Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home1/pressdent/public_html/engine/classes/templates.class.php on line 205 Gündəm - Pressdent.az http://pressdent.az/ tr Gündəm - Pressdent.az DataLife Engine Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur. http://pressdent.az/gundem/1947-zrif-xanim-elm-almind-pes-oftalmologiyasinin-sasini-qoymusdur.html http://pressdent.az/gundem/1947-zrif-xanim-elm-almind-pes-oftalmologiyasinin-sasini-qoymusdur.html Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
Elə insanlar var ki, onların həyatını başqaları özünə ideal həyat seçir, belə insanlara oxşamağa çalışır, onları özləri üçün nümunə sayırlar. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu qəbildən olan insanlar sırasında yer alır. Biz onun timsalında Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Zərifə xanım Əliyevanın portret cizgiləri, mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.
Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub.
Həyatını çətin, ancaq hər kəsə gərək olan tibb sahəsi ilə bağlamış Zərifə xanım Əliyeva sonradan bu sahədə çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirdi. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etdi. Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o yaratmışdır. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalə və monoqrafiya çap etdirib. Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi. Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirməyə nail oldu. “Xroniki yod intoksikasiyasında oftalmologiya” mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır.
Zərifə xanım Əliyevanın həyatında pedaqoji fəaliyyət də mühüm yer tutur. O, heç bir halda özünü sırf elmi axtarışlara qapanan bir alim kimi təsəvvür etmirdi. Zərifə xanım özü gecə-gündüz öyrəndiyi kimi, həm də bildiklərini başqalarına öyrətmək istəyirdi.
1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alan alim bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Zərifə xanım Əliyeva elmi axtarışları ilə yanaşı, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə geniş pedaqoji iş aparırdı. Ümumiyyətlə, Zərifə xanım davamçılarının çox olmasını arzulayırdı. Gözəl müəllim olan Zərifə xanım illərlə əldə etdiyi bilikləri həvəslə həkimlərə çatdırmağa böyük səy göstərirdi. Onun rəhbərliyi ilə bir çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir.
Peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatına - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Professor Z.Əliyeva həm də həmin mükafatla təltif edilən ilk qadın alim idi. Bütün bunlar onun elmi araşdırmalarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə bariz sübutdur.
Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin, gözəl insan olan Zərifə Əliyevanın əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır.


Fikrət Məlikov,
Salyan rayon sakini, həkim-terapevt


]]>
pressdent Mon, 15 Apr 2024 17:45:08 +0400
Tibb elminə həsr olunmuş ömür http://pressdent.az/gundem/1946-tibb-elmin-hsr-olunmus-omur.html http://pressdent.az/gundem/1946-tibb-elmin-hsr-olunmus-omur.html Tibb elminə həsr olunmuş ömür
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Böyük alim Zərifə Əliyevanın fəaliyyəti geniş və zəngindir. Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanmışdır. Zərifə xanım həkim ailəsində böyümüşdü, sənətinə vurğunluğunu atası Əziz Əliyevdən əxz etmişdi. 1942-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və təhsilini 1947-ci ildə başa çatdırmışdı. Sonra Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmiş və bu ixtisasa dərindən yiyələnmişdir.
Elmi tədqiqatlara olan marağı Zərifə Əliyevanı Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirir. Orada həkim-ordinator kimi fəaliyyətə başlayır. 1950-ci ildə aspiranturaya daxil olur, sonra isə institutda elmi işçi kimi çalışır.
Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. Üstəlik də, bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Odur ki, onunla mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütünlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi. O, Bakıda insanları müalicə etməklə kifayətlənmir, traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Bununla da sanki Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü diktə edirdi. Alim tədqiqat işi olan traxomanın müalicəsi ilə bağlı məsələlərə, daha doğrusu, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Nəticədə traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində müvəffəqiyyətli nəticələr əldə edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa da malik idi. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. El məhəbbətindən, insanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi təbii ki, böyük zəhmət, fiziki və zehni gərginlik, uzun müddətli vaxt tələb edirdi. Zərifə xanım bu çətinliyin öhdəsindən uğurla gəlir. Çox keçmir ki, alimin diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi-görmə orqanının patologiyası cəlb edir.
1968-ci ildən məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi.
Akademikin bir sıra elmi işləri isə görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Onun daktriologiyadan bəhs edən "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdi. Bu gün də oftalmoloqların stolüstü kitablarından olan fundamental "Terapevtik oftalmologiya"nın müəlliflərindən biri akademik Zərifə xanım Əliyevadır.
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, dünya şöhrətli alim Zərifə Əliyevanın yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir. Görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın unudulmaz xatirəsi insanları daim öz işığına toplayır, həyat yolumuza, elmimizə, təhsilimizə sanki sönməyən çıraq tutur.

