Ulu öndər Ümummilli lider Heydər Əliyev demişdir. "TƏHSİL Millətin Gələcəyidir". Ona görə də Azərbaycan Təhsilini hərtərəfli inkişaf etmiş, eyni zamanda təhsili, əxlaqı, mədəniyyəti ilə cəmiyyətdə yaxşı mənada tanınmış şəxsiyyətlərə etibar etmək lazımdır.
Ancaq bəzən seçimdə yanılırıq.
"Azərbaycan Reallığı" xəbər verir ki, yaxın günlərdə adının açıqlanmasını istəməyən bir nəfər tərəfindən Hədəf tv.az saytının ünvanına bir foto çəkiliş göndərilmişdir.
Tərəfimizdən araşdırılma aparıldıqdan sonra fotodakı həmin şəxsin Kəlbəcər rayonu üzrə sektor müdiri Namiq Rəcəbov olduğu aşkar edildi. Məlum oldu ki, Namiq bəy iş saatında spirtli içki qəbul edərək, kef məclisi qurur. Araşdırma zamanı Namiq bəy haqqında neqativ məsələlər də ortaya çıxdı. Belə ki, Namiq bəy, Hüseynova Gülşən Ayaz qızını Kəlbəcər rayonu 22 saylı tam orta məktəbə katibə kimi qəbul etmişdir. Yəni vəzifəsindən sui-istifadə edərək həmin xanımı sözü gedən məktəbin direktoru Seymur müəllimə tapşırığını vermiş nəticədə xanımın əmri həmin məktəbə katibə kimi verilmiş, lakin Namiq bəy öz maraq dairəsinə görə xanımı öz yanında saxlamışdır.
Hörmətli Təhsil Naziri və izləyicilərimiz, təhsilimizi belə insanlara etibar etmək olarmı?...cavabını siz verin.
Qarşı tərəfi də dinləməyə hazırıq.