Hacıqabul musiqi məktəbinin uğurları.

Hacıqabul musiqi məktəbinin uğurları.

Ən şərəfli sənət müəllim sənətidir.Çünki bu günümüzün həkimini, polisini, vəkilini, komputer mühəndisini, memarını hətta müəllimini belə müəllim yetiştirir.

Hər bir sahə üzrə müəllim əməyinə ehtiyacımız olduğu kimi musiqi sahəsində də insana verilmiş talantla bərabər müəllimə olan ehtiyac daha çoxdur.

Qeyd etmək lazımdır ki, verilmiş talantın inkişaf etdirilməsi üçün musiqi müəllimlərinin zəhməti və əməyi musiqiçilər üzərində çox böyükdür.

Bu buraxılışımızda qeyd etdiyimiz sahə üzrə böyük əməyi olan Hacıqabul musiqi məktəbinin müavini Vüsalə Məmədovanın fəaliyyəti haqqında danışmaq istərdik.

Vüsalə xanım fəaliyyəti dövründə öz peşəsini sevən,işinə xüsusi tələbkarlıq göstərməsi ilə yanaşı məktəbin müəllim və şagirdlərinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.Bunun nəticəsidir ki, Vüsalə müəllimə peşəkar fəaliyyəti ilə yanaşı insani xüsusiyətləri ilə də hər kəsin sevgisini qazanmışdır.

Məktəb şagirdlərinin xüsusi konsert proqramlar ilə müxtəlif tədbirlərdə xüsusi musiqili buraxılışlarla çıxışlar etmiş və müxtəlif fəxri fərman , diplomlarla təltif edilmişlər.

Xüsusi ilə qeyd etmək lazımdır ki, məktəbin musiqi kollektivi 8 noyabr Zəfər Bayramı ilə bağlı rayon rəhbərliyinin təşkil etdiyi tədbirdə içtimaiyyət qarşısında böyük konsert proqramı ilə çıxış etmişdir.

Vüsalə xanım bütün işləri ilə yanaşı 44 günlük müharibə ərzində şəhid ailələrinin yanında olmuş , onlara və qazilərimizə xüsusi diqqət və qayğı göstərmişdir.

Vüsalə Məmmədova bu gündə daim öz qayğı və diqqətini şəhid ailələri, qazilərimizədən əsirgəmir.

Onu da qeyd etməliyik ki, məktəbin şagirdlərinin müxtəlif ölkələrdə də musiqili çıxışları olmuş, Fəxri Fərman və Diplomlarla təltif edilmişlər.

Hər bir yüksək nailiyyətin əldə edilməsi böyük əmək tələb etməsi ilə yanaşı peşəkar müəllim əməyinin olması da danılmazdır.Bu baxımdan Vüsalə Məmmədovanın rəhbər və öz peşəsini sevən müəllim kimi əməyi yüksək qiymətləndirilməlidir.Bütün bunların nəticəsidir ki, Vüsalə müəlliməməktəb kollektiv və şagirdlər arasında xüsusi sevgi , rəğbət qazanmışdır.

Biz redaksiya olaraq Vüsalə xanım Məmmədovaya uğurlar arzulayırıq.
Mədəniyyət