Rahib Kərimov,
Salyan rayon Yolüstü kənd tam orta məktəbin direktoru



]]>
pressdent Mon, 15 Apr 2024 17:44:28 +0400
“Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir” http://pressdent.az/gundem/1945-zrif-xanimin-nurlu-obrazi-hmis-bizim-uryimizddir.html http://pressdent.az/gundem/1945-zrif-xanimin-nurlu-obrazi-hmis-bizim-uryimizddir.html “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir”

Uca Allahın yaratdığı gözəlliklərin, rəngarəng, füsunkar təbiətin, dahi rəssam və heykəltaraşların əsrlər boyu yaşayan sənət əsərlərinin mahiyyətini, əbədiliyini insan gözü olmadan qəbul etmək və qavramaq mümkün olmazdı. Görmə qabiliyyəti həyatın bütün çalarlarını bizə bəxş edən sehrli və ecazkar nemətdir. Gözün sağlamlığını qorumağa bütün həyatını həsr etmiş, görmə qabiliyyətini itirməkdə olan insanların son ümid, and yeri, dünya oftalmologiyasının tarixinə əbədi olaraq adı qızıl hərflərlə yazılmış dahi azərbaycanlı alim və həkim, yüksək həkim sənəti ilə paklıq və mənəviyyatın zirvəsini əbədi olaraq fəth etmiş akademik Zərifə xanım Əliyeva bəşər təbabətində sənətinin incəliyini bütün varlığı, Vətəninə və xalqına xidməti ilə sübut etmiş, özü bu incəliyin və gözəlliyin mücəssəməsi, tərənnümü olmuşdur. Azərbaycanın görkəmli oftalmoloq-aliminin apardığı elmi-tədqiqat işlərinin mövzu seçimi ən mücərrəd və mürəkkəb sahələrdən olan milli xilaskarlıq, milli təhlükəsizlik, vətən övladlarının sağlamlığının qorunması, onun genetik fondunun zədələnməsinin qarşısının alınması kimi müasir və aktual məsələlərə həsr olunub. O, elmi-tədqiqat işlərini sadəcə elmi dərəcə əldə etmək naminə yox, xalq üçün, millət üçün, vətən üçün xeyirli bir iş görmək, faydalı olmaq naminə yerinə yetirirdi. Ona görə də dünyaşöhrətli alimin həyata keçirdiyi elmi işlərin mövzusu daim fundamental əsaslara söykənir, qlobal məsələlərin həllinə həsr olunurdu. Onun XX əsrin 50-ci illərində həyata keçirdiyi elmi-tədqiqat işlərinin nəticələri həmin dövrdə Azərbaycanda geniş yayılan traxoma kimi ağır infeksion xəstəliyin, eyni zamanda, qlaukoma xəstəliyinin qarşısının alınmasında, profilaktikası, diaqnostikası və müalicəsində mühüm rol oynadı. O, Azərbaycanda