Hakim tərəfləri “Barışıq skamyası”nda barışdırdı
- 23.04.2019, 20:43,
- Cəmiyyət
- Baxılıb: 320
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan məhkəməsində "Barışıq skamyası"nda tərəflər barışıb. "pressdent.az istinadən xəbər verir ki, hadisə dünən Bakı Apelyasiya Məhkəməsində baş verib.
Belə ki, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən mübahisəli işdə məhkəmə heyəti tərəfləri "Barışıq skamya"sında oturdub. Hər iki tərəf skamyada oturduqdan sonra barışıq sazişini imzalayıblar.
Məhkəmənin qərarı ilə icraata xitam verilib.
Qeyd edək ki, 10 iyun 2011-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zallarının yerləşdiyi korpusun qarşısında rəmzi xarakter daşıyan "Barışıq Skamyası" qoyulub. Bu skamyanın qoyulmasında məqsəd insanlar arasında münasibətləri normal vəziyyətə gətirmək üçün məhkəmədə iştirak edən tərəfləri barışdırmağa nail olmaqdır