Oktay Abdullayev təhsilimizin inkişafında əvəzsiz xidməti olan ziyalılardandır

Oktay Abdullayev təhsilimizin inkişafında əvəzsiz xidməti olan ziyalılardandır

İndiyə kimi ölkəmizin təhsil sahəsində keçdiyi yolları təhlil edərkən, ilk əvvəl Azərbaycan təhsilinin ötən illərinin tarixinə bir qədər nəzər salmağa ehtiyac duyulur. Çünki bu sahənin inkişafı, məhz ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Yəni, Ulu Öndər hakimiyyətdə olduğu ötən illər ərzində o, Azərbaycan gənclərinin mükəmməl təhsil almalarına çalışmış və təhsilimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün lazımi addımlarını atmışdır. Ələlxüsus, ölkəmizi çətin durumlardan xilas etmiş Ümummilli Lider bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bir sözlə, həmin illərdə təhsil müəssisələrinin yenidən qurulmasına, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib olunmasına və digər yüksək səviyyəli işlərin icra olunmasına başlanılır. Hal-hazırda ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənabları da, bu kursa sadiq qalıb Azərbaycan təhsilinə yüksək səviyyədə diqqət və qayğı göstərməkdə davam edir. Faktdır ki, möhtərəm Prezident indiyə kimi təhsilimizin inkişaf etdirilməsi ilə bağlı bir neçə Sərəncamlar, Fərmanlar imzalayıb. Bundan əlavə, Azərbaycanın təhsil müəssisələrində şagirdlərin müasir texnologiyalarla bağlı məlumatları əldə edə bilmələri, kompyuterlərdən lazımi səviyyədə istifadə etmək bacarıqlarının olması və s. kimi məqsədlər üçün müəyyən dərsliklər də təşkil olunur. Belə bir halların varlığı, məhz təhsilimizin inkişafı yolunda atılan addımlardır. Bu gün təhsilimizə göstərilən diqqət və qayğı hər bir azərbaycanlının, Azərbaycan millətinin, bütövlükdə ölkəmizin gələcəyi hesab etdiyimiz gənclərin daha savadlı, bilikli, ağıllı, intellektual olmaları üçün göstərilən xidmət növləridir. Belə bir xidmət növləri hər kəs tərəfindən yüksək dəyərləndirilir. Bugünkü təhsilimizin inkişafı təkcə ölkə daxilində deyil, həmçinin beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilir. Çünki, Azərbaycanın digər ölkələrlə sıx əməkdaşlıq etdiyi sahələrdən biri də, məhz təhsil sahəsidir. Bütün bunlar onu göstərir ki, ölkəmizin təhsil sahəsi durmadan inkişaf edir və getdikcə də təkmilləşir. Bir sözlə, Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir. İndiyə kimi görülən işlər, qarşıya qoyulan əsas strateji hədəflər və s. birbaşa ölkəmizin təhsil sahəsinin parlaq gələcəyindən xəbər verir. Bəli, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş islahatlar, bu gün ölkə rəhbərinin diqqət və qayğısı sayəsində uğurla həyata keçirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasında, Azərbaycan dövlətinin sürətli inkişafında əsas rol oynayır.

Aparılan tədqiqatlar onu təsdiq edir ki, yüksək keyfiyyətli təhsilin olması, hər kəsin məşğulluğunun təmin olunmasında, iqtisadi səmərəliliyin artırılmasında, yoxsulluq riskinin azaldılmasında, bir sözlə, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasında əsas şərtlərindəndir. Qeyd edək ki, təhsilin keyfiyyəti yaxşılaşdıqca məşğulluğun təmin olunması imkanları genişlənir, pul gəlirləri artır, son olaraq əhalinin həyat səviyyəsi müsbət mənada dəyişir. Vaxtilə xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdi: “Təhsil dövlətin əsas dayaqlarından biridir, ona görə də bu sahəyə hər zaman dövlət qayğısı artırılmalıdır”. Ulu Öndərin belə bir yanaşmasından sonra səlahiyyət sahibi olan şəxslər təhsilimizin inkişaf etdirilməsinə, problemlərinin aradan qaldırılmasına diqqət və qayğını artırdı, bu gün də həmin diqqət və qayğı özünü göstərməkdə davam edir. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən möhtərəm İlham Əliyev də, məhz prezident seçildiyi ilk gündən təhsilimizin inkişaf etdirilməsinə, onu dünyanın inkişaf etmiş ölkələrindəki təhsilin səviyyəsinə çatdırmağa çalışdı. Məhz, belə bir yanaşmanın nəticəsi olaraq bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır.
Oktay Abdullayev təhsilimizin inkişafında əvəzsiz xidməti olan ziyalılardandır

