Etibar Nəsibov- 41, Doğum günün mübarək!

Etibar Nəsibov- 41,   Doğum günün mübarək!

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində ekstrasenslik fəaliyyəti ilə məşğul olan Etibar Nəsibovun doğum günüdür. Belə bir özəl və gözəl gün münasibətilə 13 yaşından məşğul olduğu peşəsini seçən, illər keçdikcə qeyri-adi istedadı ilə Azərbaycanın hüdudlarından da çox-çox uzaqlarda tanınan, hətta özünün qabiliyyəti ilə əksər ölkələrin tanınmış ekstrasenslərindən tamamilə fərlənən, öncədən söylədiyi açıqlamaları ilə tam əksəriyyətin diqqətini özünə cəlb edən, yüksək elmli, mədəniyyətli danışığı və davranışı ilə əksəriyyətə nümunə olan, ifadə etdiyi hər bir sözün və fikirin mənasına olduqca diqqət yetirən, lazım gəldikdə imkansız insanlara kömək əlini uzadıb xeyriyyəçi adı ilə tanınan bu şəxsi, məhz doğum günü münasibətilə PRESSXEBER.Az saytının yaradıcı kollektivi ürəkdən təbrik edib, ona həyatda uzun ömür, cansağlığı və gələcək fəaliyyətində yeni-yeni uğurlara qovuşmasını arzu edirlər.

İlahi verib o qeyri-adi gücü sənə,
Köməyi oldun qəlbindən küsənə!
Yaradanın verib bu qisməti sənə,
Allah kömək olsun sənə yenə də!

Sən bir əzəmətsən, vüqarlı dağsan,
Hüzuruna üz tutana arxa-dayaqsan!
Küsmüş qəlblərin sevinc payısan,
Etibar adını daşıyan bir etibarsan!


Etibar Nəsibov- 41, Doğum günün mübarək!
Mədəniyyət