Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home1/pressdent/public_html/engine/classes/templates.class.php on line 205 Cəmiyyət - Pressdent.az http://pressdent.az/ tr Cəmiyyət - Pressdent.az DataLife Engine Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir? http://pressdent.az/gundem/1931-xalqina-dusmn-ksiln-hakimlrin-mqsdi-ndir.html http://pressdent.az/gundem/1931-xalqina-dusmn-ksiln-hakimlrin-mqsdi-ndir.html Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir?

Əziz oxucular!

Xalqımız qədim tarixindən bu günə kimi qanunlara, ədalətə və ədalətli qərara hörmətlə yanaşır. Hələ yaxın tariximizdə 1918 – ci ildə Azərbaycanda qadınların seçki hüquqları tanınıb qəbul edildiyi dövürdə, Avropa ölkələrində qadınları bir əşya kimi qul bazarında alınıb satılırdı.

Günümüzdə isə hüquqi savadı olmayan şəxlərlə yanaşı heç adını belə yaza bilməyən şəxslər məhkəmə hakim və məhkəmə sədri təyin olunur. Buna hakimlərin atestassiyadan keçirilən zamanlarda dəfələrlə hakimlərin yazıb oxuya bilməduklərinin şahidi olmuşuq.

Mətbuatda dəfələrlə Binəqədi Rayon Məhkəmə sədri Araz Kazımovun və rəhbərlik etdiyi hakimlərin əksəyiyyətinin heç bir hüquqi təhsili olmasada uzun illərdir ki, məhkəmə sədri və hakim vəzifələrində çalışırlar.

TURANTV.AZ 9 – noyabr 2022 – ci il tarixli “Azər Cəfərov Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımova 300 min manat nece atıb?” adlı məqaləsində, Ədliyyə Nazirinin müavini Azər Cəfərov milyonlarla vəsaiti mənimsəyir. Azər Cəfərov, məhkəmələrin inzibati binasının tikintisi, təmiri üçün Dünya bankının verdiyi kreditləri və Azərbaycan hökumətinin ayırdığı vəsaitləri istədiyi kimi xərcləyir. Azər Cəfərov Nazirlikdə məhkəmələrin kuratoru hesab olunur.

Məhkəmələrin inzibati binaları üçün ayrılan kreditlərin məbləği bəzən 100 milyon manata qədər olur. Bütün bu pullar Azər Cəfərovun rəhbərliyi altında dağıdılır.

Məsələn, Azər Cəfərov Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımova məhkəmə binasının tikintisini başa çatdırmağı tapşırır. Məhkəmə sədri inzibati bina üçün 300 min manat ödəyir. Sonra nazir müavini Azər Cəfərov, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımova “atır” pulu qaytarmır. Azər Cəfərov deyir ki, “səni o boyda məhkəməyə sədir təyin etmişik, get ordan pulunu çıxart…”.

Məhs bu səbəbdən də məhkəməyə sədir və hakim təin edilən səxlərin hüquqi təhsilinə yox, puluna və adamına baxılır. Verdiyi pulu çıxarmaq istəyən hüquqdan anlayışı belə olmayan hakim üçün qanun yox, baltanı kəsən pambıq daha vacib olur. Bu şəkildə vəzifəsini icra edən hakim Prossesual Məcəlləni kobut şəkildə pozmasına dair Məhkəmə Hüquq Şurasına ictimailəşən şikayət daxil olanda, Prossesual Məcəlləni haçan və necə posması haqqında heç bir təsəffürü belə olmayan hakimin maksimal cəsası, küllü miqdarda rüşvət və bir rayondan vəzifəsindən azad edilib, digər rayon məhkəməsinə təin edilməsi ilə cəzalandırılır.

Mətbuatda ən çox şikayət və qanunsuz qərarları dərc edilən Xətai Rayon Məhkəməsidir.

Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev,

Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir?


Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev, mətbuatda dərc edilən şikayət və qanunsuz qərarlara qəribə reaksiyası var. Günü gündən artan qanunsuz qərar və şikayətlərə əsas verən hakimləri cəzalandırmaq əvəzinə, dahada stimul verdiyi üçün Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevində heç bir hüquqi təhsili olmadığı qənayətinə gəlmişik.

Xətai rayon məhkəmə hakimi Pərviz Zamanlı

Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir?


Xətai rayon məhkəmə hakimi Pərviz Zamanlı ailə münaqişəsi əsasında böşanmış bir ailənin işi üzrə, ailədə anadan olmiş uşaqlara dövlət qayğısı göstərən qərarla ünvanlı sosial yardım almalarını təmin edib, ayrılmış valideyindən aslılığını aradan götürmək əvəzinə, nə qədər rüşvət alıbsa, hər uşağa 1000 manat aliment kəsib, bu analoqu olmayan qərar haqqında şikayətə isə texniki səhvdir cavabı ilə şikayət əsasında hər uşağa 400 manat aliment verilməsi qərarı ilə növbəti dəfə Prossesual Məcəlləni kobut şəkildə pozması ilə yanaşı, uşaqları valideinlərdən aslı edib.

Turan İnformasiya Agentliyi turan.az saytında, Xətai мəhkəməsinin hakimi Bəxtiyar Hacıyevi şüşə qəfəsdə saxlayıb və ev dustaqlığına buraxmayıb adlı 19.08.23 tarıli məqalədə Xətai мəhkəməsinin hakimi Xətai rayon məhkəmə hakimi Pərviz Zamanlı, Bəxtiyar Hacıyevi şüşə qəfəsdə saxlayıb və ev dustaqlığına buraxmadığını qeyd edib. Buda hakimin Prossesual Məcəlləni kobut şəkildə pozması ilə yanaşı Bəxtiyar Hacıyevin yaşamaq hüququnu pozub.

Xətai rayon məhkəmə hakimi Şəhriyar Əliyev,

Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir?


Xətai rayon məhkəmə hakimi Şəhriyar Əliyev, ailə münaqişəsi əsasında böşanmış bir ailənin işi üzrə Prossesual Məcəlləni kobut şəkildə pozaraq, evlilikdən əvvəl alınan evin pulunu bölüb.