traxoma xəstəliyinin aradan qaldırılmasına tam əmin olduqdan sonra 1959-cu ildə namizədlik dissertasiyası müdafiə etdi. Həmin dövrün 60-70-ci illərində isə təkcə ölkə miqyasında yox, bütövlükdə Sovetlər İttifaqı miqyasında yüksək dərəcəli erudisiya sahibi olan Zərifə xanım Əliyevanın apardığı digər elmi istiqamətin parlaq nəticələrinin həyata keçirilməsi, praktikada tətbiqi sayəsində insanların müxtəlif peşə xəstəliklərinin qurbanı olmalarının qarşısının alınması ümumbəşəri bir xilaskarlıq nümunəsidir. 1976-cı ildə Moskvada doktorluq dissertasiyası müdafiə edən Azərbaycan aliminin unikal elmi nailiyyətlərinin ona dünya oftalmoloqları sırasında layiqli şöhrət qazandırması Azərbaycan elminin reytinqinin yüksəlişinə əlverişli zəmin yaratdı. 1923-cü ilin aprelin 28-də görkəmli dövlət xadimi, Azərbaycanda peşəkar və modern təbabətin qurulmasında əvəzolunmaz və müstəsna xidmətləri olan Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə xanımın taleyinə Ulu Tanrıdan müqəddəs missiyalar yazılmışdı və bu nəcib, kübar təbiətli, zərif bir xanım İlahidən ona verilmiş bütün vəzifələri şərəflə yerinə yetirdi. Sənət seçimində nəinki o çətin dövr, ümumiyyətlə, bütün dövrlər üçün ağır bir sahə olan oftalmologiyanı seçdi, insanlara nur bəxş etməyi peşəsinə çevirdi, böyük bir məktəb yaratdı, Azərbaycan oftalmologiyasını dünya səviyyəsinə qaldırdı. Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, ölkəmizin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda özünəməxsus peşəkarlıq və fədakarlıq ilə çalışan Zərifə xanım Əliyeva Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdimə İnstitutunda tibb elmləri doktoru, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəldi. Bu zərif xanımın taleyinə Ulu Tanrı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı, əbədi dostu, ailə ocağının qoruyucusu, övladlarının gözəl anası olmağı yazmışdı. Onun nurlu siması, hər zaman Azərbaycan üçün döyünən qəlbi nəsillərə hər zaman örnək, əsərləri, zəngin elmi irsi alimlərimiz və həkimlərimiz üçün tükənməz mənbədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da, hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır.

