"Övladlarınızı səhnəyə buraxmayın" - Floradan sərt sözlər

  • 14.05.2019, 20:33,
  • Şou
  • Baxılıb: 350
"Övladlarınızı səhnəyə buraxmayın" - Floradan sərt sözlər



Xalq artisti Flora Kərimova analara müraciət edib.

Beş.az məlumatına görə, müğənni "Ən yaxşısı" verilişində bildirib ki, heç bir ana övladını səhnəyə qoymasın:

"Övladlarınızı səhnəyə buraxmayın. Onları azad qoymayın. Səhnə olmaz, çətinlikləri var. Daha çox indiki zəmanəyə görə. Yaxşı ki, balamın səsi yoxdur. Heç istəmirdi də, onu alqışlayırdım. Övladını istəyən ana, onu səhnəyə buraxmasın. Ana üçün əzabdır.

Bizə olan hər şey uşaqlarımıza təsir edir. Bir dəfə məktəbdə qızıma mənim haqda yöndəmsiz söz dedilər. İmtahan verəndə də məndən danışdılar, qələmi qoydu getdi. Dedi ki, bir də dövlət imtahanına getməyəcəm. Sənət adamlarının uşaqlarını qoruması çətindir".
Mədəniyyət