Qafqaz.info – 13 iyul tarixində Xətai rayon Məhkəməsinin hakimi səhv qərar çıxarıb adlı məqaləsində, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə keçmiş kürəkəni Sadiq Poluzadə arasında məhkəmə çəkişməsində səhv qərar çıxarıb. Mayıl Məmmədovun hakimə təzyiq ilə Məsələ ictimailəşdirildiyi ücün araşdırma aparılıb.

Ədliyyə Nazirliyindən məsələ ilə bağlı Xətai rayon məhkəmə hakimi Şəhriyar Əliyevin bir sıra pozuntulara yol açdığı aşkarlandığı üçün, hakimlə bağlı tədbirlər görüldüyü bildirilsədə, bu günə qədər Xətai rayon məhkəmə hakimi Şəhriyar Əliyevlə bağlı heç bir tədbir görülməyib.

Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir?


Xətai rayon məhkəmə hakimi Aynur Abdullayeva

Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir?


Xətai rayon məhkəmə hakimi Aynur Abdullayeva, ailə münaqişəsi əsasında böşanmış bir ailənin işi üzrə Prossesual Məcəlləni kobut şəkildə pozub, evlilik vaxtı əldə olunan əşyalar üçün qiymətləndirmə təyin edib. 3 – 4 prosesdən sonra işi təmin etməyib.

Xətai rayon məhkəmə hakimi Samirə Eyvazova

Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir?


Hakim Samirə Eyvazova “Uşaqla görüşmək üçün atanın yanında psixoloq olmalıdır qərarı ilə uşaqların və atanın yaşamaq hüququnu kobut şəkildə pozub. Psixoloqun kimliyi, əmək haqqı, yol pulusu kimi xərcləri kim verməlidir? Ata və övladları hovuzda çimərlikdə balaların yoxsa atanın yanında çiməcəkidir, ya bala ilə atanın arasında? Kinoya gedəndə atanın yanında oturmalıdır, balanın yanımda olutmalıdır yoxsa ata ilə balalar arasında? Biletin, hovuzun, çimərliyin, restaranın və bunun kimi xərcləri psixoloqun əvəzinə kim ödəyəcək?

Bu şəkildə ailələri barışdırmaq, kimisə kiməsə möhtac qoymamaq əvəzinə beləcə Azərbaycanda ailənin təməlli ayrılmasına əsas yaradırlar. Bu da bizim Hüquq Elimləri Doktoru, Professor Samirə Eyvazova. Bu alimə ziyallı demək olar?

Bakı Apelyasiya Məhkəmə hakimi Emin Mehdiyev

Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir?


11.01.2015 – tarixində musavat.com saytında REAL Partiyasının sədri İlqar Məmmədovun işin aparan Nəsimi rayon Məhkəmə hakimi Emin Mehdiyevin insan haqlarını pozduğu üçün Avropa Birliyi və ABŞ Dövlət Departamenti tərəfindən sanksiya tətbiq oluna biləcəyini bildirib. Xatırladaq ki,hazırda Emin Mehdiyev Bakı Apelyasiya Məhkəmə hakimidir.

Bakı Hərbi Məhkəmə hakimi Abbasov Rafiq Qaraxan oğlu

Xalqına düşmən kəsilən hakimlərin məqsədi nədir?


18.07.2023 – tarixdə musavat.com saytında “Tərtər işi üzrə 163 ermənini məhv edən snayper bölüyünün komandiri Zəfər günü hospitaldan oğurlanıb” adlı məqalədə “– mənə elə gəlirdi ki, onlar Azərbaycanlı deyi!” sözləri ilə Vətən müharibəsinin iştirakçısı, polkovnik – leytenant Ziya Kazımov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini və Bakı Hərbi Məhkəmə hakimi Abbasov Rafiq Qaraxan oğlunun ona dair protokolların saxtalaşdırdığını qeyd edib. Heç bir əsas olmadan saxta itdihamlarla həyatını hər an vətənə qurban varə bilən igid övladlarımızın həyatını puç edənlərin əsil məqsədi nədir?

Gördüyünüz kimi, uzun illərdir ki, analoqu olmayan savatsın, xalqına dövlətinə düşmən kəsilən məhkəmə hakimləri, saxta qərarları ilə xalqın əsaslı narazılığına səbəb olur.

