Naxçıvanda təbiətə qayğı göstərilir
- 28.04.2019, 09:04,
- Cəmiyyət
- Baxılıb: 303
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümummilli liderimiz Heydər Əliyev deyib: “İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, zənginləşir”.
Bu gün muxtar respublikamızda təbiətə qayğı əsas məsələlər sırasındadır. Həyata keçirilən ekoloji siyasətin məqsədi də təbiəti zənginləşdirməkdən ibarətdir. Hər il yeni yaşıllıq zolaqları və meyvə bağları salınır. Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 27-də muxtar respublikada növbəti iməcilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və “Gəmiqaya” Holdinq Şirkətlər İttifaqının kollektivləri Uzunoba Su Anbarının kənarında terras üsulu ilə salınmış yaşıllıq zolağında keçirilən yaşıllaşdırma tədbirində 21 hektar meyvə bağının sahəsini genişləndirib, 2 hektar sahədə yeni tinglər əkiblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşıllaşdırma tədbirində iştirak edib.
Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 21 mindən artıq sakin iştirak edib, 6000-ə yaxın ting əkilib, meyvə bağlarına qulluq göstərilib.