Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsindən sonra bütün dünya Azərbaycanın nəyə qadir olduğunu gördü. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi və xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəlirdi ki, Prezident cənab İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir.
Cənab Prezidentin hakimiyyətdə olduğu 19 il ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı işğalı aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da qalib gəldi. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.
Ölkəmizin şanlı qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını yaradıb. Artıq bir çox Asiya ölkələri bu yeni imkanların fərqindədir. Xüsusilə, Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də, Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eləcə də Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır. Asiya ölkələri vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avropa bazarlarına çatdırılması ölkəmizin iqtisadi potensialının artırılmasında xüsusi rol oynaya bilər. Regionda digər həyata keçirilməsi nəzərdə tutulan layihələri dəyərləndirdikdə Zəngəzur dəhlizi region ölkələrinə daha ucuz alternativ olaraq çıxış edir. Uzun illərdir, beynəlxalq maliyyə institutları, xarici dövlətlər, hətta, Ermənistan dövləti belə İran və Ermənistandan keçməsi nəzərdə tutulan və 3.5 milyard ABŞ dolları dəyərində olan yeni dəmir yolu xəttinin maliyyələşdirilməsinə nail ola bilməyiblər. Belə qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinin yaradılması ilə formalaşan yeni iqtisadi konyuktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq.
Zəngəzur dəhlizinin açılması ilə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Belə ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi onun etibarlılığını artıran mühüm faktordur. Ermənilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmaq istəyirlər. Bu da səbəbsiz deyil. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, hər iki ölkəyə dünyada gedən siyasi proseslərə təsir göstərmək imkanı da qazandıracaq. Lakin, Prezident cənab İlham Əliyevin qətiyyəti qarşısında Ermənistan geri addım atmağa məcbur oldu. Artıq qonşu ölkədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi və onun Ermənistana da fayda gətirəcəyi barədə bəyanatlar verilir. Azərbaycan dövlətinin tələbi və böyük güclərin bu işə olan marağı qarşısında Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmağa məcbur oldu.
Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn, nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Belə ki, Çinin dünyaya açılma siyasətinin beynəlxalq aləmin diqqət mərkəzində olması faktdır. Avropa İttifaqı da Çinlə iqtisadi əlaqələrə böyük əhəmiyyət verir. Çünki Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır və dünya bazarına ildə təxminən 2 trilyon 400 milyard dollar dəyərində məhsul çıxarır. Bu səbəbdən də yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüslə çıxış edir. Buna görə də Avropa ilə mal mübadiləsində yeni yollardan biri olan “Şərq-Qərb” nəqliyyat dəhlizinə böyük əhəmiyyət verilir.
Məlumdur ki, hazırda dünya ölkələri müxtəlif marşrutlar əldə etmək üçün qızğın iqtisadi və siyasi mübarizəyə başlayıblar. Çünki yüklər haradan keçərsə, o ölkə tranzit ərazi kimi milyardlarla dollar gəlir əldə edəcək. Prezident cənab İlham Əliyev bu sahədə də vaxtında lazımi tədbirlər görüb. İndi bizim nəhəng Xəzər Dəniz Donanmamız var. Donanmanın tərkibində Xəzərin şərq sahilindən qərb sahilinə yük daşımaq üçün bərə gəmilərimiz də kifayət qədərdir. Azərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası həm də “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizləri ilə bağlı yeni şərait yaradır. Prezident İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, böyük siyasi dividendlər gətirəcək.
Bir sözlə, ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dünyanın bir çox ölkələri bu reallığı qəbul edərək Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa üstünlük verirlər. Vaxtilə bizə siyasi əngəl törədən ölkələr indi iqtisadi əməkdaşlığa can atırlar.

Faiq Zərbəliyev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru
  • Нравится
  • 0
Полный после этого

игры для xbox 360 freeboot kinect
действия
  • Нравится
  • 0
Детальнее после этого

игры фрибут
действия
Mədəniyyət