Yuxarda adı çıkilən şəxslərində qarşı tərəf kimi mövqeyini dərc etməyə hazırıq.]]>
pressdent Sat, 16 Mar 2024 12:56:43 +0400
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin varlığını qorudu http://pressdent.az/gundem/1812-ulu-ondr-heydr-liyev-azrbaycan-dovltinin-varligini-qorudu.html http://pressdent.az/gundem/1812-ulu-ondr-heydr-liyev-azrbaycan-dovltinin-varligini-qorudu.html Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin varlığını qorudu
Məlum olduğu ki, 15 respublikanı birləşdirən sovetlər birliyi XX əsrin əvvəllərində artıq dağılmağa məhkum idi. İttifaq dövlətləri sovet rejiminin buxovlarından azad olmağa, müstəqillik əldə etməyə can atır, istiqlaliyyəti uğrunda mübarizə aparırdılar. 1918-ci ildə Şərqdə ilk dəfə müstəqil dövlət quran, lakin çox qısa bir zamanda onu itirən Azərbaycan da cəmi 23 ay mövcud olmuş müstəqilliyini yenidən bərpa etmək, rus imperiyasının əsarətindən qurtulmaq üçün azadlıq mübarizəsinə qalxdı. 70 il SSRİ mühitində vahid ideologiya və idarəetmə hökmranlığında yaşayan xalqımız 1991-ci ildə müstəqilliyini yenidən qazandı.
Lakin o dövrdə hakimiyyətdəki "siyasətçilərin" səriştəsizliyi ucbatından müstəqilliyi möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmadı. Əksinə, azadlığı, suverenliyi uğrunda qanlı-qadalı yollardan keçən xalq o illərdə hakimiyyəti ələ alan naşı və səriştəsiz "rəhbərlər"in ölkədə hökm sürən ictimai-siyasi vəziyyəti yoluna qoya bilməməsi səbəbindən onu yenidən itirmək təhlükəsi ilə üzləşdi. Hakimiyyətin dövlət quruculuğu istiqamətində heç bir iş görməməsi, yalnız şəxsi mənafeləri, xarici imperialist qüvvələrin maraqlarına xidmət etməsi respublikanı uçuruma sürükləyirdi. Hətta, o vaxtkı hakimiyyət SSRİ-nin saxlanmasına, ölkəni yenidən rus imperiyasının hakimiyyəti altına salmağa belə cəhd edirdi. O zaman ölkəyə rəhbərlik etmək, hakimiyyəti ələ alaraq öz şəxsi mənafeləri üçün çalışmaq istəyənlərə münbit şərait yaranmışdı. Hakimiyyətə gələn AXC-Müsavat iqtidarının təcrübəsizliyi, qətiyyətsizliyi ölkədə hərc-mərcliyin, anarxiyanın baş alıb getməsinə səbəb olmuş, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dövlətçiliyə ciddi təhlükə yaratmışdır. Ölkədə ictimai-siyasi gərginlik, özbaşınalıq vətəndaş qarşıdurmasına gətirib çıxarmış, digər tərəfdən isə işğalçı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozması, əzəli torpaqlarımızı bir-birinin ardınca zəbt etməsi xalqı ümidsizliyə düçar etmişdi. Xalqın yaşayış səviyyəsi gündən-günə ağırlaşır, ölkədə heç bir qanun işləmirdi.
Qeyd edək ki, 1988-1993-cü illərdə ölkəni idarə edən bacarıqsız insanların kimliyi bilinmir, ayrı-ayrı partiyalar hakimiyyətə gəlmək üçün öz aralarında mübarizə aparırdılar. Qarabağ uğrunda gedən müharibə sanki unudulmuşdu, cəbhə bölgəsində bir-birinin ardınca uğursuzluqlar baş verirdi. O zamankı ölkə başçısı Əbülfəz Elçibəy Ermənistanın işğalının genişlənməsi, Birinci Qarabağ müharibəsində hərbi uğursuzluqlara görə 1993-cü ilin fevral ayında korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzalamışdır. Surət Hüseynov isə sərəncamı icra etməmiş və vəzifəsindən kənarlaşdırıldığına görə Gəncədə bir qrup milis işçisini silahlandıraraq 1993-cü ilin iyununda hökumətə qarşı qiyam qaldırmışdı. Bundan sonra keçmiş müdafiə naziri Dadaş Rzayev 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı qərar vermiş, Gəncəyə qoşun yeridilmişdi. Beləliklə, Surət Hüseynovun rəhbərlik etdiyi silahlı birləşmələr ilə onları tərk-silah etmək üçün göndərilən hökumət qüvvələri arasında qarşıdurma nəticəsində qardaş qırğını başlamış, iyunun 4-də Gəncədə baş verən hadisələr zamanı 35 nəfər həlak olmuşdu.
Yeri gəlmişkən, bu gün Sudan Respublikasında baş verənlər 1993-cü ildə ölkəmizdə böhranlı iyun günlərini xatırladır. 2019-cu ildə Sudanda belə ki, hərbiləşdirilmiş çevik dəstələrin hökumət binasına hücumu nəticəsində yerli televiziyanın qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda döyüşlər baş verib və qarşıdurma zamanı minlərlə insan həlak olub. Respublika daxilində hakimiyyət davası, silahlı toqquşmalar, iqtisadi qeyri-sabitlik ölkədə qiymətlərin bahalaşmasına, aclıq çəkən insanlarının sayının artmasına, ümumilikdə demokratik prosesə ictimai inamın azalmasına səbəb olub.
1993-cü ildə Azərbaycan xalqı da hakimiyyət davası edən "rəhbərlərin" sayəsində ağır vəziyyətə düşmüş, respublikada bölgələr arasında parçalanma,vətəndaş qarşıdurması yaranmışdı. Belə ağır, böhranlı bir vaxtda xalq dünyaşöhrətli, dahi Heydər Əliyevi təkidlə yenidən hakimiyyətə dəvət etdi. Dövlətinin, xalqının çətin günündə ulu öndər xalq adından ona müraciət etmiş ziyalıların təkidli xahişi ilə iyunun 9-da Bakıya gəldi və beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin itirilməsinə yol vermədi. Heydər Əliyev Azərbaycan dövlətinin varlığını qorudu. Ümummilli liderin ölkəni 1993-cü il böhranından çıxarmaq, daxili çəkişmələrə son qoymaq üçün göstərdiyi böyük səylər nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas oldu. Böyük çətinliklərdən sonra vəziyyət stabilləşməyə başladı.
Xalqın həyatında çox acınacaqlı bir dövr olan o illəri sonralar ulu öndər belə xatırlayırdı: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
AXC-Müsavat iqtidarına inamını itirən xalq tarixin ağır sınaq günlərində, ölkənin çətin anında ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşdi. Bütün ömrünü xalqının varlığına həsr edən müdrik siyasətçi isə dərin zəkası, uzaqgörən siyasəti sayəsində xalqını, yenicə müstəqillik qazanmış dövlətini bu fəlakətdən xilas etdi. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin əvəzolunmaz, ölçüyəgəlməz fəaliyyəti nəticəsində müstəqilliyinin bərpasının ilk illərində dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış ölkəmizdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai- siyasi sabitlik təmin edildi.
Bəli, xalqımızı nicata aparan yol 1993-cü il iyunun 9-dan başladı. Həmin gün ulu öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atdı. Ulu öndərin Naxçıvandan Bakıya qayıdışı xalqımızın, dövlətimizin qurtuluşu oldu.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