Toğrul Hacızadə,
Salyan rayon Mərkəzi Xəstəxanasının həkimi
]]>
pressdent Mon, 15 Apr 2024 17:43:57 +0400
Zərifə xanım Əliyevanın zəngin irsi daim öyrənilməli, gənc nəslə çatdırılmalıdır. http://pressdent.az/gundem/1944-zrif-xanim-liyevanin-zngin-irsi-daim-oyrnilmli-gnc-nsl-catdirilmalidir.html http://pressdent.az/gundem/1944-zrif-xanim-liyevanin-zngin-irsi-daim-oyrnilmli-gnc-nsl-catdirilmalidir.html Zərifə xanım Əliyevanın zəngin irsi daim öyrənilməli, gənc nəslə çatdırılmalıdır.
Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib. Görkəmli oftalmoloq-alim səmərəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə yüksək səviyyədə qiymətləndirilib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb. Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın adı hər zaman böyük fəxrlə, qürur hissi ilə çəkilir. Əməlləri ilə insanlığın zirvəsində dayanan Zərifə xanım Əliyeva yalnız peşə borcunu yerinə yetirməklə kifayətlənməmiş, torpağını, xalqını, Vətənini sevən bir vətəndaş kimi üzərinə düşən vəzifələrə layiqincə əməl etməyə, yaşadığı illəri silinməz izləri ilə ictimaiyyətə təqdim etməyə, ən əsası, sağlığında əfsanəyə çevrilərək yaratdığı məktəbdən neçə-neçə nəslin bəhrələnməsinə çalışıb. Gözlərə nur paylayaraq insanları yenidən həyata bağlayan Zərifə xanım seçdiyi peşəsinin dərinliklərini öyrənməklə, yeni müalicə metodlarını araşdırmaqla bu prinsipi fəaliyyətinin əsasına çevirib: “Gözlər qəlbin aynasıdır” deyirlər. Bu aynanın daha da şəffaflaşması üçün Zərifə xanım əldə etdiyi biliklə, təcrübə ilə kifayətlənməyərək daim yeniliklər axtarışında olub. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən Zərifə Əliyeva təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisasartırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdır. Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin səhifələr yazıb. Onun səhiyyənin inkişafına verdiyi töhfələr, bu sahədə böyük xidmətləri daim yüksək dəyərləndirilib. Görkəmli alimin qazandığı hər bir titul böyük səylərin, yorulmaz və fədakar zəhmətin, insanlara sonsuz sevginin nəticəsi idi. Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın alimdir. Zərifə xanım Əliyevaya insanların sevgisini şərtləndirən əsas amil mərhəmət, xeyirxahlıq, vətənpərvərlik kimi ali dəyələrin vəhdətini fəaliyyətində birləşdirməsi idi.
Zərifə xanım elmi fəaliyyəti ilə yanaşı, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi də bir nümunə yaradıb. O, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olaraq daim dahi liderə dəstəyini göstərib. Nəticədə bu xoşbəxt ailənin hər bir üzvü dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipinə çevirərək böyük məktəb yaradıb. Dahi şəxsiyyət Heydər Əliyev ömür-gün yoldaşı ilə bağlı xatirələrində bildirib ki, Zərifə xanım kimi həyat yoldaşım olduğuna və məhz onun ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə həmişə özümü xoşbəxt hiss etmişəm. Ümummilli Lider eyni zamanda qeyd edib ki, Zərifə xanım çox böyük alim olub. O, çox istedadlı, xeyirxah, sadə insan idi. “Zərifə xanım Əliyeva Azərbaycana qalibiyyət sevincini yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən bəhrələnən Prezident İlham Əliyev hər bir uğurunun təməlində milli ruhun, vətənpərvərlik ruhunun əsas amil kimi dayandığını məqsədyönlü və titanik fəaliyyəti ilə bir daha təsdiqləyir.
Bu gün Zərifə xanım Əliyevanın yüksək humanizm və insanpərvərlik ənənələrini Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva davam etdirir. Mehriban xanım Əliyeva Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi dahi şəxsiyyətin xidmətlərinin gənc nəslə çatdırılmasında biri-birindən önəmli layihələrin müəllifidir.
Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq bildirir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışdı, bir qadın və ana kimi ideal obraz yaradaraq xalqın qəlbində daim yaşayır, ehtiramla yad edilir.

