"Loğman" klinikasında qəssabxana qaydaları
- 31.05.2020, 23:09,
- Gündəm / Səhiyyə
- Baxılıb: 2 579
Facebook
Вконтакте
Одноклассники
Google+
Xatırladaq ki, iki il bundan əvvəl paytaxtın Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən "Loğman" klinikasında xəstənin qızı ilə heyət üzvləri arasında əlbəyaxa dava düşmüşdü. Nəticədə klinikanın 1983-cü il təvəllüdlü baş həkimi Şıxıyeva Lika Aydın qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt L.Şıxıyeva bildirib ki, günorta saatlarında əməliyyat olunacaq qadının qızı əvvəlcə əlində olan su butulkasını kassada işləyən qızın baş nahiyəsinə vurub. Buna görə də, baş həkim insidentin qarşısını almaq istəyib. Lakin həmin gənc qız baş həkimə də ayaq və yumruq zərbələri endirib. Səbəb isə əməliyyat vaxtının 1 saat gec olması olubmuş. Redaksiyamıza müraciət edən Ucar rayonu Bərgüşad kəndinin sakini Dadaşova Nazxanım Qasım qızı adlı xəstənin yaxınları da doğmalarının bu klinikadakı səhlənkarlığın qurbanı olduğunu deyirlər. Əməliyyat olunduqdan sonra evə buraxılan xəstə bir neçə gündən sonra vəfat edib. Xəstənin yaxınları bunun səbəbi kimi onun əməliyyatında iştirak edən İlham, Mahir və Kəmalə adlı həkimləri, əsasən də baş həkim Lika Şıxıyevanı günahlandırırlar. Onlar bildirib ki, başdan-başa bazar qaydaları ilə idarə olunan klinikanın həkimləri də savadsızlıqları ilə diqqət çəkirlər: "Klinikanın qapısından girəndən pul verirsən, amma əvəzində naşı həkimlərin əlinə düşürsən. Bunları yoxlayan yoxdurmu? Səhiyyə Nazirliyi hara baxır? Onlar bu adamların hardan diplom aldıqları ilə maraqlanmırlarmı? Elə bil, qəssabdırlar". Diplomdan söz düşmüşkən, apardığımız araşdırmalardan aydın olur ki, sən demə, hazırda "Loğman" Klinikasının baş həkimi vəifəsini tutan Lika Şixiyeva özünü bu gün "məşhur cərrah" kimi təqdim etsə də, əslində o, heç də iddia etdiyi kimi Tibb Universitetinin məzunu deyil. Lika xanım Azərbaycan Beynəlxalq Universitetini bitirib və oranı da hansı üsulla bitiridilər, orada hansı təhsili verirdilər... bu da hər kəsə aydındır. Bununla bağlı bizə müraciət edən xəstə yaxınlarından biri onu da vurğuladı ki, hazırda saxta diplomlu baş həkim risqli əməliyyatlara belə girir: "Görün, insanlarımızın taleyi kimlərin əlindədir. Mənim yaxın adamım hazırda orada müalicə alır. Pulunu ödədiyimdən, müalicəni yarımçıq dayandıra bilmirəm. Çünki yeni müalicəyə pulumuz yoxdur. Nəticəsini gözləyirəm, bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edəcəm". Onu da qeyd edək ki, Lika xanımın son model iki avtomobili, Bakıxanov qəsəbəsində villası olsa da heç bir xəstəyə qiymətdə güzəştə getmir. Onların sağlamlığını düşünməyən L.Şıxıyeva daha çox cibini doldurmaqda maraqlıdır. Elə Nazxanım Dadaşovanın da 4200 manat pulunu alsalar da nəticə göz qabağındadır. Qarşı tərəfi də dinləməyə hazırıq.