]]>
pressdent Wed, 14 Jun 2023 12:17:49 +0400
Azərbaycan - İsrail əlaqələri böyük inkişaf yolundadır http://pressdent.az/gundem/1805-azrbaycan-israil-laqlri-boyuk-inkisaf-yolundadir.html http://pressdent.az/gundem/1805-azrbaycan-israil-laqlri-boyuk-inkisaf-yolundadir.html Azərbaycan - İsrail əlaqələri böyük inkişaf yolundadır
Məlum olduğu kimi, Azərbaycan bu gün Avrasiyanın ən sabit və çiçəklənən dövlətlərindən biridir. Siyasi sabitlik, iqdisadi inkişafla yanaşı, məhz bu faktı da nəzərə alan İsrail Dövləti Azərbaycan Respublikasını mühüm strateji tərəfdaş hesab edir. Bütün bunlar 20 ildir ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev xidmətlərinin, uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin genişlənməsi işinə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniş tərkibli görüşlərində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında aparılan müzakirələr bunu deməyə əsas verir. Prezidentlər görüşlərdə ikitərəfli gündəlik və regional məsələlərlə bağlı müzakirələr aparıblar. Görüşlərdə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu səfərinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcəyi bildirilib.
Görüşlərdən sonra Azərbaycan və İsrail Prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Daha sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktının əlaqələri daha yüksək səviyyəyə qaldıracğını və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğulayıb. Uzun müddət idi ki, Azərbaycanın İsraildə səfirliyinin olmaması sual duğurur, müzakirə mövzusuna çevrilmişdir. Azərbaycanın apardığı düşünülmüş xarici siyasət bu baxımdan gözləmə mövqeyində idi. Azərbaycan geopolitik vəziyyəti dəyərləndirməyi bacarır. Siyasi zərurətdən irəli gələn addımlar atılır. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması məhz bu siyasi zərurətdən irəli gəlmişdir. Bu məsələnin öz həllini tapması iki ölkə arasında əməkdaşlıq əlaqələrinin tarixində əlamətdar hadisə hesab olunur.
Azərbaycanla İsrailin dostluğu və strateji əməkdaşlığının gücləndirilməsi üçün yeni-yeni işlər görülməkdədir. Belə ki, İsraildə əvvəllər fəaliyyət göstərmiş Azərbaycan Ticarət Palatası yenidən bərpa edilib. Turizmlə bağlı də yeni təşkilat qurulub. Məqsəd qarşılılıqlı turist axınının səviyyəsini artırmaqdır. Prezident İlham Əliyev bəyanatında turizm əlaqərinin inkişafının önəmini də qeyd edib: “Həftədə yalnız dörd reys var və bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir. İsraildə daha çox təqdimat imkanları yaradılmalıdır”. Dövlətimizin başçısı yeni əməkdaşlıq sahələrdən birinin kibertəhlükəsizlik sahəsi olduğunu deyib: “Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”. İsrail hər zaman çətin məqamlarda Azərbaycanı dəstəkləyib. Xüsusən, 44 günlük Vətən müharibəsində Azərbaycanı əsas dəstəkləyən dövlətlərdən biri də İsrail idi. İsrailin Azərbaycana verdiyi ən müasir texnologiyalarla təchiz olunmuş müxtəlif silahların müzəffər ordumuzun qələbəsində əhəmiyyətli rol oynayıb. Cənab Prezident çıxışında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. “Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”, - deyə Prezident əlavə edib.
Ən əsası, iki ölkə arasında ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik və s. sahələri üzrə əlaqələr qurulub. Bu səfərin nəticəsi olaraq perspektiv əməkdaşlıq istiqamətlərinin yaradılması ilə Azərbaycan-İsrail müsbətlərində dinamikanın olacağı gözlənilir. Çünki bunun üçün çox böyük potensial var.