Sözsüz ki, ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsində hər bir müəllimin, hər bir yaradıcı insanın xüsusi əməyi var və bu faktdır. Yəni, onların hər biri Azərbaycan təhsilinin inkişaf etdirilməsi yöndə bilik və bacarıqlarını səfərbər etməklə, məhz bu sahəyə öz töhfələrini bəxş etməkdədirlər. Haqqında bəhs etdiyimiz Xızı rayon Təhsil şöbəsinin müdiri Oktay Rza oğlu Abdullayev də, bu yöndə fəaliyyətini davam etdirən tanınmış ziyalılarımızdandır. O, 31 avqust 1964-cü ildə Sumqayıt şəhərində anadan olur və 1989-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər Universitetini (indiki Azərbaycan Dillər Universitetini) fərqlənmə ilə başa vurur. Oktay Abdullayev 1981-1982-ci illər arası Sumqayıt Kompressorlar zavodunda ştamplayıcı, 1982-1984-cü illərdə isə ordu sıralarında həqiqi hərbi xidmətdə olur. 1984-1985-ci illərdə Sumqayıt Kompressorlar zavodunda elektrik çlingəri, 1985-1989-cu illərdə Mühərrik Quraşdırma Trestinin Bakı Quraşdırma İdarəsində çilingər, 1989-1990-ci illər arası Xızı rayon Giləzi qəsəbə tam orta məktəbində müəllim, 1990-cı ildə Xızı rayon Komsomol Komitəsinin II katibi, 1991-1992-ci illərdə Xızı rayon Giləzi qəsəbə tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini, 1992-2006-cı illər arası Xızı rayon C. Novruz adına Sitalçay 1 saylı tam orta məktəbində direktor vəzifəsində çalışır. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi istiqamətində bu şəxsin xidmətləri nəzərə alınır və o, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 oktyabr tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasının “Əməkdar müəllim” adına layiq görülür. Oktay Abdullayev 2006-cı ilin may ayından indiyə kimi Xızı rayon Təhsil şöbəsinin müdiri vəzifəsini daşımaqdadır.