Tünzalə Əsədova,
“Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin poliklinika şöbəsinin müdiri

]]>
pressdent Mon, 15 Apr 2024 17:43:27 +0400
Qax abadlaşır, gözəlləşir http://pressdent.az/gundem/1943-qax-abadlasir-gozllsir.html http://pressdent.az/gundem/1943-qax-abadlasir-gozllsir.html
Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Qaxda son aylar həyata keçirilən işlər danılmazdır. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Qaxın xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Qax tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.

Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Qax dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Qaxda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Qax rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. Bu da Qaxın regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Qax inamla gələcəyə doğru addımlayır

Doğrudan da Qax regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində rayon İH başçısı Musa Şəkiliyevin əməyi böyükdür. Əminik ki, Qax bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Qaxın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.

Qax rayonunda diqqət çəkən əsas məqamlardan biri də şəhərdə yeni parkların salınması, mövcud parkların yenidən qurulmasıdır. Burada parklar xüsusi zövqlə bəzədilib. Parklarda insanların rahat dincəlib istirahət edə bilmələri üçün hər bir şərait yaradılıb. Heydər Əliyev parkı, şəhər parkı, gənclik parkı və digər istirahət məkənları şəhər sakinlərinin asudə vaxtlarında ən çox üz tutduğu yerlərdir.

Qax rayonunda baş verən sürətli inkişafı sözlə izah etmək mümkün deyil. Necə deyərlər min eşitməkdənsə, bir görmək yaxşıdır. Gecə saatlarında isə şəhər bam-başqa olur. Burada yaradlılan işıqlandırma sistemləri, şəhərin gözəlliyini xüsusi rəng qatır. Bərq vuran rəngərəng işıqların yaratdığı gözəllik fonunda sanki həyat yenidən qaynamağa başlayır. Bu vəsaitdən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində rayon üzrə həyata keçirilən tədbirlərin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə sərf olunacaq.

Hazırladı: Eldəniz

Qax abadlaşır, gözəlləşir
Qax abadlaşır, gözəlləşir
Qax abadlaşır, gözəlləşir
Qax abadlaşır, gözəlləşir
Qax abadlaşır, gözəlləşir
Qax abadlaşır, gözəlləşir
]]>
pressdent Wed, 10 Apr 2024 14:08:12 +0400
Abdullayev Emil“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” http://pressdent.az/gundem/1942-abdullayev-emiltarixi-zfrimiz-heydr-liyev-siyastinin-tntnsidir.html http://pressdent.az/gundem/1942-abdullayev-emiltarixi-zfrimiz-heydr-liyev-siyastinin-tntnsidir.html
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, həmin müharibəyə qədər baş verən Aprel döyüşləri (2016-cı il, 1-5 aprel), Günnüt zəfəri (2018-ci il, 20-27 may), Tovuz döyüşləri (2020-ci il, 12-17 iyul) və diplomatik cəbhədə görülən işlər heç şübhəsiz memarı ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunun əzəmətindən xəbər verir. Lakin, bu dəfə qazanılan qələbə əvvəlki dövrlərdən fərqli olaraq daha əsaslı idi. Bu zəfəri daha da möhkəm edən Azərbaycan ordusunda, Azərbaycan diplomatiyasındakı nəzərəçarpacaq qədər hiss olunan inkişaf idi. Dəyişməyən isə Azərbaycan xalqının iradəsi və vətən eşqi idi. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə aparan yolı Aprel döyüşlərindən başladı. Məhz 2016-cı ilin aprelin əvvəlində hələ o dövrdə mövcud olmuş təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Düşmənin 2020-ci ilin sentyabrın 27-də baş verən növbəti təxribatı nəhayət 44 günlük Vətən müharibəsinin başlanması ilə nəticələndi. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident İlham Əliyevin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xeyli az itki ilə böyük zəfərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda “Laçın Dəhlizi”nə doğru irəliləməyə başladı. “Laçın Dəhlizi” Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi.

Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri və ümumilikdə 300 dən çox kənd və yaşayış yerləri vişğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra N.Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək “kapitulyasiya aktı”na imza atmağa məcbur oldu. Noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınmışdır. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxn xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi. Bəşər tarixinin son onillikləri müharibələrlə doludur. Lakin heç bir dövlət başçısı həmin müharibə zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu baxımdan Prezident İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin qlobal miqyasda nüfuzlu lider olmasından irəli gəlirdi. Beləliklə, döyüş meydanında qalib olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşından da qalib oldu. Ən mühümü odur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu. Bununla da, həm Ermənistan, həm də dünya erməni şovinizminin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.