Bəxtiyar Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədr müavini


]]>
pressdent Mon, 05 Jun 2023 10:38:59 +0400
İlqar müəllimin nəvəsi Fatimə balanı tanıyaq - FOTOREPORTAJ http://pressdent.az/cemiyyet/1804-ilqar-mullimin-nvsi-fatim-balani-taniyaq-fotoreportaj.html http://pressdent.az/cemiyyet/1804-ilqar-mullimin-nvsi-fatim-balani-taniyaq-fotoreportaj.html İlqar müəllimin nəvəsi Fatimə balanı tanıyaq  - FOTOREPORTAJ
İlqar müəllimin nəvəsi Fatimə balanı tanıyaq  - FOTOREPORTAJ
İlqar müəllimin nəvəsi Fatimə balanı tanıyaq  - FOTOREPORTAJ
İlqar müəllimin nəvəsi Fatimə balanı tanıyaq  - FOTOREPORTAJ]]>
pressdent Sun, 04 Jun 2023 12:17:43 +0400
Azərbaycan-Litva münasibətləri perspektivli gələcəyə əsaslanır. http://pressdent.az/gundem/1798-azrbaycan-litva-munasibtlri-perspektivli-glcy-saslanir.html http://pressdent.az/gundem/1798-azrbaycan-litva-munasibtlri-perspektivli-glcy-saslanir.html Azərbaycan-Litva münasibətləri perspektivli gələcəyə əsaslanır.
Bu gün möhkəm bünövrə üzərində qurulan, fəal siyasi dialoq şəraitində inkişaf etdirilən Azərbaycan-Litva münasibətləri faydalı və məhsuldar əməkdaşlığa əsaslanan perspektivli gələcəyə əsaslanır. Bərabərhüquqlu və qarşılıqlı anlaşma əsasında qurulan Azərbaycan-Litva əlaqələri etibarlı tərəfdaşlıq zəminində inkişaf etdirilir.
İki ölkə arasındakı əlaqələrin tarixi uzaq keçmişə getsə də, hər iki xalqın dostluğu bütün dövrlərdə davam etdirilmişdir. Hələ keçmiş Sovet İttifaqının tərkibində olarkən ölkələrimizi ümumi tarix birləşdirmiş, ötən əsrin sonlarında isə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələr arasında əlaqələr yeni məna və məzmun kəsb etməyə, ikitərəfli münasibətlər inkişaf etməyə başlamışdı. Belə ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Litva Respublikası ilə diplomatik münasibətlər 1995-ci il noyabr ayının 27-də qurulmuş, 2007-ci ildə Litvanın ölkəmizdə, həmçinin Azərbaycanın Litvada səfirliyi açılmışdır. Bundan sonra Litva-Azərbaycan münasibətlərinin inkişafı siyasi, iqtisadi və mədəni sahələrdə öz əksini tapmışdır. Prezident İlham Əliyevin 2007-ci ildə Litva Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" və 2010-cu ildə Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında mədəniyyətin bütün sahələrini, o cümlədən elm, təhsil, gənclər, ictimai və qeyri-hökumət təşkilatlarını nəzərdə tutan "Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu" humanitar sahənin inkişafına böyük təkan vermiş, mədəniyyət və turizm sahəsindəki əlaqələri daha da dərinləşdirmişdir. İqtisadi əlaqələr də şaxələndirilərək sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları və başqa sahələri əhatə etmişdir. Dövlət səviyyəsində müxtəlif vaxtlarda keçirilən çoxsaylı görüşlər və biznes forumlar ölkələrin iqtisadi əlaqələrini daha da möhkəmləndirmiş, gələcək əməkdaşlığa əsaslı zəmin yaratmışdır. Azərbaycan-Litva münasibətlərinin dərinləşməsinə humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı müsbət təsir göstərmiş, dostluq əlaqələri təhsil sahəsində də özünü büruzə vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Litvaya ilk rəsmi səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, dövlət əhəmiyyətli sənədlərin imzalanma mərasimi olmuşdur. Sənədlərdən ən mühümü isə "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannaməsi olmuşdur. Ölkə başçımızın səfəri Azərbaycan-Litva əlaqələrinin bütün istiqamətlərdə inkişaf etdirilməsinə zəmin yaratmış, ölkələrimiz arasında tərəfdaşlığın hüquqi bazasına çevrilmiş və münasibətlərin yüksələn xətlə inkişafına geniş perspektivlər açmışdır. Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüş zamanı demişdir: "Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir". Ötən dövr ərzində dövlət və hökumət başçıları, parlament sədrləri və nazirlər səviyyəsində davamlı xarakter alan görüşlər münasibətləri strateji tərəfdaşlıq zirvəsinə yüksəltmişdir. Belə ki, Avropa İttifaqının və NATO-nun tamhüquqlu üzvü olan Litva Respublikası ilə Azərbaycan bu gün ATƏT, NATO, Avropa İttifaqı və digər təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Ötən il Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri isə iki ölkənin iqtisadi, mədəni, siyasi və sosial əlaqələrini yenidən canlandırmış, siyasi münasibətlərdə, strateji tərəfdaşlıqda yeni mərhələ yaratmışdır. Azərbaycan-Litva biznes forumunun açılışı iqtisadi sektorda əməkdaşlığın gücləndirilməsinin mümkünlüyünü ehtiva etmiş və kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyat və s. kimi sahələrdə sağlam, faydalı işbirliyinə daha fəal əməkdaşlığın təməli atılmışdır. İqtisadiyyatın şaxələndirilməsini dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirən Azərbaycan Avropa İttifaqı ölkələri ilə strateji münasibətlərin davamlılığında, biznes əlaqələrinin möhkəmlənməsində maraqlıdır. Avropa ilə Asiyanın quru və hava yollarının kəsişməsində yerləşən strateji mövqeyi də Avropa İttifaqının və ona üzv dövlətlərin ölkəmizlə əməkdaşlıq etmək marağını artırır.
Avropa İttifaqının fəal üzvlərindən olan Litva Azərbaycanla əlaqələrin gələcəyinə inamla baxır. Prezident İlham Əliyevin mayın 21-də Litva Respublikasına rəsmi səfəri də bu baxımdan böyük əhəmiyyətə malikdir. Vilnüsdə ölkə başçımızla Prezident Gitanas Nausedanın görüşündən sonra Azərbaycan-Litva sənədlərinin imzalanma mərasimi keçirilmişdir. Mətbuata bəyanatla çıxışı zamanı Litva Prezidenti Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlərdən, eyni zamanda ölkələrimiz arasında informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat sahələrində əməkdaşlıqdan bəhs etmiş, Azərbaycan Prezidentinin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və davamlı inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir. İki ölkə arasında əməkdaşlıq haqqında sazişlərin imzalandığını bildirən Gitanas Nauseda Litvanın uzun illərdir beynəlxalq əhəmiyyətli layihələrdə Azərbaycanla birgə iştirak etdiyini və Avropa İttifaqının Tvinninq və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində tərəfdaş olduqlarını vurğulamışdır. Litvaya səfərini ölkələr arasında tərəfdaşlığın təsdiqi kimi qiymətləndirən İlham Əliyev Azərbaycan ilə Litva arasında fəal siyasi dialoqun müsbət nəticələrdə müşahidə olunduğunu, əldə olunan nailiyyətlərin əməkdaşlığın bütün sahələrində öz əksini tapdığını bildirmiş, bu uğurların siyasi müstəvidə olduğu kimi, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də özünü göstərəcəyinə inamını ifadə etmişdir. Litva ilə birgə ölkəmizin bərpaolunan enerji növlərinin yaradılması istiqamətində paralel işlər aparıldığına diqqətçəkən Prezident İlham Əliyev yaxın gələcəkdə bu istiqamətdə də əməkdaşlığın mümkünlüyünü vurğulamış, Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyini yüksək qiymətləndirmişdir. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni ixrac edilən qazın həcmi ildən-ilə artır.
Xarici siyasətində dünya ölkələri ilə əlaqələrini daha da genişləndirməyə, hərtərəfli əməkdaşlığa, beynəlxalq sülhü və təhlükəsizliyi, inteqrasiya prinsiplərini möhkəmləndirməyə böyük önəm verən müstəqil Azərbaycan hamı ilə dostluq, tərəfdaşlıq münasibətləri yaradır, ayrı-ayrı dövlətlərlə qarşılıqlı əlaqələrə üstünlük verərək siyasi, iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə əməkdaşlıq edir. Bu gün milli maraqlara söykənən, inkişafa, tərəqqiyə xidmət edən çoxşaxəli əməkdaşlıq və dostluq münasibətləri Azərbaycanı sülhsevər, tolerant, regionda və bütün dünyada sülhə, əmin-amanlığa mühüm töhfə verən ölkə səviyyəsinə yüksəltmişdir.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri


]]>
pressdent Fri, 26 May 2023 10:03:07 +0400
Xalqımız Müstəqillik Gününü böyük sevinc və qürur hissilə qarşılayır. http://pressdent.az/gundem/1797-xalqimiz-mustqillik-gununu-boyuk-sevinc-v-qurur-hissil-qarsilayir.html http://pressdent.az/gundem/1797-xalqimiz-mustqillik-gununu-boyuk-sevinc-v-qurur-hissil-qarsilayir.html  Xalqımız Müstəqillik Gününü böyük sevinc və qürur hissilə qarşılayır.
Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bununla xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirilib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
Qeyd edək ki, 1920-ci ilin 28 aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda sovet sosialist respublikası yaradıldı. 70 illik müstəmləkəçilikdən sonra, 1990-cı illərdə SSRİ-nin dağılması və xalqımızın milli-azadlıq hərəkatı nəticəsində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Daha dəqiq desək, 1991-ci ilin dekabrında Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edərək, müstəqiliyini yenidən bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edənlərin, xüsusilə AXC-Müsavat hakimiyyətinin naşılığı, səriştəsizliyi, yarıtmazlığı, diletantlığı nəticəsində xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları əzab-əziyyətlə, hətta ölüm təhlükəsi ilə üzləşərək may ayında Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdu, lakin AXC-Müsavat "lider"lərinin hakimiyyəti dövründə Azərbaycan məhz may ayında Şuşa və Laçın kimi strateji əhəmiyyəti, qədim tarixi, yüksək mədəni göstəriciləri olan torpaqlarını itirmiş oldu. Beləliklə, Ermənistan bizim 20% torpaqlarımızı məhz AXC-Müsavat hakimiyyəti dövründə işğal etdi. Bununla yanaşı, ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürürdü. İqtisadiyyat elə vəziyyətə gəlmişdi ki, inflyasiya baş alıb gedirdi.
1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdı. Heydər Əliyev parçalanmaq təhlükəsizliyi ilə qarşı-qarşıya qalan Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi. Ümummilli lider xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi, milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq üçün mühüm addımlar atdı. Bir sözlə, Heydər Əliyevin gəlişi ilə ölkədəki hakimiyyətsizlik aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində son iyirmi ildə Azərbaycanda siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edilib. Dövlətimizin beynəlxalq arenada mövqeyi daha da güclənib, respublikamız regionda baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkə statusu qazanıb. Ən əhəmiyyətlisi isə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, millətimizin birliyi nəticəsində 8 noyabr 2020-ci il tarixində Qarabağ və Şərqi Zəngəzur mənfur düşmənin işğalından azad edildi. Beləliklə, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdəki nüfuzu daha da artdı. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə 2021-ci ildə əvvəlki adları ilə "Respublika günü" və "Müstəqillik günü" bayramlarını tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdi.
Qeyd etmək lazımdır ki, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Məhz buna görə də 2021-ci ilin 15 oktyabrında Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara aldı ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilsin. Beləliklə, ölkə başçısı İlham Əliyevin sözügedən qərarı təsdiqləməsi ilə artıq Azərbaycan xalqı ikinci ildir ki, 28 Mayı Müstəqillik Günü kimi qeyd edir.
Ən əsası, bu əziz bayram erməni işğalından azad edilən ərazilərdə də keçirilir. Üçrəngli bayraq doğma torpaqlarda - Şuşada, Laçında, Ağdamda, Füzulidə, Zəngilanda qürurla dalğalanır. Yeri gəlmişkən, Artıq bir neçə gündür ki, Müstəqillik Günü münasibətilə cənab Prezidentə müxtəlif dövlət və hökumət başçıları - ABŞ Prezidenti Co Bayden, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Mərakeşin Kralı VI Məhəmməd tərəfindən təbrik məktubları ünvanlanıb. Xalqımız Müstəqillik Gününü xüsusi əhvali-ruhiyyə, böyük sevinc və qürur hissilə qarşılayır.

Ofelya Rəhimova,
YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca kənd ərazi partiya təşkilatının sədr müavini



]]>
pressdent Thu, 25 May 2023 11:35:51 +0400
Uğurlu neft strategiyası Azərbaycanı regionun ən güclü dövlətinə çevirdi http://pressdent.az/gundem/1786-ugurlu-neft-strategiyasi-azrbaycani-regionun-n-guclu-dovltin-cevirdi.html http://pressdent.az/gundem/1786-ugurlu-neft-strategiyasi-azrbaycani-regionun-n-guclu-dovltin-cevirdi.html Uğurlu neft strategiyası Azərbaycanı regionun ən güclü dövlətinə çevirdi
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə “Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü” üzrə birinci saziş imzalandı. Sonralar bu saziş “Əsrin müqaviləsi” adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açdı. Respublikamızın müstəqilliyinin əsaslarının möhkəmlənməsində strateji əhəmiyyət daşıyan və regionda söz sahibinə çevrilməsinə səbəb olan “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlayarkən Ulu Öndər Heydər Əliyev deyirdi: “Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar.”
“Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.
Ümummilli liderin həddindən artıq gərgin əməyinin, qətiyyətinin və əzmkarlığının nəticəsində baş tutan yeni neft müqaviləsi Azərbaycanın həyatında tamamilə yeni mənzərənin açılmasına səbəb oldu. Ülu Öndər Heydər Əliyev milli iqtisadiyyatın inkişafında neft strategiyasının rolunu belə dəyərləndirib: “Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir.”
Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən ilə genişlənir və bunun nəticəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir. Dünyanın enerji təminatında da ölkənin xüsusi çəkisi və strateji əhəmiyyəti yüksəlir. Eyni zamanda “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünün beynəlxalq bazarlara ixrac etmək imkanını əldə edib. Bununla bağlı 22 sentyabr 2001-ci ildə “Neftçilər günü”nə həsr olunmuş təntənəli mərasimdə Ümummilli Lider Heydər Əliyev deyib ki, Neftin və qazın Avropa istiqamətində ixrac olunması - təkcə iqtisadi, kommersiya məsələsi deyildir: “Bu, siyasi məsələdir. Bu, bizim Qərb ilə inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək, bu, eyni zamanda böyük bir siyasi məsələdir.”
Bu gün Ulu Öndərin neft strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Məhz bu strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir ki, dövlətimizin iqtisadiyyatı möhkəmlənib. Hazırda Azərbaycan xalqı milli neft strategiyasının uğurlarının bəhrəsini görür. Azərbaycan regionun lider dövlətinə çevrilib. Həmçinin, ölkəmiz regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanqıcında məhz milli neft strategiyası durur. Əlbəttə ki, neft strategiyasının təməl daşını məhz “Əsrin müqaviləsi” təşkil edir. Artıq əminliklə deyə bilərik ki, uğurlu neft strategiyasının təməl əsasında Azərbaycan iqtisadiyyatı ildən-ilə daha da sürətlə inkişaf edir.
Ulu Öndər Heydər Əliyev: “Neftin və qazın Avropa istiqamətində ixrac olunması - təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir”
Niyazi Əliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Zurnabad kənd ərazi partiya təşkilatının sədri
]]>
pressdent Tue, 25 Apr 2023 13:45:56 +0400
Xatirələrdə əbədi yaşayan Zərifə xanım http://pressdent.az/gundem/1782-xatirlrd-bdi-yasayan-zrif-xanim.html http://pressdent.az/gundem/1782-xatirlrd-bdi-yasayan-zrif-xanim.html  Xatirələrdə əbədi yaşayan Zərifə xanım
Oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə xanım Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Qeyd edək ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti xətti olan novator alim idi. Bu istedadlı alim gözün oftomoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika və s. istiqamətlərdə də dərin elmi araşdırmalar aparmışdır. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanım Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Zərifə xanım Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanırdı. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərirdi. İnsanlarla mehribanlığı, dərin humanizmi Zərifə xanımın peşəsinə münasibətində də özünü aydın göstərirdi. O, haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin fəaliyyətlə məşğul olduğu zaman həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini ondan əsirgəmirdi.
Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Eldəniz Səttarov,
YAP Göygöl rayon təşkilatı üzrə Köşkü kənd tam orta məktəb ərazi partiya təşkilatının sədri

