Azərbaycana qarşı törədilmiş ekoloji terror

Azərbaycana qarşı törədilmiş ekoloji terror
Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində əraziləri işgal etməsi nəticəsində son 30 ildə minlərlə insan həyatını itirmiş, 1 milyondan çox insan məcburi köçkün olmuşdur. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına ciddii ziyan vurulmuşdur. Hal-hazırda işgaldan azad olunmuş ərazilərdə qiymətli sərvətlər dagıdılmış və Ermənistana daşınmış, min hektarlarla meşə sahələri qəsdən yandırılmışdır.

Məlumatlara əsasən işgala məruz qalan torpaqlarımızda 280 min ha meşə sahəsi mövcud olmuşdir. Bundan 13197,5 ha qiymətli agac növləri olmuşdur. Zəngilan, Agdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli agac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınmışdır. Ermənistan ekoloji terrorunun davamı olaraq noyabr ayında Şuşa şəhəri ətrafında Topxana meşəsini zəhərli və dünyada istifadəsi qadagan olunmuş ag fosfor maddəsindən istifadə edərək yandırmış, döyüş bölgəsindən uzaqda yerləşən Aggöl və Göygöl Milli Parkları ərazilərinə raket ataraq yangın törətmişdir. İşgaldan azad olunmuş Zəngilan rayonu ərazisində sahəsi 117 ha olan dünyada anoloqu olmayan təbii çinar meşəsi vardır. Onun 107 hektarı Bəsitçay Dövlət Qorugu ərazisini təşkil edir. Qoruq ərazisində olan çinar meşəsində agacların bir hissəsi qırılmış, agaclar kökündən çıxarılaraq dogranmış və mebel sexlərinə, xarici ölkələrə daşınmış, qoruq ərazisi də ekolji terrora məruz qalmışdır. Eyni zamanda Zəngilan rayonundakı Arazboyu dövlət yasaqlıgındakı arazpalıdı və digər qiymətli agac növləri də ekolji terrora məruz qalmışdır. Təkcə Qubadlı şəhərinin mərkəzində təbiət abidələri olan yaşı 150-300 il olan Şərq çinarları, iri diametrli çoxillik qoz agacları məhv edilmiş, 1960-cı illərdə salınmış sahəsi 2 ha olan meşə-park tamamilə məhv edilmişdir.

Rəsmi məlumatlara görə Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalmışdır. Bunun nəticəsidir ki, Azərbaycan ərazisindən keçən Araz çayının 43 km hissəsində mikroflora və mikrofauna məhv edilmışdır. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dag- mədən kombinatlarının yüz min tonlarla agır metal duzlarını, turş sularını Oxçuçayına axıdaraq ekoloji terror törətmişdir.

Tərtər rayonunun Suqovuşan kəndinin işgaldan azad olunması Ermənistan tərəfindən su axıntısının qarşısını aldıgı Suqovuşan su anbarının da azad olunması ilə nəticələndi. Bu da Tərtər, Yevlax, Çoranboy rayonları ərazilərində ekoloji vəziyyətin yaxşılaşmasını təmin edəcəkdir. Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarında 1994-cü ildən Ermənistan tərəfindən su axımı demək olar ki, baglanılmışdır. Anbardan kanala su yalnız qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılırdı.

Su anbarının işğaldan azad edilməsi ilə susuz qalan torpaqlara yeni həyat gəlib. Suqovuşanın müzəffər ordumuz tərəfindən azad edilməsi həm siyasi, mənəvi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Belə ki, kənd ərazisində su anbarı və ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları var. 1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Torağayçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrini suvarma suyu ilə təmin edir. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşan su anbarından Tərtərçaya suyun verilməsinin təmin olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun

illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradacaq. Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ermənistanın törətdiyi ekoloji terrorla baglı ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən 31 beynəlxalq təşkilata müraciət olunmuşdur. Hal-hazırda işgaldan azad olunmuş ərazilərdə noyabr ayının 11-dən başlayaraq müxtəlif növ agacların əkilməsi işləri aparılır. Prezidentimiz İlham Əliyev çıxışlarının birində demişdir: "Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb talamışdır. Buna baxmayaraq meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyıb, çünki onlar ucqar dag massivlərində yerləşir. Əlbəttə dagıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş agacların bərpası da diqqət mərkəzində olacaqdır."

Ermənistanın silahlı təcavüzü və işgalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi, mənəvi və ekolji ziyan dəymişdir. Ümidvarıq ki, dəymiş ziyanın miqdarı dəqiqləşdirilərək hesabatı aparılacaq, bu barədə beynəlxalq səviyyədə məsələ qaldırılacaq və işgalçı Ermənistan vurdugu ziyanı kompensasiya şəklində ödəyəcəkdir.

Tahir Gülnəzərov,

Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin direktor əvəzi
Mədəniyyət