Azərbaycan-Türkiyə münasibətləri hərtərəfli inkişaf edir

  • 28.09.2023, 11:43,
  • Gündəm
  • Baxılıb: 137
Azərbaycan-Türkiyə münasibətləri hərtərəfli inkişaf edir

Məlum olduğu kimi, artıq bölgədə gedən siyasi proseslərin önəmli oyunçuları olan iki dövlət arasında proseslər yeni mərhələyə qədəm qoyub. Yeni mərhələ Azərbaycan və Türkiyənin lokal, regional və beynəlxalq səviyyədə yürüdülən siyasi xətdə qarşılıqlı maraqların nəzərə almasını tələb edir. Bunun nəticəsində iki qardaş ölkə zaman-zaman gözlənilən istənilən təklükələrə birlikdə qarşı sinə gərəcəklər. Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü və bəyanatları beynəlxalq aləmə növbəti birlik və qardaşlıq çağırışı idi. Prezident İlham Əliyevin bəyanatında Şuşa Bəyannaməsinə toxunaraq əlaqələrin ən yüksək zirvədə olduğunu deyib: “Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən önəmli sənədddir.
Yerə gəlmişkən, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmz səfəri çərçivəsində Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməqoyma mərasimi keçirlib. Dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar. Prezidet İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərini Türkiyə ilə qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olaraq dəyərləndirb. “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”, - deyə cənab Prezident bəyanatında bildirib. Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar. İki dövlət arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi, eləcə də bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Prezident İlham Əliyev bəyanatında bütün bunların strateji əhəmiyyət kəsb edən layihələr olduğunu deyib: “TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəklər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında önəmli mesajlar verib. Rəcəb Tayyib Ərdoğan deyib ki, “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. O, Nazirlər Kabinetinin növbəti iclasından sonrakı çıxışında Naxçıxan səfəri və imzalanan sənədlər haqqında da danışıb. R.T.Ərdoğan Naxçıvanın coğrafi mövqeyinə görə Türkiyə üçün xüsusi və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “2020-ci ildə Bakıya səfərimiz zamanı söz verdiyimiz İğdır-Naxçıvan təbii qaz kəmərinin təməlini qoyduq. Enerji və mənzil sahəsində dünən imzaladığımız 3 yeni müqavilə ilə əlaqələrimizi gücləndirdik”.
Ən əsası, hər iki dövlətin əlaqələrinin nəinki ildən-ilə, aydan-aya daha da möhkəmlənməsi regionda birlik və güc amili yaradır. Bu, eyni zamanda beynəlxalq üçün birlik dostluq və qardaşlıq nümunəsidir.

Bəhruz İsgəndərov,
YAP Göygöl rayon təşkilatı üzrə “Göygöl Şərab Zavodu” Açıq Səhimdar Cəmiyyəti ərazi partiya təşkilatının sədri
Mədəniyyət