İbrahim Cəfərov xalqına, dövlətinə layiqincə xidmət göstərən dəyərli ziyalıdır

İbrahim Cəfərov xalqına, dövlətinə layiqincə xidmət göstərən dəyərli ziyalıdır


1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası ikinci dəfə özünün suveren yaşamaq hüququnu bütün dünyaya bəyan edib “Konstitusiya aktı”nı qəbul etdikdən sonra, xalqımızın, dövlətimizin qarşısına yeni dövrün tələblərinə uyğun yeni vəzifələr qoyuldu. Belə bir səbəblər üzündən hər sahədə olduğu kimi ölkəmizin təhsil sahəsində də, müəyyən islahat proqramlarının həyata keçirilməsinə ciddi ehtiyac duyuldu. Bir faktı qeyd edək ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev ikinci dəfə də hakimiyyətdə olarkən, o, ölkəmizdə elmin, təhsilin inkişafını diqqətdən kənarda saxlamadı və bu sahənin problemlərinə kompleks şəkildə yanaşdı. Məsələn, 2002-ci il oktyabrın 4-də Ulu Öndərin imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncamı, milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi bu gün də qiymətləndirilməkdədir.
Bəli, hal-hazırda fəxrlə qeyd edə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasətin nəticəsində, bugünə kimi respublikamızda təhsilin inkişafı, problemlərinin həlli, onun keyfiyyət göstəricilərinin müəyyən tələblərə cavab verməsi istiqamətində lazımi addımlar atıldı ki, atılan addımlar bu gün də öz bəhrəsini verməkdədir.
Onu da bildirək ki, bu gün Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidməti olan çoxsaylı təhsil ocaqları var ki, onlardan biri də Azərbaycan Dövlət Aqrar Universitetidir və bu ali təhsil müəssisəsinə 25 iyul 2013-cü il tarixdən İbrahim Həsən oğlu Cəfərov rəhbərlik edir. Əldə etdiyimiz müəyyən məlumatlara görə, 1989-cu ildən pedaqoji sahədə fəaliyyət göstərən və ötən illər ərzində kifayət qədər zəngin təcrübə toplayan, eyni zamanda peşəkar idarəçiliyi ilə Azərbaycan təhsilinin inişafına dərin töhfələrini bəxş edən İbrahim Cəfərov, bu gün elə bir addımlarını atır ki, hər bir KİV nümayəndəsi bu ali təhsil ocağı haqda lazımi məlumatları asanlıqla əldə edə bilir. Bundan əlavə, ADAU-nun rektoru, professor İbrahim Cəfərov daim ictimaiyyətlə sıx əlaqə saxlamağa çalışan vəzifə sahibidir. Bu həm qürurverici bir haldır, həm də onu insanlara olduğu kimi tanıtdıran və ictimaiyyətə sevdirən bir cəhətdir. O halın varlığını da qeyd edək ki, Gəncə şəhəri ərazisində fəaliyyət göstərən ali təhsil ocaqları içərisində ən ümidverici məlumatlar, indiyə kimi yalnız bu təhsil ocağının adı ilə bağlı olmuşdur. Yəni, istər ADAU haqda, istərsə də rektor İbrahim Cəfərovun atdığı addımlarla bağlı bir çox kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə, məhz bütün bunları asanlıqla görmək mümkün olur. Bu ali təhsil ocağında keçirilən semestr imtahanlarının gedişi ilə bağlı, həmçinin rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov haqqında xoş fikir söyləmək üçün, heç də uzağa getmək lazım deyil. Yəni, universitetin lazımi şəraiti olan auditoriyalarında, “beşulduzlu” mehmanxanaya oxşar yataqxanalarında, həyətdə-bacada olan tələbələrlə söhbətlər etmək, sanki bütün həqiqətləri üzə çıxartmağa kifayət edər. Hazırda İbrahim Cəfərovun rektor olduğu bu ali təhsil ocağında elə bir idarəçilik həyata keçirilir ki, hansısa tələbədən “məni kəsdilər” ifadəsini eşitmək mümkün olmur. Universitet rəhbərliyinin bütün neqativ halları aradan qaldırdığı, semestr imtahanlarında obyektivliyin qorunması üçün lazımi addımları atdığı bildirilir. Məsələn, istər mühəndislik, baytarlıq, aqronomluq, aqrobiznes və idarəetmə, elektroenergetika və informasiya texnologiyaları korpuslarında, istərsə də digər korpuslarda olarkən tələbə və valideyinlərlə olan söhbətlər zamanı, ümimi vəziyyətin necəliyini onların əhval –ruhiyyəsindən də hiss etmək mümkün olur. Yəni, ADAU–da keçirilən semestr imtahanları zamanı elə bir qayda tətbiq olunur ki, hər bir tələbə verdiyi imtahanın nəticəsini imtahan otağını tərk etməmişdən bilir. İstənilən tələbənin semestr ərzində topladığı bal imtahan zamanı topladığı bala uyğun gəldikdə, o halda hərhansı şübhə yeri qalmır.
