da var ki, məhz onlara görə həm müştərilərlə işləmək, onları inandırmaq və etimad qazanmaq daha da çətin olur. Belə "təşkilatçılara" görə tədbir sahibinin də imici zədələnir.

Hal – hazırda bir çox tədbir adları ilə öncədən yığılan pullar, sponsorlara verilən vədlər, tədbir günü pulu mənimsəyib qaçanlar, tez-tez nömrə dəyişənlər və s. Bunların hər biri bu sahənin qaçılmaz tərəflərindən biridir.

Son olaraq bir şeyi xüsusilə qeyd etmək istəyirəm ki, çalışın hər zaman işinizi öncədən araşdırıb güvənə biləcəyiniz insanlara və ya şirkətlərə həvalə edin.
Mədəniyyət