]]>
pressdent Thu, 13 Apr 2023 12:12:36 +0400
Azərbaycan xalqı öz müdrik seçimi ilə sevinir və qüdrətli lideri ilə fəxr edir. http://pressdent.az/gundem/1769-azrbaycan-xalqi-oz-mudrik-secimi-il-sevinir-v-qudrtli-lideri-il-fxr-edir.html http://pressdent.az/gundem/1769-azrbaycan-xalqi-oz-mudrik-secimi-il-sevinir-v-qudrtli-lideri-il-fxr-edir.html   Azərbaycan xalqı öz müdrik seçimi ilə sevinir və qüdrətli lideri ilə fəxr edir.
Artıq Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən sayca 8-ci olan, sonuncu prezident seçkilərindən 5 il ötür. Seçicilərin 74.3 %-nin iştirakı ilə keçirilmiş, xalqın iradəsini əks etdirən və nəticələrinin beynəlxalq legitimliyi ilə fərqlənən 2018-ci ilin aprel seçkiləri zamanı Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Bu seçkilər Azərbaycan xalqının öz ali rəhbərinə, İlham Əliyev siyasətinə inamının ən yüksək həddə çatdığının təsdiqi oldu. Əvvəlki seçkilərdən daha çox səs toplamış İlham Əliyev artıq ölkə qarşısında duran ən böyük problemin həllinə – torpaqların işğaldan azad olunmasına ümumxalq dəstəyi ilə gedəcəkdi. Yeri gəlmişkən, 2020-ci ilin 44 günlük Vətən müharibəsində məhz belə bir yekdil dəstəyin şahidi olduq. Bu inamı və dəstəyi İlham Əliyev xalq qarşısındakı misilsiz xidmətləri ilə qazanmışdı.
2003-cü ildən bu yana keçirilmiş prezident seçkiləri ərəfəsində Prezidentliyə namizəd İlham Əliyevin seçki platformasını bəyan edən çıxışları ildən-ilə, seçkidən seçkiyə artan inam və etimadın yüksəliş xronologiyasını aydın göstərir. 2003-cü ildə İlham Əliyev ilk dəfə namizədliyini irəli sürərkən onun prezidentliyi dövründə ölkədə qaçqın düşərgəsinin qalmayacağını, öz doğma evlərindən məhrum olmuş soydaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunacağını vəd etmişdi. İşsizlik və yoxsulluq içində çarpışan vətəndaşlar üçün ölkədə 600 min yeni iş yeri yaradacağını bəyan etmiş və iqtisadi tənəzzülün iqtisadi yüksəlişlə əvəz olunacağına söz vermiş Prezidentliyə namizəd İlham Əliyev verdiyi vədə əməl etdi və İlham Əliyev isə özünün dediyi kimi, yalnız öz seçicilərinin yox, hər bir Azərbaycan vətəndaşının prezidenti oldu. İlk 5 il ərzinə xalq İlham Əliyevin bəyan etdiyindən daha çox işlər görməyə qadir olduğunu və prezidentlik müddətinin hər gününü və hər saatını xalqın ən ümdə problemlərinin həllinə həsr etdiyinin şahidi oldu. Nəticədə bütün qaçqın düşərgələri ləğv olundu, 600 min əvəzinə isə 900 min yeni iş yeri yaradıldı. Xalq növbəti 2008-ci il seçkilərinə böyük məmnunluq və minnətdarlıq hissləri ilə getdi.
Bütün dünyada qlobal iqtisadi böhranın başlaması ilə eyni zamana təsadüf edən 2008-ci il seçkiləri ərəfəsində Prezident İlham Əliyev növbəti 5 il ərzində ölkədə dayanıqlı inkişafı təmin edərək əlverişli biznes mühitinin yaradılacağını, iqtisadiyyatın şaxələndirilməsi üzrə həyati vacib islahatların aparılcağını elan etdi. Dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrində qlobal böhran səbəbindən inkişaf templərinin nəzərəçarpacaq dərəcədə azaldığı bir dönəmdə Azərbaycan növbəti 5 il ərzində ən yüksək iqtisadi inkişaf artımı ilə lider dövlətə çevrildi. Qeyri-neft sektorunun inkişafı istiqamətində gələcəyə hesablanmış çox mühüm addımlar atıldı. Demək olar ki, bütün ölkələrdə həyat səviyyəsi enməkdə olarkən ölkəmizdə əhalinin illik gəlirləri artmağa başladı. Digər ölkələrdə büdcə defisitinin artdığı bir zamanda Azərbaycan höküməti hər bir maliyyə ilini profisitlə başa vurdu. Növbəti dəfə İlham Əliyev ən çətin vəziyyətlərdə hansı yüksək nəticələrə nail olmağa qadir olduğunu nümayiş etdirdi.
Həm daxildən, həm də xaricdən Azərbaycanın uğurları əleyhinə çalışan “Demokratiya” və “insan haqları” şüarları ilə pərdələnmiş qüvvələrin səfərbərliyi şəraitində keçirilən 2013-cü il seçkiləri də Azərbaycan xalqının İlham Əliyevə olan sonsuz etimadı və inamı əsasında keçirildi. İlham Əliyevin inamlı qələbəsi ilə başa çatan seçkilərdən dərhal sonra ölkə hərtərəfli islahat və inkişaf dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə Yol Xəritələri təqdim olundu. Bu yol xəritələrinin həyata keçirilməsi ilə Azərbaycan bir çox inkişaf göstəriciləri üzrə dünyada ən qabaqcıl yerlərə çıxdı.