Bu ali təhsil ocağında daha çox diqqəti cəlb edən hal o olur ki, keçirilən şifahi imtahanlar zamanı müəllimlərin qarşısında suallara cavab verən tələbəyə digər tələbələrin qulaq asmaları olur. Yəni, onlar öz növbələrini gözləyirlər və həmin vaxt bir kimsə nəsə deyə bilmir ki, niyə filan tələbə cavab vermədiyi halda qiymət aldı, yaxud da zəif cavab verən tələbəyə yüksək qiymət yazıldı. Bütün proseslər hər kəsin gözləri önündə baş verdiyindən, bir kimsənin hansısa məsələdə şübhəsi qalmır. Onu da unutmayaq ki, keçirilən şifahi imtahanların müsbət cəhətləri çox olur. Əgər test imtahanları tələbələrin əzbərçiliyə daha çox meylli olmalarına şərait yaradırsa, şifahi imtahanlarda isə buna rast gəlmək mümkün olmur. Bütün bunlara baxmayaraq, bu gün universitetdə test imtahanlarına daha çox üstünlük verilir və hal-hazırda 70 faiz tələbə belə bir üsulla imtahan verirlər. Hazırda ölkəmizdə yeganə aqrar mütəxəssislər hazırlayan ADAU-da əsas ali vəzifələr, əsasən dərslərin keyfiyyətli tədrisi, tələbə-müəllim münasibətləri, şəffaf mühitin yaradılması və s. kimi işlərin vacibliyi daha çox öndə tutulur.
Universitetin nəzdində təqribən 80 hektar ərazini əhatə edən tədris təcrübə təsərrüfatı sahəsi var ki, həmin sahədə bitkiçilik və heyvandarlıq sahələrini əhatə edən fermalar, plantasiyalar mövcuddur. Təsərrüfatda buğda, arpa, qarğıdalı, yonca, üzüm, moruq, kartof, müxtəlif tərəvəz növləri, hətta 40 baş iribuynuzlu mal-qara, 120 baş qoyun, bir neçə at, 500 baş toyuq, hinduşka, kəsim sexi, keyfiyyət təyini laboratoriyaları, qış və yay auditoriyaları var ki, bunlarda tələbələrə praktiki vərdişlərin öyrədilməsi həyata keçirilir. Atılan belə bir addımların nəticəsidir ki, kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə, kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Həsən oğlu Cəfərov kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur. Bu şəxsin yaradıcılıq fəaliyyəti ilə tanış olduqda o da bəlli olur ki, İbrahim Cəfərovun 3 dərsliyin, 1 dərs vəsaitinin, 100-dən artıq elmi məqalənin, 4 metodiki tövsiyənin, fənn proqramları və metodik göstərişlərin müəllifidir və çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir. Bu əsərlərdən 43-ü xaricdə, 13-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuşdur və müəlliflik şəhadətnamələrinin, patentlərin sayı isə 2-dir.
Bütün bunlar onu sübut edir ki, ADAU-da rektor vəzifəsini daşıyan İbrahim Cəfərov, bu gün Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidməti olan vəzifə sahibi olmaqla bərabər, xalqına, dövlətinə layiqincə xidmət göstərən dəyərli ziyalıdır.
Mədəniyyət