Azərbaycan Respublikasının Bələdiyyələr haqqınd qanuna uyğun olaraq Oğuz rayonunda keçirilmiş Bələdiyyələrə seçkilər yüksək səviyyədə təşkil edilmiş və xalqın istəyinə uyğun olaraq layiqli namizədlər səs çoxluğu ilə seçilmişlər.
Filfili kəndindində kecirilmiş seçkilərdə gənc nəslin nümayəndəsi İlkin Ağayev idarə heyyətinin səs çoxluğu ilə kənd bələdiyyə sədri seçilmişdir.
Sədr, İlkin Ağayev iş fəaliyyətinə başladığı gündən müxtəlif çətinliklərlə qarşılaşmasına baxmayaraq qısa bir müddətdə O, işinə məsuliyyətlə yanaşaraq Bələdiyyə binasının bərpa edilməsini təmin etmiş öz fəliyyəti ilə kənd sakinlərinin rəğbətini qazanmışdır.
Belə ki, İlkin Ağayev işlədiyi müddətdə kənd yollarının yararli hala salınmasını , kənd sakinlərinin işməli su ilə təmin edilməsini təşkil etmişdir.
Bütün fəliyyəti ilə yanaşı İlkin müəllim , 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra da daim şəhid ailələrinə xüsusi diqqət və qayğısını əsirgəməmişdir.
Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin gənclərin müxtəlif vəzifələrə gətirilməsi bir daha sübut edir ki, gənclərin onlara göstərilən etimadın doğruldulması üçün yüksək səylə çalışırlar.
Bu cür siyasətin bariz nümunəsi olaraq İlkin Ağayevin iş fəaliyyətini göstərmək olar.
O, rəhbərlik üslu və eyni zamanda insani xüsusiyyəti ilə insanlar arasında yüksək sevgi , rəğbət qazanmışdır.
Biz redaksiya olaraq öz adımızdan İlkin Ağayevə öz işlərində müvəffəqiyyət diləyirik.