Xüsusilə qeyd etməliyik ki, 5 il öncə keçirilmiş prezident seçkilərində İlham Əliyevə göstərilən dəstək özünün pik həddinə çatdı. Xalq artıq öz gələcəyini yeganə lideri hesab etdiyi İlham Əliyevin adı ilə bağlamışdı. Bütün sahələrdə davamlı və sürətli inkişafın şahidi olmuş vətəndaşlar artıq ölkə qarşısında duran ən böyük problemin – Qarabağın azadlığa qovuşmasının nicatını məhz İlham Əliyev siyasətində görürdü. Bütün əvvəlki seçkilərdə Prezident İlham Əliyevin xalqa bəyan etdiyi inkişaf proqramlarında dövlət və ordu quruculuğu qırmızı xətlə keçirdi. Xalq ona inanırdı və uzun zaman gözlənilən həqiqət anının məhz İlham Əliyevin rəhbərliyi altında gələcəyinə əmin idi. Prezident İlham Əliyev ölkədə həyat səviyyəsinin artımı ilə yanaşı onun müdafiə qüdrətinin davamlı olaraq artırılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdu və bu vəzifənin öhdəsindən necə gəlindiyi 2020-ci ilin payızında vətən torpaqları uğrunda müqəddəs savaşda özünü bütün parlaqlığı ilə göstərdi. Bütün bu illər ərzində prezident İlham Əliyevin şəxsi rəhbərliyi ilə hazırlanmış ordumuz 30 il ərzində işğal altında qalmış torpaqlarımızı sanki bir göz qırpımında düşmən caynağından qopardı. Güc mərkəzləri hesab olunan bir sıra dövlətlərin bütün ciddi-cəhdlərinə baxmayaraq Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında son anadək – hər bir Azərbaycanlı üçün şərəf və ləyaqət rəmzi olan Şuşanın azad olunmasınadək müharibəni davam etdirdi. Azərbaycan əsgəri Vətənin hər qarış torpağı üçün canını əsirgəmədi, həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verdi. Bu gün müstəqil, azad Azərbaycan sözün əsil mənasında öz gələcəyinin sahibidir. Bütün bunlar Azərbaycan xalqının heç zaman yaddaşlardan silinməyəcək tarixi qələbələridir. Amma bu qələbələri mümkün edən ən böyük qələbə - xalqın müdrik seçimi idi. Xalq müdrik bir seçim etmişdi – İlham Əliyev seçimi. Məhz, Prezident İlham Əliyev ən böyük tarixi qələbələrə Azərbaycan xalqının imzasını atdı, ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, xalqın qürur və ləyaqətini özünə qaytardı.
Bu gün Azərbaycan xalqı öz müdrik seçimi ilə sevinir və qüdrətli lideri Prezident İlham Əliyevlə fəxr edir.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
]]>
pressdent Mon, 10 Apr 2023 14:10:34 +0400
Minlərlə Laçınlı bu ilin sonuna qədər öz doğma diyarına qayıdacaqlar http://pressdent.az/gundem/1764-minlrl-lacinli-bu-ilin-sonuna-qdr-oz-dogma-diyarina-qayidacaqlar.html http://pressdent.az/gundem/1764-minlrl-lacinli-bu-ilin-sonuna-qdr-oz-dogma-diyarina-qayidacaqlar.html Minlərlə Laçınlı bu ilin sonuna qədər öz doğma diyarına qayıdacaqlar
Yolunu gözlədiyimiz Qarabağ 44 gün davam edən Vətən Müharibəsi nəticəsində öz sahibinə qayıtdı. Bu Vətən müharibəsində canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan oğullarına borcluyuq. Bu günlərdə bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının qəlbi eyni ümid işığı ilə döyünür və duaları eyni səmaya ucalırdı. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri və digər şəhər və rayonların dövlət başçısının diqqət mərkəzində olması, onların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi müşahidə olunur. 28 mart 2023-cü il tarixində Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin təyinatı ilə bağlı qəbul edərkən xüsusilə bildirmişdir ki, “Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur”. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir. Eyni zamanda dövlət başçımız qeyd etmişdr ki, biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir.
Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib. Göygöl rayonundan da Şərqi Zəngəzura yol çəkilir. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilib. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Həmçinin Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək.

Dövlət başçısı İlham Əliyev 31 dekabr 2022-ci il tarixli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqa müraciətində bildirmişdir ki, avqustun 26-da nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır: “Əminəm ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.” Hal-hazırda rayonda abadlıq-quruculuq işləri görülür, avtomobil yolları, enerji və su təchizatı, daxili infrastrukturlar yaradılır, yaşayış məskənləri salınır. Görülən bütün işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı rayona səfər edərək görülən işlərlə maraqlanır və hər səfərində yeni-yeni obyektlərin açılışında iştirak edir və təməlini qoyur.

Ən əsası, inanırıq ki, yaxın gələcəkdə Laçın ölkəmizin ən inkişaf etmiş rayonlarından birinə çevriləcək.

Anar Quliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Sarısu kənd ərazi partiya təşkilatının sədr müavini

]]>
pressdent Tue, 04 Apr 2023 15:49:50 +0400