Beynəlxalq Qadınlar Klubu tərəfindən Xeyriyyə Bazarı adlı tədbir keçirilmişdir

  • 24.02.2025, 15:59,
  • Gündəm
  • Baxılıb: 84



 23 fevral 2025 ci il tarixdə Beynəlxalq Qadınlar Klubu tərəfindən Xeyriyyə Bazarı adlı tədbir keçirilmişdir. Tədbiri BQK rəhbəri Cəmilə xanım Hüseynova 30 illik yubileylərinə həsr etmişdir. 30 illik fəaliyyətlərində sayca 45 ci xeyyriyyə bazarı təşkil olunmuşdur.

Pressdent.az xəbər verir ki, tədbirdə məqsəd sağlamliq imkanları məhdud olan insanların ,autizm uşaqların, həssas qrup insanların cəmiyyətə inteqrasiyasını təmin etmək, onların özgüvən hisslərini artırmaq, sevindirmək, qayğı ilə əhatə etmək idi.
Tədbirdə kiçik sahibkarları da unutmadan qarlə covğunlu havada novruz abu havası yaratdılar. Bu möhtəşəm toplantıda sağlamlığı məhdud insanlara səhnə verərək onların gələcək həyatlarında daha da ruhlanmalarına şərait yaradılmıșdir.

Tədbirdə Autizm uşaqlara, onların valideynlərinə dəstək ictimai birliyinin numayəndələri dövlət xadimləri, müğənnilər, Azerbaycan Sahibkar Qadinlar Ictimai Birliyin sədri Zemfira xanim Ağayeva və birliyin üzvləri, Səfirliklərin nümayəndələri, bir çox ictimai xadimlər numayəndələri ilə və tədbirə xüsusi maraq qatan Azərbaycan və Özbəkistanın  xalq artisti Gülyanaq xanım Məmmədova və digər mügənnilər də iștirak etmişlər.

Mədəniyyət