Adı çəkilən bu şəxsin təhsil sahəsindəki fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Oqtay müəllim hələ məktəbli ikən elmə-təhsilə böyük həvəs göstərir, böyüyəndə xalqına, dövlətinə layiqincə xidmət göstərməyi qarşısına əsas məqsəd qoyur. Xızı rayon Təhsil şöbəsinin müdiri ilk əmək fəaliyyətinə fəhləlikdən başlayır və illər keçdikcə geniş ictimaiyyət arasında nüfuz sahibi olan bir şəxsə çevrilir. Bəli, o, bir nüfuzlu ziyalı olaraq hər an düşünür ki, xalqına, dövlətinə layiqincə xidmət etmək, bilik və bacarığını vətəndaşı olduğu vətənin hər bir övladına mənimsətmək, hər an ona başucalığı gətirəcək. Hazırda Xızı rayon Təhsil şöbəsinə rəhbərlik edən Oktay Abdullayev dərin elmi savada, yüksək insani keyfiyyətə, müdrik idarəçilik bacarığına malik olduğundan, o, bu gün rəhbərlik etdiyi kollektivin, bütün valideyinlərin sevimlisinə çevrilib. Uzun illərdir ki, təhsil sahəsində çalışan və işgüzar fəaliyyəti ilə bu sahədə xüsusi ad-san çıxaran Oktay Abdullayev, bu gün də yorulmaq bilmədən çalışır. Digər təhsil şöbələrində olduğu kimi, Xızı rayon Təhsil şöbəsinin tabeliyində olan təhsil müəssisələrində müxtəlif fənn ixtisasları üzrə dərsliklərin tədrisi, müəllim şagird münasibətlərinin günün tələblərinə cavab verməsi, şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv arasında sağlam mühitin formalaşması, hər kəsin fikrinə, düşüncə tərzinə hörmətlə yanaşma və s. kimi amillərin varlığı, məhz rəhbərliyə idarəçiliyini günün tələbləri səviyyəsində həyata keçirməyə imkan verir. Bu Təhsil şöbəsinin tabeliyində olan təhsil müəssisələrində quraşdırılan Azəbaycan tarixi, biologiya, kimya, fizika və s. kimi fənlər üzrə elektron təlim materiallarından və digər əyani vəsaitlərdən istifadəolunma da, hal-hazırda öz nəticəsini verməkdədir.

Bəli, bütün bunların nəticəsidir ki, Xızı rayon Təhsil şöbəsinin tabeliyindəki təhsil müəssisələrində təhsillərini uğurla başa vuran şagirldlərdən bir çoxunun səs-sorağı respublikamızın müxtəlif guşələrindən, hətta xarici ölkələrdən də gəlir. Ötən illər ərzində yeni-yeni texnologiyaları, müasir idarəçilik qaydalarını tətbiq etməklə müəyyən uğurların əldə olunmasına nail olan Oktay Abdullayev, bu gün də Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş etməkdədir. Bəli, bu şəxs təhsilimizin inkişafında, onun tərəqqisində yaxından iştirak etməklə, sanki böyük bir şərəfli yükün daşıyıcısına çevrilmişdir. Adı çəkilən Təhsil şöbəsi müdirinin peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəriciləri, savadlı və peşəkar olması, ümumiyyətlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi və s. olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir. Əldə etdiyimiz müəyyən məlumatlara görə, ölkəmizdə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar təhsil müəssisələri fəaliyyətlərini müvəqqəti dayandırdığı aylar ərzində, Oqtay müəllim idarəçiliyini heç də zəiflətmir, əksinə o, mümkün imkanlarından bacarıqla istifadə edir. Yəni, o, ötən tədris ilində istər idarəçiliyini, istərsə də müəyyən məsələlərin həllini onlayn üsulundan istifadə edərək qaydaya salır.

Bütün bunlar onu göstərir ki, Oktay Abdullayevin işgüzar fəaliyyəti, üzərinə düşən vəzifəsinin məsuliyyətini lazımınca dərk etməsi, gənc nəslin təlim-tərbiyyəsində, sağlam ruhda böyümələrində, Vətən üçün layiqli övlad olmalarında mümkün olan imkanlarından bacarıqla istifadə etməsi, bu şəxsin adının və fəaliyyətinin daha da məşhur olmasına səbəb olub. Hər kəs o haqda da məlumata malikdir ki, təhsilin inkişafı hər bir ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Hal-hazırda Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir. Bundan əlavə, təhsil sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar, bu gün ölkə rəhbəri tərəfindən uğurla həyata keçirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasında, Azərbaycan dövlətinin sürətli inkişafında başlıca rol oynayır.

Mirzə
  • Нравится
  • 0
  • Delia
  • 15-12-2021, 19:07
  • : 19:07
Defrost frozen foods in minutes safely and naturally with our THAW KING™.


50% OFF for the next 24 Hours ONLY + FREE Worldwide Shipping for a LIMITED

Buy now: thawking.store

Also visit my web page :: fast thawing
tray
действия
Mədəniyyət