Ölkə başçısı 2020-ci il dekabr ayının 3-də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında sərəncam imzalamışdır. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edilmişdir. Qeyd edək ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində 44 günlük Vətən müharibəsndə Türkiyə, Pakistan, Əfqanıstan və digər ölkələr Azərbaycana mühüm mənəvi-siyasi dəstək göstərdilər. Qardaş Türkiyənin xalqımıza dayaq durması qələbəmizdə mühüm rol oynadı. Bundan əlavə, Prezident İlham Əliyevin böyük nüfuzu və şəxsi səyinin nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr də ölkəmizə siyasi dəstək verdilər. Buna görə də, N.Paşinyanın rəhbərlik etdiyi hərbi-xunta höküməti beynəlxalq ictimaiyyəti aldatmaq təşəbbüsləri iflasa uğradı.

Dekabrın 10-da isə keçirilən möhtəşəm Zəfər paradı isə Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Paradda nümayiş etdirilən texnikalar dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını nümayiş etdirdi. Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunmuşdur. Aprelin 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xüsusi təşəbbüsü ilə Bakıda salınan Hərbi Qənimətlər Parkının açılışı olmuşdur. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Ermənistanın təslimçilik - kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli Laçın yolundan öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Bundan əlavə Qarabağ iqtisadi rayonunda təbii sərvətlərimiz vəhşicəsinə talan edilir və ekologiyaya ciddi zərər vurulurdu. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa oldu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Beləliklə, aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı.
Abdullayev Emil“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”


Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Xalqa müraciətində Prezident İlham Əliyev bidirib ki: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.

Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm zəfərlər qazanacaq.

Bayraq hər bir millətin imzasını, onun kimliyini təsdiq edən bir varlıqdır. Bayraq həmçinin Vətənə sevgi və məhəbbət rəmzidir. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik duyğuları aşılayır. Üçrəngli bayrağımızın yaranması 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olunmuş və ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. 1919-ci il dekabrın 7-də isə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində ucaldılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Azərbaycan xalqı doğma və əziz bayrağından 70 il zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azərbaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.

Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz Prezident İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir. Belə ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkəmizdə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Artıq xalqımız dördüncü ildir ki, Bayraq Gününü Zəfər sevinci ilə qeyd edir. Xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq.

***


Abdullayev Emil Faiq oğlu 1975-ci ildə Bakı şəhərində anadan olub. Nizami rayonu 145 saylı tam orta məktəbin rus sektorunu bitirib.
1992-1997 ci illərdə Azərbaycan Dövlət İxtisas Universtetində oxuyub.
2000- ci ildən 2007- ci ilə qədər Dövlət Sərhəd Xidmətində N saylı hərbi hissədə Mailiyyə rəisi işləyib.
2007 ci ildən 2017-ci ilə qədər Bank respublika ASC-da Göyçay filialının müdiri vəzifəsində çalışıb.
2020- ci ildə Alyans İnvesmed şirkətini açdıq və bu gün ki, günə qədərdə fəaliyyət göstəririk plastik yeşiklər istehsal eliyirik.

