Təbrik edirik 100 yaşa QARDAŞ!

  • 13.09.2023, 21:05,
  • Gündəm
  • Baxılıb: 51
Təbrik edirik 100 yaşa QARDAŞ!

Bu gün Naxçıvan torpağının nüfuzlu və ləyaqətli övladı, “Stimul” ticarət mərkəzinin rəhbəri, tanınmış iş adamı, xeyriyyəçi, halal zəhməti ilə kimsəsizlərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və digər imtiyaz sahibi olan şəxslərə arxa-dayaq duran, bir kimsədən kömək əlini üzməyən, qəlbinin genişliyi ilə neçə-neçə insanların sevimlisinə çevrilən və hal-hazırda Bakı şəhərində yaşayan Hüseynov Fariz Abdulsaleh oğlunun 43 yaşı tamam oldu. Belə bir özəl və gözəl gün münasibətilə Fariz Hüseynovu ilk öncə ailə üzvləri, əzizləri, bütün yaxın qohum-əqrəbası, istəkli dostları və s. ürəkdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı arzu edirlər. Bu təbrikə Fariz Hüseynovun yaxın dostu Fuad Əliyev başda olmaqla Aftandil həkim, Adil müəllim, Vüsal müəllim, Elnur müəllim, Tamella Fərazi və digər şəxslər də qoşulur və ona bundan sonrakı ömür yollarının daha xoşbəxt, daha firəvan olmasını, övlad və nəvə xoşbəxtliyinin sevincli anlarını yaşamasını, qarşıladığı hər günün düşərli olmasını arzu edirlər.

Doğum günün mübarək! Fariz Hüseynov - 43



Ad günün mübarək ey vətən oğlu,

Xoş arzu-istəklər qismətin olsun!

Ömür yollarında ucalığa doğru,

Atdığın hər addımın öz uğuru olsun!



Naxçıvan övladısan, ləyaqətlisən,

Ürəkdən təmizsən, qəlbi genişsən,

Torpağa bağlısan, vətən sevənsən,

Bu günün sevinci mübarək olsun!

Ad günün, şad günün mübarək olsun!
DAHA ÇOX XƏBƏR:

Təbrik edirlər!

  • 12 Eyl, 11:52

Tabrik edirik

  • 03 Şub, 15:01
Mədəniyyət