"Xətai" stansiyasının açılacağı tarix məlum oldu
- 23.04.2019, 23:15,
- Cəmiyyət
- Baxılıb: 320
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı metrosunun təmirə bağlanan “Xətai” stansiyasında işlər avqust ayının 10-da başa çatacaq.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov pressdent.az-A bildirib.
Onun sözlərinə görə, stansiyada təmir işləri avqustun 10-da yekunlaşsa da, onun açılışı təxminən 1 həftə ərzində reallaşacaq.
“Hardasa stansiyanın açılışı avqust ayının ortalarında baş tutacaq. Bu da, təmirdən sonra yoxlama işlərilə bağlıdır”, - deyə qurum rəsmisi bildirib.
B.Məmmədov deyir ki, stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb.
“Eskalatorlar artıq quraşdırlıb. Hazırda sazlanma işləri davam edir”.