Abdullayev Emil“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”
]]>
pressdent Sun, 07 Apr 2024 20:26:43 +0400
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu http://pressdent.az/gundem/1941-sahnaz-sukurzad-aprel-doyuslri-tarixi-zfrimiz-gedn-yolun-baslangici-oldu.html http://pressdent.az/gundem/1941-sahnaz-sukurzad-aprel-doyuslri-tarixi-zfrimiz-gedn-yolun-baslangici-oldu.html Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Bu gün rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən səkkiz il keçir. Aprelin 1-5 tarixlərində baş verən, xalqımızın yenilməzliyinin, məğrurluğunun növbəti nümayişi olan bu döyüşlər Silahlı Qüvvələrimizin hansı imkanlara, gücə, qüdrətə malik olduğunu təsdiqlədi. 30 illik işğal dövründə Qarabağ münaqişəsinin nizamlanması prosesindən bəhs edilərkən daim bu mühüm məqam xüsusi vurğulanırdı ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolunun seçilməsi şəksizdir. Təbii ki, bu əminlik ordu quruculuğu istiqamətində görülən işlərə, Silahlı Qüvvələrimizin döyüş ruhunun, qələbə əzminin artırılmasına yönələn addımlara əsaslanırdı. 2016-cı ilin Aprel döyüşləri şanlı Zəfərimizə gedən yolun başlanğıcı, Azərbaycan Ordusunun üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanlarına malik olmasının təqdimatı kimi çağdaş tariximizə düşdü. 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti cavab zərbələri endirildi. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Silahlı Qüvvələrimiz düşməni məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Dörd gün davam edən bu döyüşlər çoxəsrlik tariximizə şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərindən sonra xalqımızın bu gün artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına, torpaqlarımızın işğaldan azad edilərək əzəli və əbədi sahibinə qovuşacağına, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamı daha da artırdı. Aprel döyüşləri işğalçı dövlətin və ona havadarlıq edənlərin keçmiş Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Azərbaycanın məğlubiyyətə uğrayacağı ilə bağlı səsləndirdikləri sərsəm fikirlərin nə qədər əsassız olduğunu bütün dünyaya göstərdi. Bu döyüşlər ermənilərin, erməni lobbisinin və diasporunun illərdir yaratdıqları “məğlubedilməz Ermənistan ordusu” mifini dağıtdı. Dünya Azərbaycan Ordusunun böyük imkanlara malik olduğunun şahidinə çevrildi.

Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən tarixi qələbədir. Azərbaycan Ordusu bir daha sübut etdi ki, hər bir təxribatın qarşısı qətiyyətlə almağa, düşməni diz çökdürməyə qadirdir. Dövlət başçısı İlham Əliyevin Aprel döyuşlərindən sonra, 2017-ci ildə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılış mərasimindəki çıxışında “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır” çağırışını edən Prezident İlham Əliyev, həmçinin bildirdi ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətlərini bundan sonra da davam etdirə bilərlər. Həmin sessiyada 2016-cı ilin Aprel döyüşlərinə xüsusi diqqət yönəldən cənab İlham Əliyev qeyd etdi ki, Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Aprel döyüşlərinin ardınca 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş ruhunun, qələbə əzminin növbəti təqdimatı oldu. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərs verildi. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək, dünya güclərinin öhdəsindən gələ bilmədiyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin təkbaşına icrasına nail olmaq Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini nümayiş etdirdi.

Elçin Bilalov Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd edib. Bildirib ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu. Xalqımız bu qayıdışı böyük sevinc və qürur hissi ilə qarşıladı. Belə bir əminlik yarandı ki, tarixi torpaqlarımıza qayıdış davamlı olacaq.
Fəridə müəllimə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu

Bu gün artıq tarixin arxivində pas atmaqda olan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanının yaradılması, həmçinin ordumuzun gücünün, qüdrətinin artırılması, xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi gələcəyə daha böyük inamla addımlamağımıza əsas verdi. Dövlətimiz daim ordu quruculuğuna xüsusi diqqət yetirərək onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin döyüş hazırlığının beynəlxalq standartlara cavab verməsi istiqamətində mühüm addımlar atdı və bu gün də həmin proses davam etdirilir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması bu sahədə görülən işlərin nəticəsidir. Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin sentyabrında rəşadətli ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalandı. Xankəndi şəhərində Zəfər paradının keçirilməsi, bu ilin mühüm hadisəsi, yeni dövrün başlanğıcı olan 7 fevral növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs vermələri, Müzəffər Ali Baş Komandanın Novruz tonqalını Xankəndidəki Zəfər meydanında alovlandırması, Xocalı faciəsinin 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi və ölkə Prezidentinin bu məkanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, bu il keçmiş məcburi köçkünlərin Füzuli və Laçın şəhərlərinin davamı olaraq Xankəndiyə, Xocalıya, Şuşaya, Kəlbəcərə və Cəbrayıla qayıdacaqları və sair kimi biri-birindən mühüm hadisələr tarixi ədalətin təntənəsi olmaqla yanaşı, Aprel döyüşlərindən başlanan yolun xalqımıza və dövlətimizə bəxş etdiyi möhtəşəm uğurlarıdır. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir, cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min soydaşımızın doğma yurd-yuvasına qayıdışı hədəflənib.

