Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir – “Şakir” MTK Tikinti Şirkətinin rəhbəri Tural Hüseynov…

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir – “Şakir” MTK Tikinti Şirkətinin rəhbəri Tural Hüseynov…


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Şakir” MTK Tikinti Şirkətinin rəhbəri Tural Hüseynov Vətənə ləyaqət nümunəsi sayılacaq iş adamlarındandır.

…Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Tural Hüseynovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Tural müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Tural Hüseynov millətimizin yətişdirdiyi bir ziyalıdır. Gənc olmasına baxmayaraq o, sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

“Şakir” MTK Tikinti Şirkətinin rəhbəri Tural Hüseynov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Tural Hüseynovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bəli, Tural Hüseynov istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona üzərinə düşən vəzifə borcudur ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

“Şakir” MTK Tikinti Şirkətinin rəhbəri Tural Hüseynov bütün paytaxtımızda belə xarakterizə olunur

… Yeganə şirkət rəhbəridir ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yeganə şirkət rəhbəridir ki, hökmü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab rəis” yox daha üstün sayğı ilə “müəllim” deməsi də buradan qaynaqlanır.

… Yeganə şirkət rəhbəridir ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…

P.S: Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, “Şakir” MTK Tikinti Şirkətinin rəhbəri Tural Hüseynov Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar karantin müddətində 300-dən çox aztəminatlı ailələrə, xəstə və ahıl insanlara ərzaq yardımları etmişdir. Tural Hüseynov indi də həssas kateqoriyadan olan ailələrin sosia durumunu daim diqqət mərkəzində saxlayır.

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
“Şakir” MTK Tikinti Şirkətinin rəhbəri Tural Hüseynov deyir: – Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının ölkə prezidenti İlham Əliyev tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə daha da təkmilləşdirilməsi, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər edilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin sonundan etibarən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırmış, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaratmış, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmiş, bütün bu nəticələr özünü eyni zamanda dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərmişdir.

Son illər ölkə iqtisadiyyatının sürətli inkişafının təmin olunması ilə yanaşı, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması, Azərbaycanda kölgə iqtisadiyyatının kiçildilməsi istiqamətində davamlı tədbirlər görməklə islahatlar həyata keçirilmişdir. Kölgə istisadiyyatına qarşı aparılan mübarizə tədbirləri nəticəsində Azərbaycanda vergi daxilolmalarında ciddi artıma nail olunmuş, dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.

Bütün bəşəriyyətin həyati təhlükə ilə sınağa çəkildiyi bir dövrdə karonavirus pandemiyasının bütün dünyada yaratdığı qlobal problemlərə baxmayaraq ölkədə aparılan böhranın idarəedilməsi, xüsusən də vətəndaşın sağlamlığının və sosial təminatını üstün tutan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilmişdir.

Ölkəmizdə ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həlli ön plana çəkilmiş, bu məqsədlə böyük məbləğdə vəsait ayrılmış, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlmişdir. Dövlət və və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılmış, dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilmiş, hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilmişdir. Pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artıma nail olunmuşdur.

Bununla yanaşı koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilmiş, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilmişdir. Əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilmiş, DOST İş Mərkəzi vasitəsi ilə əlavə ödənişli ictimai iş yerləri yaradılmışdır.

Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldular, dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi. Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda verdiyi tapşırığa əsasən pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, hər bir sahibkar şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalana və daha çox sosial yardım əldə etmiş olardı. Ona görə də bu dövrün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməli, fəaliyyətində məsuliyyət və nizam-intizama üstünlük verməli, öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutaraq ən zəruri tədbirləri həyata keçirən dövlətimizdə aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyələrinə lazımi dəstəyi verərək həmrəylik nümayiş etdirməlidir.

Pressa12.az
Mədəniyyət