Bu gün hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanmasından böyük qürur hissi keçirir.

Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu


Füzuli rayonu 35 N li tam orta məktəbin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirindən.

Füzuli rayonu 35 N li tam orta məktəbin direktoru Şahnaz Şükürzadə
]]>
pressdent Sun, 07 Apr 2024 10:20:17 +0400
Şər və böhtan yazanlara TUTARLI CAVAB http://pressdent.az/gundem/1940-sr-v-bohtan-yazanlara-tutarli-cavab.html http://pressdent.az/gundem/1940-sr-v-bohtan-yazanlara-tutarli-cavab.html Şər və böhtan yazanlara TUTARLI CAVAB
Tam səmimiyyətlə demək istəyirik ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Niyazi Bayramovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Gəncə icra başçısının oğlu lüks avtomobillərdə Şəhidlər Xiyabanı zibil içində..başlıqlı yazı yazaraq, gözdən salmağa çalışırlar. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və oğlu hər zaman qazilərə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Niyazi Bayramov və oğlunun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Niyazi Bayramov və oğlu səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdırlar.

Şər və böhtan yazanlara TUTARLI CAVAB

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Niyazi Bayramovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Niyazi Bayramov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Niyazi Bayramov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.

Qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov görüş iştirakçılarını ilaxır çərşənbə və Novruz Bayramı münasibətilə təbrik edərək, hər birinə cansağlığı arzulayıb.

Daha sonra şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Şər və böhtan yazanlara TUTARLI CAVAB
Şər və böhtan yazanlara TUTARLI CAVAB
Şər və böhtan yazanlara TUTARLI CAVAB
Şər və böhtan yazanlara TUTARLI CAVAB
Şər və böhtan yazanlara TUTARLI CAVAB
Şər və böhtan yazanlara TUTARLI CAVAB
Şər və böhtan yazanlara TUTARLI CAVAB
Şər və böhtan yazanlara TUTARLI CAVAB

Hazırladı: Babək Cəfərov
Bölgə müxbiri
]]>
pressdent Sat, 30 Mar 2024 19:43:19 +0400
Bu gün çox dəyərli insan Vüqar Səlimovun doğum günüdür http://pressdent.az/gundem/1939-bu-gun-cox-dyrli-insan-vuqar-slimovun-dogum-gunudur.html http://pressdent.az/gundem/1939-bu-gun-cox-dyrli-insan-vuqar-slimovun-dogum-gunudur.html Bu gün çox dəyərli insan Vüqar Səlimovun doğum günüdür
Bu gün çox dəyərli insan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimovun doğum günüdür. Redaksiyamızın rəhbərliyi və kollektivi adından cənab Vüqar Səlimovu təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Vüqar Səlimovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Vüqar Səlimov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Vüqar Səlimov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

]]>
pressdent Sat, 30 Mar 2024 07:41:29 +0400
Dövlətin pulunu mənimsəyən məmur kimdir? http://pressdent.az/gundem/1938-dovltin-pulunu-mnimsyn-mmur-kimdir.html http://pressdent.az/gundem/1938-dovltin-pulunu-mnimsyn-mmur-kimdir.html Şahmar Hüseynovu son vaxtlar neft hasilatının aşağı düşməsi ilə,işdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunması bildirilsədə onun fəaliyyəti dövrü ilə böyük araşdırılma aparılmasına ciddi ehtiyac duyulur.
Pressdent. az xəbər portalı olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq və jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Ətraflı növbəti sayımızda.

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.]]>
pressdent Thu, 28 Mar 2024 16:53:02 +0400